Bazar ertəsi günü, 26 oktyabr 2026
     

BMT Baş katibinin qlobal sessiya ərəfəsində İlham Əliyevlə fikir mübadiləsi aparmasını zəruri edən əsaslar...

Image


Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə zəng edib. Telefon danışığı əsnasında Prezident bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Dövlət başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb. İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllinə Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.

Prezident Ilham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.

Göründüyü kimi, BMT-nin Baş katibi Prezident İlham Əliyevin təkliflərinə böyük həssaslıqla yanaşır. Bunun səbəbi nə ilə bağlıdır və bu amildə dünyaya necə bir mesajın verildiyi qənaətinə gəlmək olar?

Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tərəflər arasında baş tutan söhbətin əsas istiqaməti BMT-nin xüsusi sessiyasının çağırılması ətrafında olub:“Azərbaycanla BMT arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub. Ölkəmiz bu əməkdaşlıqla bağlı üzərinə düşən öhdəlikləri hər zaman yüksək səviyyədə yerinə yetirib. Azərbaycanın pandemiya dönəmində apardığı siyasət və BMT-yə verdiyi təkliflər bizim münasibətlərimizi tamamilə yeni mərhələyə gətirdi.

Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi Azərbaycana olan etimadın göstəricisi sayıla bilər. Məlum olduğu kimi, ”COVİD-19” pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və effektiv addımlar atılır. Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da məhz Azərbaycanın təşəbbüsü ilə virusa qarşı mübarizədə həll yolları axtarmaq üçün bir araya gəldi. Məlumdur ki, əksər böyük dövlətlər və beynəlxalq təşkilatlar qlobal liderlik əvəzinə özünütəcridə üstünlük verdi. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. Məhz belə şəraitdə İlham Əliyevin təşəbbüsü ilə çağırılan BMT-nin xüsusi sessiyası pandemiya qarşısında dünya ictimaiyyətinin səfərbər olunmasına hesablanmış oldu. Tarixə nəzər yetirsək, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi - ən azı 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil oluna bilər. Bu mənada, Azərbaycan həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tarixə düşdü. Hesab edirəm ki, BMT Baş katibinin bizim Prezidentin təkliflərinə xüsusi həssaslıqla yanaşmasının kökündə duran amil bununla bağlıdır. Çünki biz belə çətin dönəmdə yalnız özümüzün yox, bütün bəşəriyyətin xilası barədə düşünmüşük. Bununla dünyaya verilən mesaj isə ölkəmizin önəmi ilə bağlıdır. Göstərilir ki, dünyanın nəhəng ölkələrinin miqyası üçün olan işləri, təşəbbüsləri Azərbaycan kimi ölkə təkbaşına edir”.

Görünən budur ki, koronovirus pandemiyası qlobal xarakter daşımaqla bütün xalqların təhlükəsizliyini təhdid edir. Təəssüf ki, bu günə qədər nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə effektiv bir vasitə tapılıb. Belə olan halda pandemiyaya qarşı yalnız birgə səylər və mümkün bütün resursları birgə səfərbər etməkllə uğur qazanmaq olar ki, bunun da təşəbbüskarı qismində Azərbaycan və onun Prezidenti çıxış edir.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ