09/08/2020 02:55
728 x 90

Ermənilərin atəşi nəticəsində kənd sakinlərinə ciddi ziyan dəyib

img

Erməni silahlı birləşmələri sərhəd kəndlərini atəşə tutmaqda davam edir.

Trend-in məlumatına görə, ermənilər Tovuz rayonunun Dondar Quşçu kəndində evləri atəşə tutub. Kənd ərazisinə mərmilərin düşməsi nəticəsində 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib.

Hadisə nəticəsində kənd sakini, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə ciddi ziyan dəyib".

Son xəbərlər