08/08/2020 13:08
728 x 90

Mən və həyat yoldaşım koronavirusa tutulandan sonra... Xırdalandan Ağayeva Larisanın Prezidentə yazdıqlarından...

img

Sizin bütün sahələrdəki fəaliyyətiniz təqdirəlayiqdir. Xüsusilə səhiyyəyə göstərdiyiniz qayğı Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizədə yaxşı nəticələr əldə etməyə böyük kömək oldu. Tövsiyələrinizə uyğun olaraq əvvəldən görülən tədbirlər olmasaydı, hadisələrin gedişatını təsəvvür etmək belə istəməzdim.

Siz hər bir vətəndaşın sağlamlığının qorunması üçün mümkün olan hər şeyi edirsiniz.

Mən və həyat yoldaşım koronavirus infeksiyasına tutulandan sonra M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildik. Xəstəxanada bizə göstərilən qayğıya, tibbi personalın yüksək peşəkarlığına görə Sizə və Mehriban xanıma təşəkkür edirik.

Xəstəxanada lazım olan dərman və ləvazimatlarla təmin olunduq. Dezinfeksiya və təmizlik işləri də vaxtında yerinə yetirilirdi. Tibbi personal yorulmadan, öz sağlamlığını təhlükəyə ataraq daha çox insanı xilas etmək üçün gecə-gündüz çalışır”. Bunu Abşeron rayonunun  Xırdalan qəsəbəsindən Ağayeva Larisa Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.

Baki-xeber.com

Son xəbərlər