Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Kürəkçay müqaviləsi ermənilərin “Qarabağ tarixən bizimdir” iddialarına öldürücü zərbə faktı kimi - Prezident tarixi təsadüfən qaldırmadı…

Image


“...O ki qaldı, tarixi ədalətə, hesab edirəm ki, bu haqda Münhen Təhlükəsizlik Konfransında kifayət qədər açıqlamalar verildi. Eşitmişəm ki, mənim çıxışımdan sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Çox yaxşı, əzbərləsinlər ki, tarixi yaxşı bilsinlər və özlərini, beynəlxalq ictimaiyyəti aldatmasınlar. Çünki Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Bu müqaviləni bir tərəfdən İbrahim xan və digər tərəfdən Rusiya generalı imzalayıblar. İbrahim xan Qarabağlı və Şuşalı - onun vəzifəsi haqqında bax, bu epitetlər, bu sözlər deyilmişdir. Beləliklə, bu tarixi həqiqət, əlbəttə ki, Ermənistan rəhbərliyi üçün gözlənilməz idi, yəqin bu tarixi bilmirdilər. Çünki onlar bir-birini o qədər aldadıblar, o qədər yalan danışıblar ki, bəzi hallarda bu yalana da inanırlar. Ermənistanın Baş nazirinin Ermənistanda hansısa meydanda yalan danışması bir məsələdir, bu yalanı beynəlxalq tədbirdə utanmadan danışması isə digər məsələdir. O, erməni xalqına heç bir aidiyyəti olmayan çarı erməniləşdirib. Bu, tam yalandır. “Qarabağ Ermənistandır” - növbəti yalan. Bu məsələ ilə bağlı kifayət qədər tutarlı cavab da verildi. Ermənistanda baş verən hadisələrlə əlaqədar yalanlar”. Bu fikirləri iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında bildirib.

Bildirək ki, son illər çap olunmuş tarixşünaslıq əsərlərində qeyd edilir ki, Gəncənin alınması, rus qoşunlarının sonrakı müvəffəqiyyətləri Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. Tarixçilər qeyd edirlər ki, Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan Rusiya təəbəliyinə keçməyi tələb etdi. O yazırdı ki, “sizə yalnız yaxşısını seçmək qalır". Onun anlayışında “yaxşı yol” Rusiya idi. İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək xahiş edib.

Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş İran sarayı İbrahimxəlil xanın oğlu Əbülfət xanı 500 nəfərlik dəstə ilə Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan onu düşməncəsinə qarşıladı və onun dəstəsini Dizax yaxınlığında əzdi. Qarabağ xanının bu qələbəsindən sonra Sisianov onun xahişinə görə Qarabağa mayor Lisaneviç başda olmaqla dəstə göndərdi. Eyni zamanda o, Rusiya təəbəliyini qəbul etmək barədə cavabı sürətləndirməyi tələb etdi. İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. Sisianov Gəncənin gündoğarında, Kürəkçay üzərində düşərgə salmışdı, İbrahimxəlil xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam göndərib kürəkəni, Şəki hakimi Səlim xanı da əyanları ilə “böyük sərdarın” yanına çağırdı. Tərəflər arasında "Andlı öhdəlik" imzalandı. Kürəkçay müqaviləsi preambula və 11 artikuldan ibarət idi. Müqavilənin preambulasında şuşalı və qarabağlı İbrahimxəlil xanın Rusiya imperiyasının təəbəliyinə keçməsi təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahimxəlil xan, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın öhdəlikləri əks olunub. Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahimxəlil xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahimxəlil xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahimxəlil xan kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin X artikulunda qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. XI maddə ratifikasiya haqqında idi. Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur. Bütün bunlarla bərabər, Qarabağ xanlığının müsəlman dövləti olması və 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq, yeni tarixi şəraitdə imzalanması onun 5, 8, 9, 10, 11 və başqa artikullarda irəli sürülən müddəaların burada nəzərə alınmasına imkan verməmiş, əksinə, digər yeni şərtlərlə Qarabağ xanlığının təəhhüdləri ağırlaşdırılıb. Rus və gürcü dillərində imzalanan 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq, Kürəkçay müqaviləsi yalnız rus dilində imzalanmışdı. Bu hal da müqavilənin mətnində, xüsusilə Qarabağ xanlığına dair təəhhüdlərdə özünü büruzə verir. 1783-cü il Georgiyevsk müqaviləsi 1805-ci il 14 may Kürəkçay müqaviləsinin başlıca müddəalarının formalaşdırılması üçün əsas olduğu kimi, 1805-ci il 14 may Kürəkçay müqaviləsi Şəki xanı Səlim xanla həmin yerdə imzalanmış 1805-ci il 22 may Kürəkçay müqaviləsi və Şirvan xanı Mustafa xanla bağlanmış 1805-ci il 25 dekabr müqavilələri üçün əsas olmuşdu. Bu müqavilələrdə yalnız yerli şəraitlə bağlı olan bəzi dəyişikliklər (bacın miqdarı və s.) edilmişdi. Rusiya tərəfindən 1822-ci ildə Qarabağ xanlığının ləğv edilməsilə Kürəkçay müqaviləsinə son qoyuldu. Bütün bunlar müasir tarixşünaslıqda qeyd edilən faktlardır. Cənab Prezidentin də qeyd etdiyi və sənəddən də məlum olduğu kimi, burada ermənilərdən, ümumiyyətlə, hər hansı formadasa söhbət getməyib, heç onların adı çəkilməyib.

  • “Ermənilər Kürəkçay müqaviləsini nə qədər saxtalaşdırmağa cəhdlər etsələr də, buna nail ola bilməyəcəklər”

Prezident İlham Əliyevin toxunduğü bu məsələnin xülyalarla yaşayan ermənilərə öldürücü zərbə olduğunu deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev növbəti dəfə çox vacib tarixi faktı, həqiqəti gündəmə gətirib.  

Q.Hacıyev vurğuladı ki, ermənilər hələ Sovet dövründən Kürəkçay müqaviləsini saxtalaşdırmağa cəhdlər ediblər. “Cənab Prezident olduqca vacib və diqqətçəkən fakta diqqəti yönəldib.

Bizim Gülüstan, Türkmənçay, Kürəkçay müqavilələrinin adlarını çəkməyə ehtiyat etdiyimiz Sovetlər dönəmində ermənilər əlaltdan işlərini görürdülər. Hətta onlar o vaxt Moskvaya müraciət edərək guya Qarabağda erməni məlikləri ilə Rusiya arasında Kürəkçay adlı müqavilə bağlandığını əsassız olaraq iddia ediblər. Ermənilər hələ Sovet dövründən belə saxtakarlıqlara əl ataraq Kürəkçay müqaviləsini təhrif etməyə, onu öz xeyirlərinə yönəltməyə cəhdlər ediblər. Hətta ermənilər Moskvadan tələb edirdilər ki, mərkəz onlara  Kürəkçay müqaviləsinin yubileyini qeyd etməyə icazə versin. Sonradan Azərbaycan tarixçiləri, Azərbaycan ictimaiyyəti bunu bildi və artıq Kürəkçay müqaviləsi və bu müqavilələrin kimlər arasında bağlanması ilə bağlı tədqiqatlar aparıb məqalələr dərc etməyə başladılar. O vaxt Çar Rusiyasının işğalçılığı, İranın kəmfürsətliyi, ermənilərin xəyanəti Azərbaycanda dərc edilən məqalələrdə əksini tapmırdı. Bilirsiniz ki, o vaxt Sovet hökuməti buna imkan vermirdi. Ancaq onu deyim ki, saxtakarlığa əl ataraq bütün albanların erməni olduğunu iddia edir, alban məliklərini erməni hesab edirlər. Ən çox da XV əsrdən XIX əsrə qədər mövcud olan məliklərin erməni mənşəli olduğunu “sübut etməyə” çalışırlar. Hətta onların ərazilərini də bəzən “erməni dövləti” kimi qələmə verirlər. Halbuki, bu məliklər xristian-alban məlikləri idilər, onların mənşəyi alban idi. Adlarından da göründüyü kimi, onlar mülk sahibləri, məliklər idi. Amma onlar xristian birliyindən istifadə edərək həmişə hakimiyyətə qarşı sonradan Qarabağa köçürülən ermənilərlə birgə çıxırdılar. Deyək ki, xanlıqlar dövründə onların borcu xanın göstərişi ilə qoşuna cəlb olunmaq, dəstə düzəltmək, vergi vermək və xanlığın tərkibində xanlığı möhkəmləndirmək olduğu halda, çox vaxt onlar xanlara qarşı üsyanlar təşkil edirdilər. O cümlədən də İbrahimxəlil xan dəfələlə onların hərəkatlarını yatırtmışdı. Amma onların separatçı hərəkatı uzun müddət davam etdi. Sonradan Rusiya ilə Azərbaycan xanlıqları arasında başlanan qarşlıqlı çəkişmələr, döyüşlər zamanı Rusiya xanlıqları bir-bir ələ keçirməyə başladı. O cümlədən, Gəncə xanlığını ağır məğlubiyyətə uğratdıqdan sonra İbrahimxəlil xana Sisianovun məlum məktubu göndərildi. İbrahimxəlil xan orada qərara gəlir ki, artıq bu qədər qəddar, əlində böyük qoşunu olan amansız Sisianovla mübarizə aparmaq çətin olar. Hər halda, onun düşüncəsi belə idi və ətrafındakı adamlarla qərara gəlir ki, onsuz da İrandan gördüyümüzü görmüşük, Rusiyanı isə tanımırıq, Rusiya ilə bir müqavilə bağlayaq, bəlkə bir sülh əldə edə bilərik. Bu fikirlərlə həm vəzirin, həm oğlanlarının, həm də ətrafındakıların məsləhəti ilə İbrahimxəlil xan Rusiya ilə Kürəkçay müqaviləsi bağlamağa razılıq verir. 1805-ci ildə Qarabağ xanlığı ilə Sisianov arasında 11 maddədən ibarət traktat imzalanır. Bunun mənası odur ki, sizinlə razılaşırıq, sizin dediklərinizi qəbul edirik və vergi veririk. Beləliklə, hətta İbrahimxəlil xana general rütbəsi verdilər, onun başını qatmaq üçün ona çoxlu vəd verdilər. Qarabağı Kürəkçay müqaviləsilə Rusiyaya bağladılar. Sənəddən də göründüyü, ölkə başçısının da bildirdiyi kimi, Kürəkçayda, ümumiyyətlə, erməni adı çəkilmir. Ermənilərin Kürəkçay müqaviləsini təhrif etməsi, onu saxtalaşdırmaq cəhdi yolverilməzdir. Son zamanlar onlar daha da həyasızlaşaraq tarixi ciddi şəkildə saxtalaşdırırlar. Bilirsiniz ki, Paşinyan Azərbaycan Prezidentinin məntiqi, tarixi bilgisi, yüksək məlumatları qarşısında öz acizliyini, savadsızlığını ört-basdır edə bilmir, özünü bütün dünya qarşısında biabır edir. Orta məktəb şagirdi imtahana hazırlaşan kimi, Paşinyan da hər dəfə “hazırlaşıb” Prezidentimizin qarşısına çıxdıqda özünü yenidən gülünc vəziyyətə salır. Amma bundan dərs götürməyib yenidən saxta tarixdən danışır.

Azərbaycan dövlətçiliyinə aid olan və xanlıqlarımızdan biri olan Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan bu müqavilənin bağlanmasında nə bir erməni iştirak edib, nə də orada bir erməninin adı çəkilib. Hətta alban məliklərinin özləri o müqavilənin bağlanmasında iştirak etməyiblər. Orada onların nə işi ola bilərdi? Ermənilər Kürəkçay müqaviləsini nə qədər saxtalaşdırmağa cəhdlər etsələr də, buna nail ola bilməyəcəklər. Çünki bu, gün kimi aydın olan bir məsələdir. Bu da xaç daşlar deyil ki, üzərini silib “qədim erməni sözləri” yazalar, bu müqavilə arxivlərdə qorunan, çap olunan bir sənəddir. Traktatın bütün maddələrində də onun kimlər arasında bağlandığı və hansı məsələlər əks olunduğu açıq göstərilir. Ona görə də Prezidentimiz çox haqlıdır. Ermənilər indən sonra nə qədər saxtakarlığa əl atsalar da, həqiqətə, tarixi faktlara kölgə sala bilməyəcəklər” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ