02/12/2020 07:07
728 x 90

Gəncədə idman kompleksinin tikintisi üçün verdiyiniz Sərəncam...Əməkdar bədən tərbiyəsi xadimi Prezidentə yazdı...

img

“Dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə də Azərbaycanda idmanın inkişafını daim diqqətdə və nəzərdə saxladığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üçün verdiyiniz Sərəncamlar bizləri çox sevindirdi. Tikintisi başa çatdıqdan sonra bu İdman Sarayında minlərlə yeniyetmə gənc idmanın müxtəlif növləri ilə məşğul olacaq, həm sağlam qalacaq, həm də Azərbaycanın idman şərəfini qorumaq imkanı əldə edəcək. Sağlam ruhlu insanların, vətənpərvər gənclərin və peşəkar idmançıların yetişəcəyi belə İdman saraylarının tikintisi Sizin Azərbaycan xalqına olan dərin məhəbbətinizin, uzaqgörən siyasətinizin bariz nümunəsidir. Gəncə şəhərinin sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm”.

Bu sözləri Gəncə şəhərindən Əməkdar bədən tərbiyəsi və idman xadimi Həsənov Asif Zahid oğlu Prezident İlham Əliyevə etdiyi müraciətdə qeyd edib.

Baki-xeber.com

Son xəbərlər