09/08/2020 03:59
728 x 90

Nazir müavini hazırda döyüşlərin davam etdiyini, düşmənin canlı qüvvəsi və texnikasının məhv edildiyini açıqladı

img

Hazırda döyüşlər davam edir. Trend-in məlumatına görə, bunu müdafiə nazirinin müavini Kərim Vəliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, düşmənin ehtiyatları, canlı qüvvəsi və texnikası, komanda məntəqələri də vurulur və məhv edilir: “Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”.

K.Vəliyev vurğulayıb ki, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. Onun sözlərinə görə, iki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib, düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.

Son xəbərlər