Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün görüş keçirildi - FOTO

Image


Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşü giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, olduqca aktual mövzuya həsr edilən tədbirdə pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri olan siyasi partiyaların fəaliyyəti müzakirə ediləcək. O, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların gətirdiyi şərtlərin bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaratdığını, bu mühitin başlıca komponentlərinin isə dövlət başçısının VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində aydın şəkildə göstərildiyini diqqətə çatdırıb. S.Qafarova qeyd edib ki, ölkə Prezidentinin dərin məzmunlu, kifayət qədər konseptual tarixi nitqi siyasi sistemin də komponentlərini və perspektivlərini əhatə etməklə siyasi konfiqurasiyada və ictimai münasibətlər sistemində yeni tarixi mərhələ kimi qiymətləndirilə bilər.

Parlamentin ölkədə həyata keçirilən siyasi islahatların daha uğurlu nəticələrlə müşayiət olunmasında mühüm rola malik olduğunu vurğulayan S.Qafarova VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirildiyini, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçildiyini, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq etdiklərini xatırladıb. O deyib ki, bu addım ölkədə siyasi sistemin yeni konfiqurasiyasına yol açmaqla yanaşı, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərir və artıq başa çatmış yaz və növbədənkənar sessiyalarda parlamentin uğurla fəaliyyət göstərməsi, eləcə də buna münasibətdə ümumi ictimai rəyin müsbət olması həyata keçirilən islahatların nəticəsi kimi qiymətləndirilə bilər. Bu dövr ərzində qlobal pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Milli Məclis üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışıb: yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən 2 konstitusiya qanunu qəbul edilib. Milli Məclisin iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabat və məruzələri dinlənilib. İyunun 30-da başa çatan növbədənkənar sessiya dövründə isə Milli Məclisin 8 iclası keçirilib, 35 qanun və qərar qəbul edilib.

Milli Məclisin Sədri, həmçinin qeyd edib ki, parlament cəmiyyətdə mövcud olan əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirir, siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir.

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən çoxşaxəli islahatlar aparıldığını, ölkənin daha da qüdrətlənməsi və dünya birliyində yüksək mövqe tutması, xalqın rifah halının daha da yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər görüldüyünü, eləcə də həyata keçirilən müxtəlif xarakterli dövlət proqramlarının cəmiyyətin bütün üzvlərini əhatə etməsinin diqqətdə saxlanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin danılmaz xidmətləri olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb.

Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasının ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini diqqətə çatdırıb, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər, aparılmış təhlillər, siyasi partiyalarla yaxından tanışlıq və əməkdaşlığa yönəlmiş çoxsaylı görüşlər, habelə konstruktiv əməkdaşlığın qurulması, yeni siyasi mədəniyyətin təşəkkülü barədə ətraflı məlumat verib. O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.

Sadalanan tədbirlərin ölkədə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək məqsədi daşıdığını və çoxpartiyalı sistemin inkişaf etdirilməsinə yönəldiyini vurğulayan Ə.Vəliyev, həmçinin 9 fevral parlament seçkilərinin, habelə VI çağırış Milli Məclisin tərkibinin mütərəqqi yeniliklərinə diqqəti çəkib.

Siyasi islahatların dərinləşdirilməsi üçün növbəti mərhələnin Milli Məclisdə təmsil olunan siyasi partiyaların xüsusi yeri və rolu ilə aparılacaq partiyalararası konstruktiv siyasi müzakirələr olduğunu bildirən natiq Azərbaycan dövlətçiliyi üçün prinsipial olan məsələlərin milli həmrəylik yolu ilə həll edilməsinin vacibliyini qeyd edib. O, ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə mübarizədə həm ölkə daxilində, həm də qlobal miqyasda həyata keçirdiyi tədbirlər, habelə korrupsiyaya qarşı mübarizə tədbirləri barədə geniş məlumat verib.

Pandemiya dövründə dövlət başçısının siyasətinin prioritetinin insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi olduğu, bütün zəruri qabaqlayıcı tədbirlərin görüldüyü, xəstələrin ödənişsiz müalicəsi üçün onlarla xəstəxana ayrıldığı, eləcə də 10 müasir modul tipli xəstəxana tikildiyi, istifadəyə verildiyi, zəruri tibbi avadanlıqlar alındığı, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanıldığı, habelə iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq dəstək paketi qəbul olunduğu, 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənildiyi, bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq vəsait ödənilməsinin təmin olunduğu və bu işin davam etdirildiyi, eləcə də vergiödəyiciləri üçün vergi güzəştləri və vergi tətillərinin nəzərdə tutulduğu Prezident Administrasiyasının şöbə müdiri tərəfindən diqqətə çatdırılıb. Görülən tədbirlər çərçivəsində ölkə başçısının təşəbbüsü ilə həm də rəmzi məna daşıyan və Azərbaycan cəmiyyətinin həmrəyliyini nümayiş etdirən Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edildiyi, həm ölkə Prezidenti, həm də Birinci vitse-prezident tərəfindən özlərinin birillik əməkhaqqı məbləğlərinin fonda ianə edilməsinin xüsusi rəğbət doğurduğu, eyni zamanda, Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu vasitəsilə qayğıya ehtiyacı olanlara bu çətin günlərdə göstərilən yardımların insanpərvərliyin və milli həmrəyliyin bariz nümunəsi olduğu vurğulanıb.

Ə.Vəliyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə nümunəvi hesab etdiyi Azərbaycan tərəfindən, həmçinin könüllü beynəlxalq ianələr ayrılıb, 30-dan artıq dövlətə humanitar yardımlar edilib. Bununla yanaşı, 150 ölkənin kredit üçün müraciət etdiyi şəraitdə Azərbaycanın dayanıqlı iqtisadiyyatı sayəsində buna ehtiyacı olmadığı bildirilib. Bu dövrdə Azərbaycanın qlobal liderlik nümayiş etdirərək nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli görüşlərinin təşəbbüskarı kimi çıxış etdiyi iştirakçıların diqqətinə çatdırılıb.

Prezident Administrasiyasının rəsmisi Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizənin pandemiya şəraitində də səngimədiyinə toxunaraq, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yüksək peşəkarlıqla həyata keçirilən tədbirlər barədə də danışıb. O, həmçinin pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəklədiyini, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşmanın və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraitinin meydana gəldiyini vurğulayıb. Çıxışının sonunda Ə.Vəliyev siyasi partiyaları dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıqda səylərini artırmağa çağırıb.

Daha sonra Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri olan deputatlar müxtəlif mövzularda çıxış ediblər.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizədə görülən tədbirlərin miqyasından və səmərəliliyindən danışaraq respublikamızın bu sahədə qlobal səviyyədə nümunəvi dövlət olduğunu diqqətə çatdırıb.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa çıxışında pandemiya dövründə siyasi partiyaların davranışlarını təhlil edib. O qeyd edib ki, bu mübarizədə dövlətin gördüyü tədbirlərlə yanaşı, siyasi təşkilatların fəaliyyətinin də mühüm rolu var.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalının çıxışı isə pandemiya şəraitində siyasi partiyalarla vətəndaş münasibətlərinin sağlam təməllər üzərində qurulması məsələlərini əhatə edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq təşəbbüslərə toxunaraq Azərbaycanın bu istiqamətdə atdığı addımların dünya birliyi tərəfindən müsbət qarşılandığını bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə pandemiya dövründə ictimai maarifləndirmə və cəmiyyətin doğru məlumatlandırılmasında siyasi partiyaların rolundan danışaraq bu prosesdə doğru davranış qaydalarının təşviq olunmasında partiyaların üzərinə düşən vəzifələrin öhdəsindən gəlməsinin vacibliyini qeyd edib.

Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev pandemiya dövründə Azərbaycan dövlətinin sosial-iqtisadi təşəbbüslərini nəzərdən keçirərək bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətini vurğulayıb.

Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli pandemiya dövründə vətəndaş cəmiyyəti institutları və birliklərinin davranışları haqqında çıxış edərək mövcud vəziyyət və perspektivləri diqqətə çatdırıb.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə çıxışında pandemiya dövründə qanunçuluğa riayət olunmasının əhəmiyyətindən danışaraq, eyni zamanda, vətəndaş məsuliyyətinin yüksəldilməsinin vacibliyinə diqqəti çəkib.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev isə pandemiya dövründə kütləvi informasiya vasitələrində, o cümlədən sosial mediada ictimai məsuliyyət məsələlərinə toxunub, bu istiqamətdə atılması vacib olan addımlardan danışıb.

Maraqlı müzakirələrlə keçən tədbirin sonunda Milli Məclisdə təmsil olunan siyasi partiyaların adından bəyanat qəbul olunub.

Bəyanatda Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət idarəçiliyində aparılan islahatların yeni mərhələsi qeyd edilərək siyasi sistemi möhkəmləndirmək məqsədilə ölkənin yeni siyasi konfiqurasiyasının formalaşdırılmasına, həmçinin ölkədə çoxpartiyalı sistemin inkişaf etdirilməsinə, partiyalararası sağlam əməkdaşlıq mühitinin yaradılmasına yönəlmiş addımların təqdir edildiyi bildirilmiş, dövlətçilik üçün prinsipial olan məsələlərin milli maraqlar naminə səy birliyi və həmrəylik yolu ilə həll edilməsinin vacibliyi vurğulanıb, habelə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən koronavirus pandemiyası ilə mübarizədə həm ölkə daxilində, həm də qlobal miqyasda həyata keçirilən tədbirlərin dəstəkləndiyi ifadə olunub.

Bəyanatda, həmçinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların ölkədə siyasi partiyalar arasında geniş konstruktiv müzakirələrin aparılması prosesində xüsusi yeri və roluna diqqət çəkilərək, Ermənistanın təcavüzkar siyasətini davam etdirdiyi, beynəlxalq və regional geosiyasi proseslərin doğurduğu yeni təhdidlərin mövcudluğu, habelə bütün bəşəriyyəti hədələyən koronavirus pandemiyası ilə mübarizədə milli və beynəlxalq səylərin artırılmasının zəruriliyi şəraitində siyasi partiyalar qarşısında birgə məqsədyönlü fəaliyyət üçün duran vəzifələr elan olunub.

Bu vəzifələrə Ermənistanın təcavüzkar siyasəti barədə dünya birliyinin davamlı məlumatlandırılması, eləcə də Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət olduğunun, Azərbaycan xalqının sülhpərvərliyinin və tolerantlığının, eləcə də zəngin mədəniyyətinin beynəlxalq auditoriyaya hərtərəfli çatdırılması, ölkədə geniş vüsət alan islahatların nəticələrinin təhlili və yeni perspektivlərin müəyyən edilməsi üçün təkliflərin verilməsi, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan dövlətinin yerli və beynəlxalq təşəbbüslərinin dəstəklənməsi və onların əhəmiyyətinin təbliği, bu istiqamətdə səylərin birləşdirilməsi ilə çoxtərəfli fəaliyyətin həyata keçirilməsi, habelə ölkədə partiyalararası geniş siyasi müzakirələrin baş tutması və dərinləşməsi üçün qarşılıqlı səylər göstərilməsi və s. daxildir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ