14/08/2020 12:33
728 x 90

Prezidentə daha bir məktub Biləsuvarın Günəşli kəndindən gəldi...

img

Biləsuvar rayonunun Günəşli kənd sakini Nəbili Bəhruz Ağahüseyn oğlu Prezident İlham Əliyevə məktub yazıb.

“Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı, xüsusilə də pandemiya dövründə verdiyiniz sərəncamlar əhalinin məşğulluğunun daha da artması üçün böyük perspektiv vəd edir. Biləsuvar aqrar rayon olduğu üçün buranın əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı verdiyiniz sərəncamlar rayon sakinlərinin əməyə və zəhmətə həvəsini daha da artırır. Uzun illərdir rayonumuzda su çatışmazlığı ucbatından yaranan bir çox çətinlik əlimizi işdən soyutmuşdu. Bir müddət bundan əvvəl rayonumuzun bir neçə kəndinin, son sərəncamınızla isə Çinarlı kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə vəsaitin ayrılması biz biləsuvarlıları çox sevindirdi.

Göstərilən qayğıya görə bütün biləsuvarlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm” - deyə B.Nəbili məktubunda vurğulayır.

Baki-xeber.com

Son xəbərlər