09/08/2020 03:05
728 x 90

Prezidentin 1 iyul Sərəncamına sevinən İsmayıllı sakinləri Prezidentə məktub göndərdilər...

img

“İsmayıllı rayonunun 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun qazılması məqsədilə imzaladığınız 2020-ci il 1 iyul tarixli Sərəncam İsmayıllı sakinlərini ürəkdən sevindirir. Qazılması nəzərdə tutulan subartezian quyularından 2-si İsmayıllı şəhərinin payına düşür. Bu subartezian quyuları söz yox ki, şəhər əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında və içməli suya olan tələbatının ödənilməsində böyük rol oynayacaq. İsmayıllıya və onun sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə şəhər ziyalıları, ağsaqqalları və bütün sakinlərimiz adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Heç şübhəsiz ki, Sizin rəhbərliyinizlə ölkəmiz inkişafın ən yüksək mərhələsinə çatacaq və Azərbaycan xalqı daha xoşbəxt gələcəyə qovuşacaq”.

Bu sözləri İsmayıllı şəhər sakini Muradəliyev Vüqar Sovetxan oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Son xəbərlər