Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Beynəlxalq birlikdən Azərbaycana dəstək - Ermənistan ölkələrin sərt tənqid obyektinə çevrildi

Image


Məlum cəbhə təxribatlarının Ermənistana vurduğu ən böyük zərbələrdən biri düşmənin hərəkətlərinin beynəlxalq miqyasda da qınanması oldu. Dünya mediası bu məsələyə Ermənistanın işğal siyasətinin növbəti təzahürü kimi yanaşaraq, bu ölkənin aqressiv siyasətini ciddi tənqid hədəfinə çevirdi. Eyni zamanda, Ermənistan bir çox ölkələr və təşkilatlar tərəfindən açıq tənqid hədəfinə çevrildi, Azərbaycanın ərazi bütövlüyünə isə çoxsaylı dəstək ifadə olundu.

Bu məsələdə, həmişəki kimi, qardaş Türkiyə ön planda yer aldı. Ankara rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü bir daha vurğulamaqla yanaşı, ölkəmizə digər istiqamətlərdə də yardıma hazır olduqlarını bəyan etdilər. Türkiyənin vitse-prezidenti Fuad Oktay ölkəmizlə birlikdə olduqlarını bildirdi. Eyni zamanda Türkiyə-Azərbaycan dostluğunu vurğulayan vitse-prezident bunları qeyd edib:"Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. Türkiyə və Azərbaycan ətlə dırnaqdır. Hər zaman və hər şərtlə səninləyik, Azərbaycan". Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib. Çavuşoğlu Azərbaycanın mövqeyinin ədalətli olduğunu, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT TŞ-nin qətnamələrinə əsaslandığını qeyd edib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Yeri gəlmişkən qeyd edək ki, bu yanaşmadan Ermənistan kifayət qədər narahat bir duruma düşüb.

Region ölkələrindən İran da ərazi bütövlüyü məsələsində Azərbaycanın yanında olduqlarını bildirdi. Bu xüsusda İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev arasında telefon danışığı olub. Mahmud Vaezi bildirib:“Ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması İran İslam Respublikasının regional strategiyası olub və olacaq. Tehran-Bakı münasibətlərinin hərtərəfli inkişafı, gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərin zəruriliyinə təkid edirik”. Prezident Administasiyasının rəhbəri iki ölkə əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində səylərin zəruriliyinə işarə edərək deyib:“Qonşularla əlaqələrin inkişafi İranın xarici siyasətinin əsas prinsiplərindən hesab olunur və bu sahədə Tehran-Bakı hərtərəfli əməkdaşlıqlarının və münasibətlərinin daha da inkişafına, güclənməsinə, möhkəmlənməsinə hazırıq”. Rusiya isə Ermənistanın atəşkəsi pozmasından qəzəblənib. Bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:“Rusiya Bakı ilə İrəvan arasında əlaqələrdə həm milli dövlət qismində, həm də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində öz vasitəçilik missiyasını yerinə yetirməkdə davam edəcək”. Türkiyənin Hacettepe Universitetinin beynəlxalq hüquq üzrə müəllimi, hüquq elmləri doktoru Bahadır Bumin Özarslan isə burada Rusiyanı narazı salan başqa mühüm məqamların olduğunu bildirir:“Ermənistan bu hücumla BMT-nin Nizamnaməsində yer alan və bütün ölkələrin əməl etməli olduğu “ərazi bütövlüyü və siyasi suverenliyə hörmət” prinsipinə qarşı çıxıb. Məlum olduğu kimi, Ermənistan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı dörd qətnaməsinə əməl etmir. Bütün bunlar genişlənmiş məkrli erməni siyasətinin son hədəfi olan saxta “Böyük Ermənistan” xülyası məqsədilə həyata keçirilir. Digər bir məqsəd, son vaxtlar münasibətləri xeyli yaxşılaşan Türkiyə və Rusiyanı üz-üzə qoymaq cəhdidir. Türkiyənin bölgədə güclənməsi, eləcə də Liviya, Suriya və İraqda mövcudluğu Ermənistanı ciddi narahat edir və qorxudur. Ermənistanın qanunsuz əməlləri beynəlxalq hüquqa hörmətlə yanaşan Türkiyə və Azərbaycanın səbrini daşırmaqdadır. Lakin təcavüzkar tərəf bunu bilməlidir ki, atəşkəsin şərtlərinə əməl edən Azərbaycan, eyni zamanda ərazi bütövlüyünü təmin etmək və qorumaq hüququna malikdir. Danışıqlar imkanı tükənərsə bu haqdan istifadə oluna bilər”. Ekspert hesab edir ki, Moskva Ermənistan üzündən Türkiyə ilə münasibətlərinin pisləşməsini qəbul edə bilməz və bu da Kremlin İrəvana qarşı qəzəbini artırır.

Özü də ərazi problemi ilə üzləşmiş Ukrayna da Ermənistana qarşı sərt mövqe sərgiləyib. Belə ki, Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edən bəyanat yayıb. Bəyanatda deyilir:"Münaqişə tərəflərini vəziyyətin deeskalasiyası və münaqişənin həlli yollarını hamının qəbul etdiyi prinsiplər və beynəlxalq hüquq normaları, o cümlədən 1993-cü ildə BMT Təhükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayı qətnamələri əsasında axtarışın davam etməsi üçün maksimal səy göstərməyə çağırırıq. Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır" .

Bu arada Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı (GUAM) da Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzünü qınayıb:"GUAM-ın baş katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqaməti boyu etdiyi hücumları pisləyir. Biz yenə də qeyd edirik ki, münaqişələr GUAM regionunun rifahı, stabilliyi və firavanlığına əngəldir". Gürcüstanın xarici işlər naziri David Zalkaliani da məsələ ilə bağlı azərbaycanlı və erməni həmkarları ilə telefon danışığı aparıb. Zalkaliani Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginlikdən və itkilərdən dərin narahatlığını ifadə edib. Nazir qeyd edib ki, tərəflər arasında gərginlik azaldılmalı, hərbi əməliyyatlar dayandırılmalı və barışığa nail olunmalıdır. O, məsələnin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini də vurğulayıb. Digər ölkə və təşkilatların yanaşmasında da ərazi bütövlüyü məsələsi ön planda yer alır. Bu isə cəbhə təxribatları fonunda Ermənistanın beynəlxalq birlikdən də sərt zərbə aldığını göstərir.

Ramil QULİYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ