08/08/2020 12:50
728 x 90

Minnətdarlığımız dövlətimizin virusa qarşı həyata keçirdiyi tədbirlərlə bağlıdır - Nəsimidən Rauf Zeynalov və Ləman Salayeva Prezidentə belə yazdı

img

“Bizim minnətdarlığımız koronavirus dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədardır. İlk növbədə onu deyək ki, səhiyyə sahəsində yaradılmış möhkəm maddi-texniki baza bu çətin günlərdə köməyimizə çatdı. Ölkənin səhiyyə müəssisələrində xəstələrin yerləşdirilməsi, onlara lazımi qaydada xidmət göstərilməsi təqdirəlayiq haldır.

Siz bu dövrdə həssas qrupa aid ailələri də yaddan çıxarmadınız. Onlara birdəfəlik ödəmə verilməsini, belə ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsini təmin etdiniz. Biz özümüz də bu imkanlardan yararlanan vətəndaşlarıq”. Bu fikirləri  Bakı şəhərinin Nəsimi rayonundan Zeynalov Rauf Fikrət oğlu və Salayeva Ləman Nəriman qızı Prezident İlham Əliyevə yazdıqları məktubda qeyd ediblər.

Baki-xeber.com

Son xəbərlər