10/08/2020 19:22
728 x 90

Rusiyadan Azərbaycanın BMT sessiyasının keçirilməsi təşəbbüsünə dəstək - "Biz əminik ki..."

img

Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Rusiya bu təşəbbüsü dəstəkləyib: "Qoşulmama Hərəkatının və onun sədri qismində Azərbaycanın təşəbbüsü ilə xüsusi sessiyanın çağırılması qərarı qəbul edilib və Rusiya bu təşəbbüsü dəstəkləyib. Əminik ki, xüsusi sessiya konstruktiv əsasda keçəcək və hansısa substantiv qərarın qəbul olunması ilə bitəcək. Nyu-Yorkda mürəkkəb epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi sessiya onlayn formatda keçiriləcək. Hazırda müvafiq prosedurların razılaşdırılması davam edir".

Son xəbərlər