09/08/2020 02:53
728 x 90

Müdafiə Nazirliyi ermənilərin daha bir yalanını ifşa etdi - Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur

img

Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər:

"Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın "Facebook" səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı paylaşımla bağlı sorğuya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, məlumat həqiqəti əks etdirmir. Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

Son xəbərlər