08/08/2020 12:13
728 x 90

Ermənistan ilk Qarabağ müharibəsində Azərbaycanın böyük hərbi üstünlüyü barədə mif yaratmaqla nə demək istəyir...

İbrahim Rüstəmli: “Deyilənlərin heç biri həqiqətə uyğun deyil”

img

Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Harutyunyan Qarabağ müharibəsi ilə bağlı cəfəng iddia ilə çıxış edib. Düşmən generalı qeyd edib ki, guya Azərbaycan 90-cı illərdə Ermənistana üstün hərbi texnika fonunda məğlub olub. O bəyan edib ki, Qarabağ müharibəsi dövründə Azərbaycanda tankların sayı Ermənistandan 4 dəfə çox olub.

Göstərilən dövrdə Azərbaycan zirehli maşınlara görə 6, havadan müdafiə sistemlərinə görə 8, sursat hazırlığına görə 25 dəfə üstün olub. Həmin vaxt Azərbaycanda 60 təyyarənin mövcud olduğunu bildirən erməni generalı o zaman Ermənistanda bir ədəd də olsun hərbi təyyarənin olmadığını vurğulayıb.

Erməni generalının real həqiqətlə daban-dabana zidd olan bu statistikanı necə, hansı mənbələr əsasında əldə etdiyi məlum olmasa da, 90-cı illərdə Azərbaycanın hərbi baxımdan Ermənistandan bir neçə dəfə üstün olması ilə bağlı deyilənlərin cəfəngiyyat olduğu şübhəsizdir.

Maraqlıdır, bəs hərbi ekspertlər bunu necə dəyərləndirir? Sabiq müdafiə nazirinin səsləndirdiyi statistik rəqəmlər nə dərəcədə doğrudur və həqiqətən də reallığı əks etdirirmi?

  • “Yaxşı olardı ki, sabiq müdafiə naziri o dövrdə onların arxasında dayanan Rusiyadan danışsın”

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, sabiq erməni nazirin bununla bağlı səsləndirdiyi fikirlər uydurmadır: “Deyilənlərin heç biri həqiqətə uyğun deyil. Bu, uğursuz bir propoqandadır. Belə bir mif yaratmağa çalışırlar ki, guya aşağı səviyyədə silahlanmaqla Azərbaycanı Qarabağ müharibəsində məğlub ediblər. Təbii ki, bunlar həqiqətə uyğun deyil. Ermənistan ordusunun hansı döyüş qabiliyyətinə malik olduğunu biz Aprel döyüşlərində gördük. Onların keçilməz hesab etdikləri “Ohanyan xətti” bir neçə saat ərzində darmadağın edildi. Erməni əsgərləri başıpozuq halda geri qaçdılar. Yaxşı olardı ki, sabiq müdafiə naziri o dövrdə onların arxasında dayanan Rusiyadan danışsın. Daha konkret desək, onların əvəzində döyüşən rus zabitlərindən, hərbi texnikasından bəhs etsin. Rusiya həmin dövrdə Ermənistana yetərincə hərbi texnika da verirdi, döyüş sursatı da. Bunu danmaq mümkün deyil. Torpaqların işğal altına düşməsində hansı faktorun önəmli rol oynadığı bəllidir. Ona görə də Vaqarşak Harutyunyan o sərsəm açıqlamaları ilə kimisə inandıra bilməyəcək”.

Ekspertin açıqlamasından belə məlum oldu ki, Ermənistanın sabiq müdafiə nazirinin dedikləri reallıqdan tamamilə uzaqdır.

Vidadi ORDAHALLI

Son xəbərlər