02/12/2020 06:41
728 x 90

Kim Kardaşyan Ermənistana 7 milyon dollar topladı, bəs bizim xaricdəki məşhurlarımız...

İsmayıl Ağayev: “Bizim hansısa ölkədəki diasporumuzun başında hörməti olan adam durarsa, nailiyyətimiz çox olar”

img

Əslən erməni olan məşhur pornoulduz Kim Kardaşyan koronavirusla bağlı Ermənistanın daha da dilənçi vəziyyətinə düşməsi ilə əlaqədar həmin ölkəyə dəstək kampaniyası təşkil edib. O, özünün sosial şəbəkələrdəki hesabında elan verməklə 7 milyon dollar toplayıb və həmin məbləğin hamısını Ermənistana yardım kimi köçürəcəyini bəyan edib.

Erməni pornoulduzun bu hərəkəti sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi müzakirələrə səbəb olub. İnsanlar haqlı olaraq belə suallar verirlər: bizim xaricdəki məşhur soydaşlarımız niyə belə aksiya təşkil etmir, onlara bunu etmək üçün mane olan nədir?

Uzun illər diaspor sahəsində fəaliyyət göstərən Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun bir çox səbəbləri var:“Təəssüflə qeyd etmək istəyirəm ki,  bu bütün dünya azərbaycanlılarını narahat edən ən ciddi problemlərdən biridir. Sizinlə tam razıyam ki, biz bu cür məsələlərdə lazımi şəkildə səfərbər ola bilmirik. İllər keçir, ancaq heç nə dəyişmir. Desəniz ki, təşəbbüs yoxdur, doğru olmaz. Çünki biz dəfələrlə belə təşəbbüslər irəli sürmüşük, ancaq ciddi nəticə əldə edə bilməmişik.  Dediyiniz iri məbləğdə yardımın toplanması ermənilərdə ilk hal deyil. Belə məsələlərdə onların pornoulduzu da,  alimi də zərbəni vahid nöqtəyə vura bilir. Ermənilər Qarabağla bağlı yardım kampaniyaları təşkil edib, bir neçə dəfə 17, 12 milyon həcmində vəsait toplayıblar. Hətta işğal olunmuş ərazilərimizlə Ermənistanı birləşdirən yolun çəkilişi də erməni diasporunun ianələri hesabına reallaşıb. Biz də Şuşa ilə bağlı belə təşəbbüs qaldırdıq, çox cuzi bir məbləğ toplandı. Həmin məbləği adam utanır dilinə gətirsin. Mənə elə gəlir ki, bunun başlıca səbəbi diasporla işin düzgün təşkil edilməməsindən qaynaqlanır. Tənqidi fikirlər səsləndirən şəxsləri yaxına qoymurlar, sanki düşmən gözündə görürlər. Bizim xaricdəki qurumlarımızla işləyən XİN-dəki həbsləri görürsünüz. Adam utanır ki, bu cür starteji qurum rüşvət, korrupsiya mənbəyinə çevrilib. Belə olan halda hansı səfərbərlikdən, hansı əməli işdən söhbət gedə bilər? Bu işə məsul olan adamlar özülərinə sual verməlidir: bizdə niyə alınmır? Bu sualın cavabını onlardan soruşmaq lazımdır. Məntiqlə, bizim dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın sayı daha çoxdur. Biz bu cür kampaniyalarda ermənilərdən daha üstün göstəricilər ortaya qoymalıyıq. Olmursa, deməli nəyisə səhv edirik. Bunu düzəltməliyik. Diaspor təşkilatları arasındakı nifaqlara son qoyulmalıdır. Layiqli şəxsləri diaspor təşkilatlarının başına gətirməliyik ki, onlar bir-biri ilə müharibə etməsinlər. Əgər bizim hansısa ölkədəki diasporumuzun başında hörməti olan adam durarsa, nailiyyətimiz çox olar. Təəssüf ki, bir çox yerlərdə Azərbaycan diasporuna arvadı erməni olan və ya qızını erməniyə ərə verən şəxslər rəhbərlik edir”.

Doğrudan da, bu cür ciddi problem ətrafında fikir mübadiləsi aparıb, “axsaq” yerlərimizi düzəltməyə ciddi ehtiyacımız var.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər