Azərbaycanla sərhəddə gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti öldürülüb. Trend-in məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.
O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin mayoru Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan öldürülüb.