Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı narahatlığını bildirib. “Trend”in məlumatına görə, bu barədə o, “Twitter” səhifəsində yazıb.
"Ermənistan-Azərbaycan sərhədindəki atışmaya görə çox narahatam. Hər iki tərəf üçün təmkinli olmaq, birbaşa və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəsilə bütün rabitə kanallarından istifadə etmək vacibdir".
Bundan başqa, Avroparlamentin Bolqarıstandan olan üzvü İlhan Küçük insidenti narahatedici adlandırıb:"Azərbaycan-Ermənistan sərhədindən çox narahatedici xəbərlər gəlir. Bütün tərəfləri zorakılıqdan çəkinməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyü prinsipinə hörmət etməyə çağırıram".