Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Azərbaycan diaspor quruculuğunun problem və reallıqları...

Image


Azərbaycan dövləti həm də dünyada yaşayan 50 milyondan artıq soydaşımızın vətəni sayılır. Çünki dünyanın müxtəlif ölkələrinə səpələnmiş  əslən azərbaycanlı olan söydaşlarımızın bir müstəqil dövləti var, o da Azərbaycan Respublikasıdır. Dövlətimiz əhəmiyyətli sayda olan soydaşlarımızın diaspor halında təşkilatlanması, inkişaf etməsi istiqamətində əlindən gələn nə varsa edir.

Ümummilli lider Heydər Əliyev 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayındakı parlaq tarixi çıxışında Azərbaycanın Şərq ilə Qərb arasında dostluq körpüsü rolu oynamasını, bu geosiyasi məkanların yaxınlaşması prosesinin tərkib hissəsi olmasını xüsusi qeyd edib.  

Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyev özünün coşqun fəaliyyəti sayəsində dövlətimizin daha da inkişaf etməsinə nail olur, ölkəmizin bütün sahələrdə sanballı uğurlar qazanmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizənin fəallaşmasını, həmvətənlərimizin beynəlxalq aləmdə müsbət reputasiyasının formalaşmasını təmin edir. Dünyada azərbaycanlıların imicinin yüksəlməsinə necə kömək etməli? Həmvətənlərimizin yaşadıqları ölkənin ictimai-siyasi həyatında diasporun rolunun artması ilə əlaqədar problemlərin həlli üçün soydaşlarımızın mülki hüquqlarının və onların tarixi vətəni Azərbaycanın milli mənafelərinin qorunması məqsədi ilə ilk növbədə ziyalıların nümayəndələrinin iştirakı ilə təşkilati-hüquqi işi gücləndirmək lazımdır. Məhz bu tələblərdən irəli gələrək, Azərbaycanda Disporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Həmin qurumun vasitəsilə dünyanın müxtəlif ölkələrindəki diaspor qurumlarının işi koordinasiya olunur. Ancaq təəssüflər olsun ki, biz dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarında pərakəndəliyin, hətta bəzi hallarda düşmənçiliyin hökm sürdüyünün şahidi oluruq. Hiss edilir ki, bir çox diaspor təşkilatının maraqları yalnız müxtəlif layihələr adı ilə dövlətimizin müəyyən qurumlarından pul qopramağa istiqamətlənib. Buna nail ola bilməyənlər isə ya həmin ölkədəki Azərbaycan səfirliyini, ya da Diaspor Komitəsini qınamağa başlayır. Kənardan edilən müşahidələr göstərir ki, diaspor təşkilatlarımızın fəaliyyəti onlara verilən dövlət dəstəyi ilə adekvatlıq təşkil etmir. Bu problemi doğuran səbəblər yetərincədir. Əslində diasporun təşkilatlanmasının əsas tərkib hissələri aşağıdakı kimi olmalıdır:

-diasporun rəsmi nümayəndələri;

-hüquqi məkanda fəaliyyətin qanunvericiliyə uyğun olaraq təşkil edilməsi;

-maarifçilik işi;

-elmi araşdırmalar;

-soydaşlarımızın yaşadıqları ölkənin qanunverici və digər dövlət strukturlarında təmsil olunması;

-maddi və informasiya təminatı.

Biz bəzi hallarda görürük ki, diasporumuzun ictimai fəaliyyəti zamanın tələblərinə tam cavab vermir, soydaşlarımızın intellektual səviyyəsindən yetərincə istifadə edilmir, bəzən isə bu amil inkar edilir. Bu problemin həlli xaricdəki diaspor təşkilatlarının diqqət mərkəzində olmalıdır. Bu halda Azərbaycan diasporunun inkişafı və ümdə problemlərin həlli barəsində səmərəli diskussiya aparmaq olar.

Bu baxımdan diasporun inkişafını hələ də ləngidən, indiyə qədər həll edilməmiş bəzi problemlərə diqqəti cəlb etmək lazımdır. Yaşadıqları dövlətlərdə ictimai-siyasi və iqtisadi həyata təsir baxımından xeyli inkişaf etmiş başqa xalqların diasporlarının təcrübəsinə daha çox diqqət yetirmək lazımdır. Soydaşlarımızın yaşadıqları ölkələrin qanunverici və digər dövlət strukturlarında təmsil edilməsinə nail olmaq lazımdır. Bu bizim milli mənafelərimizin lobbiləşdirilməsinə kömək edər. Bundan əlavə, maarifçilik işinə, o cümlədən Azərbaycan dilinin, Azərbaycan tarixinin, onun mədəniyyətinin, coğrafiyasının, etnoqrafiyasının öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.

Bu istiqamətdə xaricdə faəliyyət göstərən erməni diasporunun fəaliyyətinə diqqət yetirməyi zəruri saydıq. Paşinyan hakimiyyətə gələndən sonra onlarda dövlətin nəzarətində olan Diaspor Komitəsi ümumiyyətlə ləğv edildi. Nəticədə xaricdəki erməni diasporunun Ermənistana ianələrinin, yardımlarının həcminin daha da artdığının şahidi olduq. Deməli, burada problem hər hansı təsisatla bağlı deyil, problem yanaşmadadır. Başqa bir misala diqqət edək. Bugünlərdə dünyaca məşhur erməni pornoulduz kimi tanınan Kim Kardaşyanın sosial şəbəkələrdəki hesabları üzərindən koronavirus pandemiyasına görə pulsuz qalan erməni xalqına yardım məqsədilə xeyriyyə marafonu keçirib və qısa müddətdə 7 milyon dollar pul yığaraq Ermənistana göndərib.

Gəlin, vəziyyəti olduğu kimi analiz edək. Bizim xaricdəki diaspor fəallarımız niyə belə addımlar atmır? Ən maraqlısı budur ki, bizim bir çox ölkələrdəki diaspor təşkilatlarımız Azərbaycan dövlətindən pul qoparmaq yarışına giriblər və bu "marafonda" aralarında hətta qanlı müharibə aparırlar. Bu baxımdan da, istərdik, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor nümayəndələrimiz  bu istiqamətdə yetərli olmayan aktivliyin səbəbi barədə bizimlə fikirlərini bölüşsünlər.

Rusiyada fəaliyyət göstərən, Azərbaycan və Rusiya dövlətlərinin ali dövlət mükafatlarına layiq bilinən tanınmış diaspor fəalı Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  bütün bunların tam təmin olunması üçün ilk növbədə vətəni və milləti təmənnasız sevməlisən:“Burada düşüncəni, yanaşmanı dəyişmək lazımdır. Söhbət yalnız Kim Kardaşyandan getmir. İndiyə qədər onların başqa ixtisas sahibi olan diaspor fəalları da anoloji aksiyalar həyata keçiriblər və yəqin ki, bundan sonra da biz belə marafonların şahidi olacağıq. Bunun səbəbi bəllidir. Onların diasporla bağlı formalaşmış ideologiyaları dövlətdən nəsə qoparmaq yox, dövlətə, millətə xidmət etməkdən ibarətdir. Buna ideoloji vətənpərvərik deyillər. Onlar bu istiqamətdə çoxdan işləyirlər. Bizdə bu sahədə axsama var. Çalışmalıyıq ki, yanaşma şəxslərə, hansısa qurumlara uyğun yox, vətənə xidmət üzərində formalaşsın. Ermənilərə heç diaspor komitəsi lazım deyildi. Həmin dövlət qurumu ləğv edildi, amma vəziyyət dəyişmədi. Çünki onların erməniçilik ideologiyasının başında hər zaman kilsə dayanıb və bu gün də həmin iş aparılır. Düşmən olmaqlarına baxmayaraq, biz onların bu istiqamətdəki uğurlarını ciddi tədqiq etməliyik. Bizim diasporun təmsil olunduğu ölkələrin həyatına yaxından inteqrasiya etmək problemi də mövcuddur. Sovet dönəmində Heydər Əliyev çoxlu sayda azərbaycanlını Rusiyanın müxtəlif şəhərlərinə ali təhsil almağa göndərirdi. Bu onun uzaqgörən siyasəti idi. Həmin tələbələrinin əksəriyyəti ora inteqrasiya olunmaq əvəzinə, ali təhsili başa vuran kimi qaçıb gəlirdilər Azərbaycana. Ermənilər isə bacardıqları qədər düşdükləri ölkədə möhkəmlənməyə çalışırdı. İkincisi isə bizim mentalitlə bağlı məsələdi. Ermənilər xristian toplum olduqları üçün  öz qızlarının, həyat yoldaşlarının həmin cəmiyyətdə işləmələrinə adi hal kimi baxıblar. Biz isə buna icazə verməmişik. Mən Rusiyada yaşadığım üçün misalı burdan çəkirəm. Bu amil digər ölkələr üçün də xarakterikdir. Müstəqillikdən sonrakı dönəmdə 10 minlərlə təhsil almış gəncimiz var ki, onları biz lazımi qurumlara yerləşdirə bilməmişik. Təbiidir jki, belə dəstəyi  diasporumuz verməlidir. Bu da bizim inteqrasiya prosesimizi zəiflədir. Bizim diaspor nümayəndəlirində mənəm-mənəmlik, pul qazanmaq hərisliyi həddən artıq çoxdur. Liderlik uğrunda daim mübarizə gedir. Bu da diaspor təşkilatlarımızın parçalanması ilə nəticələnir. Mən diasporla  bağlı yazdığım kitabda bu problemlərə geniş toxunmuşam. Eyni zamanda, onlardan çıxış yollarını da təqdim etmişəm. Hesab edirəm ki, güclü lobbi təşkilatlarımızın formalaşmasının bir yolu da yaşadığımız yerlərdə kompaktlığı təmin etməkdən keçir. Ermənilər harda yaşayırlarsa, ətraflarına həmyerlilərini yığırlar. Biz bütün bu çatışmazlıqları düzətmək istiqamətində hərəkətə keçməliyik. Əks təqdirdə, bizi istməyən qüvvələr bundan daha məharətlə istifadə edəcəklər.

Digər vacib problem isə xaricdəki təşkilatlarımızın siyasiləşməsidir. Bu nə deməkdir?  Bir şəhərdə iki təşkilata rast gəlirsən. Baxırsan ki, biri Azərbaycan hakimiyyətinin kursunu dəsytəkləyir, digəri müxalifətin. Tam yalnışdır. Biz siyasi məsələlərə qarışmamalıyıq . Hamımızı Vətən və Dövlət amili öz ətrafına bağlamalıdır. Özümlə bağlı maraqlı faktı nəzərinizə çatdırım. Mən Rusiyada “Erməni vandalizmi” adlı kitab nəşr etdirdim. Həmin kitab bir neçə dilə tərcümə olunub. Onu Rusiyada fəaliyyət göstərən bütün diplomatik korpuslara göndərdim. Nəticəsi nə oldu? Erməni diasporu Rusiyada mənə əlindən gələn təzyiqləri etdi. Dəfələrlə mənə sui-qəsd təşkil etdilər. Yaxınlarımın ticarət obyektlərinə basqınlar təşkil olundu. Bunu özümü reklam üçün xatırlatmadım. Demək istəyirəm ki, onların diaspor fəaliyyətində vahid ideologiya ətrafında sistemli fəaliyyət var. Çalışmalıyıq ki, bütün bu səhvlərimizi tezliklıə düzəldək”.

Qırğızıstanda fəaliyyət göstərən, Azərbaycan dövlətinin ən ali təltifləri ilə mükafatlandırılan diaspor fəalı Nüsrət Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir çox ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətinin passiv olması ilə bağlı fikirlə o da razıdır:“Bizim xaricdəki diasporlar belə marafon keçirsələr də, yetərincə məbləğ toplaya bilməzlər. Çünki xalqımız, dövlətimiz adına nə isə etmək üçün milli ruh lazımdır. Həm də ki, elə bir bacarıqlı diasporumuz da yoxdur. Rusiyada federal səviyyədə 4  "diaspor" tanıyıram, hamısı boşboğazlardır, yəni "vozduxodunı". Dördü də özünü lider hesab edir. Həmin təşkilatların adları: SAR, MAR, LAR, KAR. Bunların dördü də bir-biri ilə mübarizə aparır. Dördünün də bir-birinə güzəştə getməyən ambisiyaları var. Heç birinin də qeydiyyatı yoxdur. Ona görə də onları boşboğazlar adlandırıram. Hərdən, hərəsi ayrılıqda bəyanat da verir. Biri şəxsi xəstəxanasının blankında, biri də öz səxsi ilə bağırmaqla. Ermənilərin isə bir təşkilatı var, onun başçısı da yeganə liderdir. Bütün ermənilər də onu lider kimi qəbul edirlər. Yazıq millətim bizim bu dördbaşlı əjdahanın hansının ağzından çıxan sözə baxsın? Diasporun maliyyəsi onun üzvlərinin verdiyi ianə ilə formalaşmalıdır. Bunu birdəfəlik bilin. Vətənpərvər diaspor rəhbərlərimiz isə var. Doğrudur, bəziləri  şəxsi mənafeyi üçün bütün diasporları çalxaladı. Yenə də yıxılmadıq, ayaqdayıq. Inşallah, bu yaxınlarda səsimizi eşidərsiniz. Bizim də Kim Kardaşayan kimi Azərbaycandan kənarda doğulub, böyüyüb, boya-başa çatanlarımız da az deyil. Amma belə jesti görmürük. Kim Kardaşyan Ermənistanda yox, ABŞ-da doğulub, oranın vətəndaşıdır.  Bu qənaətə gəlirəm ki, milli ruhu olan istənilən adam təmənna güdmədən öz xalqına kömək edə bilər”.

Görünən budur ki, belə təcrübəli diaspor fəallarının fikirlərindən istifadə etməklə, müxtəlif ölkələrdəki diaspor təşkilatlarımızı daha monolit hala gətirməyə ciddi zərurəyt yaranıb.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ