Bazar ertəsi günü, 26 oktyabr 2026
     

MM-dəki azlıq partiyalarının koronavirusla mübarizədə iştirakına cəmiyyət necə baxır - neqativ və pozitiv reaksiyalar…

Image


Bundan əvvəlki bir neçə yazımızda siyasi təsisatların, xüsusilə də parlamentdə təmsil olunan partiyaların koronavirusla mübarizə sahəsində təşəbbüskarlıqla bağlı fəaliyyətlərinin zəif və bəzən heç olmadığını qeyd etmişdik. Sevindirici haldır ki, artıq bu istiqamətdə bir hərəkətlənmə hiss edilir.

Yayılan rəsmi məlumatda bildirilir ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib.

Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri olan deputatlar müxtəlif mövzularda çıxış ediblər. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizədə görülən tədbirlərin miqyasından və səmərəliliyindən danışaraq, respublikamızın bu sahədə qlobal səviyyədə nümunəvi dövlət olduğunu diqqətə çatdırıb.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa çıxışında pandemiya dövründə siyasi partiyaların davranışlarını təhlil edib. O qeyd edib ki, bu mübarizədə dövlətin gördüyü tədbirlərlə yanaşı, siyasi təşkilatların fəaliyyətinin də mühüm rolu var.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalının çıxışı isə pandemiya şəraitində siyasi partiyalarla vətəndaş münasibətlərinin sağlam təməllər üzərində qurulması məsələlərini əhatə edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq təşəbbüslərə toxunaraq, Azərbaycanın bu istiqamətdə atdığı addımların dünya birliyi tərəfindən müsbət qarşılandığını bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə pandemiya dövründə ictimai maarifləndirmə və cəmiyyətin doğru məlumatlandırılmasında siyasi partiyaların rolundan danışaraq, bu prosesdə doğru davranış qaydalarının təşviq olunmasında partiyaların üzərinə düşən vəzifələrin öhdəsindən gəlməsinin vacibliyini qeyd edib.

Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev pandemiya dövründə Azərbaycan dövlətinin sosial-iqtisadi təşəbbüslərini nəzərdən keçirərək, bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətini vurğulayıb.

Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli pandemiya dövründə vətəndaş cəmiyyəti institutları və birliklərinin davranışları haqqında çıxış edərək, mövcud vəziyyət və perspektivləri diqqətə çatdırıb.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə çıxışında pandemiya dövründə qanunçuluğa riayət olunmasının əhəmiyyətindən danışaraq, eyni zamanda, vətəndaş məsuliyyətinin yüksəldilməsinin vacibliyinə diqqət çəkib.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev isə pandemiya dövründə kütləvi informasiya vasitələrində, o cümlədən sosial mediada ictimai məsuliyyət məsələlərinə toxunub, bu istiqamətdə atılması vacib olan addımlardan danışıb.

Göründüyü kimi, parlamentdə təmsil olunan partiyaların təmsilçiləri pandemiya şəraitində partiyaların rolu ilə bağlı çıxışlar ediblər. Amma onlar bu yöndə konkret olaraq hansı işləri görəcəkləri ilə bağlı nəsə deməyiblər. Təbiidir ki, bu xüsusda hakim partiyanı istisna saymaq olar. Çünki ölkədə pandemiya ilə mübarizənin aparılmasının əsas təşkilatçılarından biri elə hakim partiya sayılır. Bəs digər parlament partiyalarının pandemiya ilə bağlı apardıqları işlər cəmiyyətdə hər hansı formada hiss edilirmi?

  • Xəzər Teyyublu: “Təəssüf ki, bu müddət ərzində biz  həmin siyasi təsisatların cəmiyyətdəki fəallığına rast gəlmirik”

Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələyə bir qədər fərqli prizmalardan yanaşmaq lazımdır:“Əslində, belə bir problemlə bağlı bütün partiyalar ciddi iş aparamlıdır. Çünki bu, ümummilli bir problemdir. Ancaq bəllidir ki, tətbiq olunan karatinin şərtləri siyasi təsisatların fəaliyyətini məhdudlaşdırır. Biz qərarlara tabeyik. Əgər 5 nəfərdən artıq adamın bir yerə toplanmasına icazə verilmirsə, biz nə tədbir keçirə bilərik? Parlament partiyaları ilə bağlı vəziyyət fərqlidir. Onların qanunla icazəli təbliğat aparmalarına şərait var. Parlamentin zallarından birinə toplaşıb, birlikdə toplantı keçirib hansısa fəaliyyət istiqamətlərini müəyyən edə bilərdilər. Bundan əlavə, onların maliyyələşməsi də var. Əhalinin aşağı təminatlı təbəqəsinə yardım aksiyaları təşkil edə bilərdilər. Bir sözlə, onların fəaliyyətləri üçün şəraitləri bizdən çoxdur. Təəssüf ki, bu müddət ərzində biz  həmin siyasi təsisatların cəmiyyətdəki fəallığına rast gəlmirik”.

  • Samir Adıgözəlli: “Hamısının sədri millət vəkilidir, belə resurslarla onlar bizim etdiyimizdən də qat-qat çox iş görə bilərlər”

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli  qəzetimizə açıqlamasında bildirdi ki, bu istiqamətdə QHT-lərin fəallığı daha aydın hiss edilir: “Bilirsiniz, burada təşəbbüskarlıq olmalıdır. Biz onu siyasi partiyalardan görmürük.  Siyasi partiyaların təsnifatı yekcins deyil. Bura hakim partiyanı, müxalifləri və parlament partiyalarını aid edə bilərik. Hakim partiya bu istiqamətdə yükün daşıyıcısı sayılır. Radikal müxalifət isə elə belə məqam axtarır ki, iqtidarın “səhvlərini” tənqid etsin. Parlament partiyaları isə bu istiqamətdə tam fəaliyyətsizdir. Onların dünən keçirilən videokonfransdakı çıxışlarına baxdım.  Ancaq ümumi dəyərləndirmə etdilər. Yaxşı olardı ki, gördükləri işin hesabatını verəydilər. İş olmadığı üçün, ordan-burdan danışdılar. Bu müddət ərzində biz QHT olaraq məhz pandemiya ilə bağlı bir çox aksiyalar həyata keçirmişik. Bir neçə QHT ilə birgə Operativ Qərargahın verdiyi qərarlara yerlərdə hansı səviyyədə əməl edildiyinin monitorinqini aparmışıq. Bundan əlavə  virusla mübarizənin ön sıralarında dayanan həkim və polislərimizə dəstək aksiyası olaraq gül hədiyyə etmişik. Təbiidir ki, bütün bu aksiyaları karantin qaydalarına ciddi əməl etməklə keçirmişik. Parlment partiyalarının yaxşı maddi imkanı və şəraitləri var. Hamısının sədri millət vəkilidir, belə resurslarla onlar bizim etdiyimizdən də qat-qat çox iş görə bilərlər. Amma təəssüf ki, ortada heç nə yoxdur”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ