09/08/2020 03:03
728 x 90

Bakıdakı xarici hərbi diplomatlar Ermənistanın təxribat törətdiyi məkanda – Azərbaycan Prezidenti təsirli ifşa planı hazırlayır...

Vüqar Rəhimzadə: “Prezidentin təklif etdiyi variant işğalçı tərəfin ifşa olunmasında effektli rol oynaya bilər”

img

“Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik”. Bunu Prezident İlham Əliyev iyulun 13-də özünün sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, bizim işimiz haqq işidir: “Onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, bu hərbi təxribatı kim törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verir və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.

Ümumilikdə, ölkə Prezidentinin məlum yanaşması çox maraqlıdır. Ən azından, işğalçı tərəfin yalanını üzə çıxarmaq və bunu ifşa etmək baxımından təsirli bir vasitədir.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir? Sözügedən addım bizə nə verəcək?

  • “Bütün imkanları işə salıb işğalçı Ermənistanın təcavüzünü, dinc sakinlərə qarşı həyata keçirdiyi aqressiv hərbi aktları dünyaya göstərməliyik”

Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Prezidentin təklif etdiyi variant işğalçı tərəfin ifşa olunmasında effektli rol oynaya bilər:“O baxımdan hesab edirəm ki, bu çox düzgün düzgün yanaşmadır. Çünki Ermənistanın təxribat törətməsi və dinc sakinlərin yaşadıqları məntəqələri atəşə tutması ortadadır. O üzdən, Azərbaycanda təmsil olunan xarici ölkələrin diplomatik nümayəndələri gedib bunu gözləri ilə görməlidir. Bilməlidilər ki, təcavüzə məruz qalan ölkə Azərbaycandır. Zatən bunu bilirlər, ancaq təəssüflər olsun, dünyada mövcud olan ikili standartlar üzündən işğalçı tərəf layiqli cəzasını almır. Buna rəğmən, biz mübarizəmizi dayandırmamalıyıq. Bütün imkanları işə salıb işğalçı Ermənistanın təcavüzünü, dinc sakinlərə qarşı həyata keçirdiyi aqressiv hərbi aktları dünyaya göstərməliyik. Ermənistanla bütün cəbhələrdə mübarizə davam etdirilməlidir. Xüsusən də diplomatik cəbhədə. Bu səbəbdən xarici diplomatlar vəziyyətlə yerində tanış olmalıdırlar. Törədilən təxribatlar nəticəsində yaranan vəziyyət barədə öz ölkələrinin ictimaiyyətinə dolğun məlumat verməlidirlər. Ona görə də ölkə başçısının məlum təşəbbüsü çox vacib əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bunun üzərində ciddi işləmək lazımdır”.

Biz bütün imkanlarımızdan kompleks şəkildə istifadə edib, Ermənistanın son təxribatını dünyada ifşa etməliyik.

Vidadi ORDAHALLI

Son xəbərlər