Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Ermənistan Azərbaycan-Türkiyə-Rusiya üçbucağında əzilir, Rusiyadan sonra ABŞ da ondan üz döndərir...

Image


Azərbaycanın Cənubi Qafqazda xüsusi marağı olan ABŞ, Rusiya, Avropa İttifaqı ilə dinamik şəkildə inkişaf edən münasibətləri bu gün Ermənistanda ciddi qısqanclıq yaradır. Irəvanda belə hesab edirlər ki, Azərbaycan yaranmış vəziyyətdə Ermənistanı daha asan şəkildə təzyiqlər altında saxlayacaq.

 Erməni politoloq Suren Sarkisyan bildirir ki, Rusiyadan sonra ABŞ da Ermənistandan üz döndərir: “Azərbaycan Birləşmiş Ştatlar üçün strateji əhəmiyyətə malikdir və bu ölkəyə yardım verilməsi heç nədən asılı olmayaraq davam edəcək. Biz nə qədər çalışsaq da, bu istiqamətdə heç nəyi dəyişə bilmirik, buna görə də, fikrimcə, Birləşmiş Ştatların Ermənistana da hərbi yardım etməsinə və bununla bu prosesin balanslaşmasına nail olmalıyıq. Lakin indilikdə bu mümkün görünmür”. Sarkisyanın sözlərinə görə, Azərbaycan bir sıra üstünlüklərə sahibir, enerji resursları ilə zəngin dövlətdir, həm ABŞ, həm də onun Avropadakı strateji müttəfiqləri üçün vacib əhəmiyyətə malikdir.
Amerikadakı erməni lobbisinin sarsılan mövqeyi də prosesə təsir edir. Əslində, son illər ərzində erməni lobbisi ABŞ, Rusiya və bir sıra Avropa ölkələrində əsaslı dərəcədə mövqe itirməyə başlayıb. Ermənistan müstəqil dövlət olmaq şansını itirdiyi kimi, lobbi vasitəsilə dünya siyasətinə təsir imkanlarını da itirir.
Bu fonda diqqət çəkən digər məqam odur ki, Rusiya ilə Ermənistan arasında da uçurum dərinləşir. Bu xüsusda Ermənistanın “Qraparak” nəşri yazır:“Ermənistanda “Rusiya ilə bərabər, ya yox” diskussiyası yenidən aktuallaşıb. Bəziləri belə hesab edir ki, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Rusiya-Ermənistan münasibətləri, yumşaq desək, müsbət dinamika əldə etməyib. Bəziləri isə Ermənistanın suverenlik amilini qaldırdığına və Moskva ilə İrəvanın “dəyərlərini yenidən qiymətləndirmə prosesində” olduğuna inanır. Ermənistan KTMT və AİƏT-in üzvüdür, bu qurumlar Rusiya ətrafında formalaşmış və birqütblü Amerika dünya nizamının əks-çəkisi hesab olunur. Ermənistanın düşdüyü vəziyyət, həll edilməmiş Qarabağ münaqişəsi və hər an müharibə ehtimalı dərin və hərtərəfli peşəkar təhlil tələb edir.  Bu yaxınlarda iki əlamətdar hadisə baş verdi. Çin Honkonqla bağlı bir qanun qəbul etdi, baxmayaraq ki, 2047-ci ilə qədər şəhər özünəməxsus muxtariyyət statusunu qorumalı idi. Honkonq üzərində birbaşa yurisdiksiyanı təyin edən Pekinin birtərəfli hərəkəti Qərb dünyası tərəfindən geniş anlayışla qəbul edildi. Honkonqun xüsusi statusunun qarantı olan Londondan belə, heç bir tənqidi bəyanat verilmədi. Demək olar ki, məsələ bağlanıb. Qərbdə heç kim Çinlə münasibətləri gərginləşdirmək istəmir, çünki alternativin Çin-Rusiya geosiyasi qütbü yaratmaq olduğunu yaxşı başa düşürlər. Bu da ciddi bir problem olacaq”.

Nəşr yazır ki, ikinci qətiyyətli addım Türkiyə tərəfindən atıldı:“Ölkənin Ali Məhkəməsi prezident Ərdoğanın Ayasofya məbədini muzey halından yenidən məscidə çevirmək üçün əmr verə biləcəyinə dair qərar qəbul etdi. Yunanıstanın anlaşılan təbii cavabını bir kənara qoysaq, narahatlığını bildirən yeganə ölkə Dövlət Departamenti səviyyəsində ABŞ oldu.
Bəs, bundan sonra nə baş verdi? Türkiyə Vaşinqtona Xarici İşlər Nazirliyinin nümayəndəsi vasitəsilə cavab verərək, müqəddəs Ayasofya məbədinin ona aid olduğunu, Türkiyə torpağında olduğunu və onunla əlaqədar hər hansı bir qərarın Türkiyənin suveren haqqı olduğunu söylədi. Rus Pravoslav Kilsəsi də bu məsələyə toxunaraq, müqəddəs Ayasofyanın məscidə çevrilməsinin xristianlar və müsəlmanlar arasındakı münasibətləri pisləşdirəcəyinə dair xəbərdarlıq etdi. Şərhçilər Vaşinqtonla Moskvanın münasibətləri arasındakı fərqi dərhal qeyd etdilər.

Rusiya Xarici İşlər Nazirliyi diplomatik susqunluğunu qoruyub saxladı. Bu başadüşüləndir, ABŞ və Rusiya hazırda Türkiyə uğrunda müharibə vəziyyətindədir. Türkiyəni Qərbdən uzaqlaşdıran istənilən addım Rusiya üçün arzuolunandır. Daha doğrusu, Rusiya üçün, hansı sivilizasiya dəyərlərinə inanıb-inanmamasından asılı olmayaraq, hansı ölkənin ikiqütblü dünya qurmağa nail ola biləcəyi fərq etmir. Bu ölkə Türkiyə olarsa, Moskva bunda heç bir problem görmür. Reallığa açıq gözlə baxmaq lazımdır. Bir tərəfdən açıq-aşkar ağır çəkili Türkiyə, digər tərəfdən  “erməni məsələsi” var. Biri gerçək, digəri virtualdır. ABŞ-ın, politoloqların dediyi kimi, Yaxın Şərqi və xüsusən də Türkiyəni parçalayacağına və bu görüşə əsaslanan bir dövlət siyasətinin qurulmasına ümid etmək sadəcə düşüncəsiz bir davranış ola bilər. Bir halda KTMT kimi de-fakto təhlükəsizlik “çətirimiz” və Ermənistan-Rusiya hərbi əməkdaşlığı ilə bağlı ayrıca bir razılaşma kimi sadəcə bir mənzərə var.
Belə olan şəraitdə, Rusiyanın bir əsr əvvəl Türkiyə ilə imzaladığı müqavilədən imtina etməsinin lazım olduğu barədə kim və nəyə görə diskussiya açılması ilə təxribata əl atır? Hökumətə “elit” qrupun iradəsinə deyil, insanların böyük əksəriyyətinin iradəsinə əsaslanaraq qərar qəbul etməyə çağırış edilir. Bəziləri tərəfindən Rusiyanın “bizə ödənilməmiş borcu var” kimi təqdim olunan fikri Ermənistanın suverenliyinə heç nə vermir. Əksinə, əlavə bir şeyi də azaldır, çünki suverenlik yalnız maddi bir komponent deyil, həm də zehni bir quruluşdur. Bir şey mübahisəsizdir, Moskvanın geniş bir Rusiya-Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqı qurması ilə Ermənistan Azərbaycan-Türkiyə-Rusiya üçbucağında əzilə bilər. Bu zaman ABŞ və digər Qərb ölkələrindən də kömək olmayacaq”.

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ