Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Azərbaycanın Ermənistanı əzəcəyi düşmən ölkədə açıq etiraf olunur, “Nikol prezident Əliyevə bəyanat səviyyəsində də cavab verə bilmir” fikri gündəmdə...

Image


Məlumdur ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasındakı sonuncu görüş də heç nə ilə yadda qalmadı. Burada Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin mümkünlüyünə dair hansısa razılıq əldə olunmadı. Elə bundan sonra Azərbaycan yüksək səviyyədə aprel döyüşlərinin yenidən təkrarlana biləcəyinə dair həm Ermənistana və onun himayədarlarına, həm də  ATƏT-in Minsk Qrupuna aydın mesajlar verdi.

Dünya bu fonda bir daha gördü ki, Ermənistandakı vəziyyət, xüsusən də Nikol Paşinyan iqtidarının yürütdüyü siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin intensivləşməsinə imkan vermir. Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş addımlarına Minsk Qrupu həmsədrləri tərəfindən göz yumulması da vəziyyəti gərginləşdirməklə, Azərbaycanın narazılığına səbəb olan başlıca məqamlar sırasında yer alır. Bakı bildirir ki, Ermənistan rəhbərliyinə qarşı beynəlxalq hüquq mexanizmlərinin tələb etdiyi addımlar atılmır. Yəni ən azı, Ermənistana diplomatik səviyyədə təzyiqlər edilmir, sanksiyalar tətbiq olunmur, əksinə, işğalçı ilə işğala məruz qalan arasında fərqlərin qoyulmamasına cəhdlər göstərilir. Elə bu da yeni Qarabağ savaşını tətikləyən əsas faktorlardan biri sayılır. Elə erməni mediası da yazır ki, səbri tükənən Azərbaycan istənilən an savaşa başlaya bilər. Ermənistanın “politik.am” nəşri də yazır ki, xarici işlər nazirlərinin son görüşündə nəticənin yoxluğu Azərbaycanın narazılığıni və savaş ehtimalını artırır:“ATƏT-in Minsk Qrupu həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə baş tutan Mnatsakanyanla Məmmədyarov arasındakı son videogörüşdən sonra dialoqun davam edəcəyi açıqlandı. Bu, əslində “növbətçi” cümlə hesab olunsa da, amma burda bir məna var, görünür, münaqişə tərəfləri hələ danışıqları tükənmiş hesab edə biləcəkləri nöqtəyə çatmayıblar. Amma bu nöqtəyə çatmağa da çox qalmayıb. Rus analitik Stanislav Tarasovun dediyi kimi, burada həmsədrlər də, heç olmasa, hazırkı formatda və şəraitdə gündəmdə qalmağa çalışırlar:
“Əlbəttə ki, hər iki tərəfin xarici işlər nazirliklərindən “birini deyirik, üçünü yadda saxlayırıq” prinsipinə riayət edən açıqlamalar verildi. Bununla belə, hətta bu vəziyyətdə ümumi mühit onu göstərir ki, tərəflər Qarabağ nizamlanması ilə əlaqədar oyun qaydaları çərçivəsində oynamağa davam etdirmək niyyətindən uzaqlaşırlar.
Ümumiyyətlə, Dağlıq Qarabağ sülh prosesini araşdıranda, xüsusən Paşinyanın hakimiyyətə gəlişindən sonra, əlbəttə, qarşılıqlı razılıqla, təbii ki, tənzimlənmənin əsas prinsiplərinin məzmundan məhrum edildiyini, Minsk Qrupunun isə sanki “kiçik addımlar” strategiyası qəbul etdiyini görərik. Minsk Qrupu bəzi humanitar məsələlər üzrə İrəvan və Bakı arasındakı razılaşmaların qarşılıqlı etimad mühitinə səbəb olacağını zənn edir. Bunun da, öz növbəsində, əsas məsələlərin həlli üçün güzəşt tapmaq yollarını axtarmağa kömək edəcəyini düşünürlər.
Maraqlıdır ki, bu kontekstdə aprel döyüşlərindən sonra təmas xəttində monitorinq sisteminin tətbiq edilməsini və beynəlxalq müşahidəçilərin iştirakını nəzərdə tutan Vyana və Sankt-Peterburq razılaşmaları ümumilikdə gündəmdən kənarlaşdırılıb.
Ancaq İrəvan Mnatsakanyan-Məmmədyarov danışıqlarında Bakının öz kompromis təsəvvürlərini ortaya qoyması istiqamətində oyun oynayır, Bakı isə Dağlıq Qarabağla bağlı hər hansı bir müzakirənin Azərbaycanın ərazi bütövlüyü qorunmaqla olmasını tələb edərək, ictimai səviyyədə “dəmir-beton” mövqeyini qorumağa davam edir.
İlham Əliyevin nə isə bir şey gözlədiyinə dair təəssürat var, sanki o, Paşinyanın həm daxili siyasi arenada, həm də Ermənistan-Rusiya münasibətlərində ciddi və ölümcül səhvlərə yol verəcəyi anı və problemin fərqli bir siyasi kontekstdə həll etməyə başlamaq üçün istifadə etmə məqamını gözləyir. Ancaq görünür ki, İlham Əliyevin səbri tükənmək üzrədir və bunu onun son qəzəbli açıqlamaları sübut edir”. Bu durumda hesab edilir ki, səbri tükənən Azərbaycan erməni tərəfinə sərt zərbələr ednirməklə savaşı başlada bilər.

Ermənistanın “7or.am” nəşrində dərc olunan məqalədə də həyəcan təbli çalınır:“Beləliklə, Ermənistan hakimiyyətinin ələ keçirilməsindən sonra ilk dəfə Azərbaycan prezidenti danışıqlardan narazı qaldığını bəyan edib. Məmmədyarov-Mnatsakanyan videokonfransının nəticələrini təhlil edərkən İlham Əliyev deyib ki, faktiki olaraq danışıqlar prosesi yoxdur, Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında uzaq məsafəli görüşlər faydasızdır:“Bu yalnız o deməkdir ki, ATƏT-in Minsk Qrupu işləyir. Yaxşı, nə vaxta qədər?”. O, Minsk Qrupu həmsədrlərindən təcili “aydın açıqlamalar”la çıxış etməsini tələb edib. Razılaşın ki, İlham Əliyev danışıqlardan narahatdırsa, bu, danışıqlar prosesinin Azərbaycanın ürəyincə olmaması deməkdir. Digər tərəfdən, danışıqlara alternativin müharibə olduğunu başa düşmək üçün çox dərin ağıl sahibi olmaq lazım deyil. Ən azından, Aprel döyüşləri ssenarisi ilə yeni hərbi macəra baş verə bilər. Belə olan halda sual yaranır, hər istiqamətdə uğursuzluğa düçar olan, hər addımda öz laqeydliyini və səriştəsizliyini sübut edən tək şəxsiyyətli Nikol hakimiyyəti buna nə dərəcədə hazırdır?
Aydın məsələdir ki, Azərbaycan Nikola “fürsət” vermişdi. İndi Bakı status-kvoya etiraz edib, “faktiki danışıqlar prosesinin olmadığını” bildirərək savaşı istisna etmir. Bəs, Ermənistan silahlı qüvvələrinin baş komandanının bacarığı nədən ibarətdir, çətin vəziyyətdə özünü necə “məsum” idarə edir? Görmüşük ki, o, çətin halda necə bir təlaşa düşür, düşmənə müqavimət göstərməyə çalışaraq başını itirir və divardan-divara necə çırpdığını artıq “koronavirusa qarşı müharibə” nümunəsində görmüşük.
Hətta Paşinyan, bəyanatlar səviyyəsində belə, Ermənistanın keçmiş rəhbərlərinə və şəxsən ona qarşı sərt mövqe bildirən İlham Əliyevə müqavimət göstərmək qabiliyyətində deyil. Ancaq bunun əksinə olaraq, savadlı və konstruktiv İlham Əliyevə qarşı çıxan Serj Sarkisyana mətbuat katibi vasitəsilə təzyiq göstərə bilir. Bu halda Paşinyan Azərbaycanın hərbi əməliyyatları zamanı layiqli əks cavab verməyə də qadir deyil”.

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ