02/12/2020 06:44
728 x 90

Erməni generaldan uğursuz 90-cı illər blefi... İctimai rəyi çaşdırma, ya...

img

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Harutyunyanın Qarabağ müharibəsi ilə bağlı sərsəm iddiaları yayılıb.

Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, guya Azərbaycan 90-cı illərdə hərbi texnika cəhətdən üstün olduğu halda Ermənistana məğlub olub. Hətta erməni generalı bir qədər də irəli gedərək bəyan edib ki, Qarabağ müharibəsi dövründə Azərbaycanda təkcə tankların sayı Ermənistandan 4 dəfə artıq olub...

Əslində Ermənistanın eks müdafiə nazirinin bu sərsəmləmələrini Azərbaycan Ordusunun hər keçən gün güclənməsinin düşmən tərəfində yaratdığı real narahatlığın təzahürləri də saymaq olar. Bəllidir ki, Azərbaycanın hərbi büdcəsinin bu ölkənin dövlət büdcəsi ilə eyni səviyyədə olması İrəvanın yuxusunu çoxdan qarışdırıb. Üstəlik, Ordumuzun arsenalının müxtəlif ölkələrin ən müasir silahlarından tutmuş, təyyarələrə, dronlara qədər yenilikçi texnikalarla təchiz edilməsi bu əndişəni bir qədər də artırıb. O da bəllidir ki, hazırda Naxçıvanda Əlahiddə Ümumqoşun hissələrimizin döyüş atışlı taktiki təlimləri keçirilir. Elə erməni tərəfini də narahat edən əsas məqam budur. Çünki onlar artıq Günnüt əməliyyatı təcrübəsində ərazi itirmə (hərçənd, Azərbaycan öz ərazilərinin bir hissəsini işğaldan təmizlədi) acısını yaşayıblar. O üzdən də erməni generalının etdiyi blef başadüşüləndir. Bəllidir ki, illərlə sürən danışıqlar səmərə vermədiyindən, artıq Azərbaycan öz torpaqlarının hərbi yolla azad edilməsində qərarlıdır və bunu ən yüksək kürsülərdən açıq mətnlə bəyan edir. Belə bir dövrdə Rusiya kimi dayağını itirən Ermənistanın söykənəcəyi ölkə qalmadığından, Harutyunyan 90-cı illərlə uğursuz paralellər aparmaqla, bəlli ki, özlərinə təsəlli verir. Yəni demək istəyir ki, elə o zaman da güclü (!) Azərbaycan Ordusuna qalib gəlmişdik, yenə gələrik. Bunun blef olduğunu və sadə obıvatel rəyinə hesablandığını görmək üçünsə heç də “çəhrayı eynəklərə” ehtiyac yoxdur...

Cənab Harutyunyana isə sərsəmləmələrinin qarşılığında yalnız bir söz demək olar: sizi anlayırıq, axı, ümid axırda ölür...

SAMİRƏ

Son xəbərlər