Cümə axşamı günü, 08 oktyabr 2026
     

Müğənni Afətə bu cəsarəti kim verib - üç xalq artistini birdən təhqir etdi

Image


“Lap kimlərisə minnətçi salmalıdır ki, həm Rasim Balayev, həm Flora Kərimova, həm də Brilliant Dadaşova onu bağışlasın”
Elşad Aydınoğlu:”Afətin onu tənqid edən üç xalq artistinə qarşı səsləndirdiyi təhqiramiz fikirlər qətiyyən qəbuledilən deyil”

 

Bir neçə aydır ki, efirlərdə və sosial şəbəkələrdə Afət Fərmanqızı adlı müğənninin davranışları, xüsusən də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məşhur “Sığmazam” qəzəlini “Pəncü şeş” adı ilə təhrif edərək oxuması tənqid edilir. Nəinki sənət adamları, hətta tanınmış elm və mədəniyyət xadimləri də Afətin ifasına kəskin etirazını bildirib.

O, bundan nəticə çıxarmaq əvəzinə onu tənqid edənlərə təhqirlə cavab verir. Demək olar ki, Afət efirlərdə, sosial şəbəkələrdə, bir sözlə, əlində harada imkan düşdüsə orada öz əməllərindən qalmır. Son zamanlar onun bu hərəkətləri respublikanın tanınmış sənət adamlarını da dilə gətirib. Xalq artistləri Rasim Balayev, Flora Kərimova və Brilliant Dadaşova Afətin bu hərəkətlərini Azərbaycan musiqisinə təhqir hesab edərək həm onu, həm də ona efir imkanları yaradanları ciddi şəkildə qınayıblar.    

Məlumdur ki, xalq artisti Flora Kərimova ilə Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan müğənni Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşulub. B.Dadaşova xalq artisti F.Kərimovanın Afət  tərəfindən təhqir olunmasına etirazını bildirib. O, qeyd edib ki, 50 ildən çox sənəti olan Flora Kərimovanın təhqir olunması mentalitetimizə, milli-mənəvi dəyərlərimizə zidddir. “Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş?! Biz indi müstəqil, azad respublikayıq. Bu o deməkdir ki, biz böyük-kiçiyə hörməti itirməliyik?!” - deyə bildirən sənətkar ziyalıları bu məsələdə susmamağa çağırıb: “Buna son qoymaq lazımdır. Səhvimizi tapıb düzəltməliyik”.

Xatırladaq ki, F. Kərimova verilişlərdən birində Afətə ifasına görə ağır sözlər deyib: "Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Milləti, əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.

Sözügedən açıqlamadan sonra A. Fərmanqızı instaqramda Kərimovanın "Qaynana 2" filminin çəkilişi zamanı vannada çəkilən şəklini paylaşaraq tənqidə belə cavab verib: "Bu xanım yaxın günlərdə Faiq Ağayevə sənəti yoxdur dedikdən sonra məni tənqid etməyə başlayıb. Faiq bəy onunla duet oxuyan vaxtı artıq sənətkar idi. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız”.

Afət həddini aşaraq xalq aristlərinə “Buradan bəyan edirəm, qələt eləyirsiz, məni tənqid etdiyiniz yerdə” - deyib.

Afət xalq artisti Brilliant Dadaşovanın tənqidinə təhqirlə cavab verməkdən çəkinməyib. “Bir xalq artisti digərinin tərəfini tutur ki, təhqir olunur. Döymə taxta qapımı, döyməyim dəmir qapını. Mən oturduğum yerdə heç kimi təhqir etmirəm. Məni təhqir edəni təhqir edirəm. Kimliyindən asılı olmayaraq, xalq artistidir hər kimdir. Getsin hərə öz xarabasında otursun, öz zibili ilə məşğul olsun” - deyə bildirib.

Xalq artisti Rasim Balayev isə Afət Fərmanqızının onu və həmkarı Flora Kərimovanı təhqir etməsinə münasibət bildirib. Afəti “virus” adlandıran sənətkar hesab edir ki, günah onu efirlərə çıxarıb reklam edənlərdədir. “Bunlar adam deyillər, virusdur, bakteriyadır. Belə baxanda əcəb edir. Onu efirə buraxanlardadır günah! Təqsir onu himayə edənlərdə, efirə buraxanlardadır. Belə adamı nə saytlara, nə də efirlərə buraxmaq olmaz. Mən bunu dəfələrlə demişəm. Ancaq çox təəssüf ki, mənim fikirlərimi sayan yoxdur. Telekanal efirlərində özbaşınalıq və yiyəsizlik baş alıb gedir. Efirləri açıq qapıya döndəriblər. Kim gəldi ora buraxırlar. Ona görə də bunlar bu qədər qürrələnir” - deyə o, bildirib.

Afətin üç xalq artistini birdən təhqir etməsini kəskin etirazla qarşılayan xalq artisti, tanınmış aktyor Yasin Qarayev baki-xeber.com-a bildirdi ki, Afəti ümumiyyətlə tanımır və ifasına bələd deyil. O, hesab edir ki, A.Fərmanqızı Azərbaycan incəsənətinin hər üç görkəmli simasından üzr istəməlidir. “Mən onu bircə dəfə sarayda görmüşəm, nə ifasından xəbərim var, nə də sənətindən. Lakin onun sənətə öz möhrünü vuran üç görkəmli sənətkarı təhqir etməsi böyük günahdır. Afətin bizim böyük sənətkarlarımızı nəinki təhqir etməyə, hətta onlar haqqında hər hansı bir söz deməyə ixtiyarı, mənəvi haqqı yoxdur. Flora xanım Azərbaycan musiqisinin ağbirçəyi, Rasim Balayev isə incəsənətimizin ağsaqqalıdır. Afət onların yaşına, ağsaqqallığına, ağbirçəkliyinə hörmət etməlidir. Flora Kərimova Azərbaycan musiqisinin çox görkəmli nümayəndəsidir, böyük sənətkarımızdır. Rasim Balayev Azərbaycan teatr və kino tarixinə öz adını qızıl hərflərlə yazan sənətkarımızdır. Brilliant xanımın özü də, bütün nəsili də milli musiqimizə, incəsənətimizə xidmət edib, mədəniyyətimizə əvəzsiz töhfələr verib. Afət çox nahaq yerə onların ünvanına təhqiramiz ifadələr işlədib. Sən kimsən axı? Sənin sənətin olsa da belə, sənətdə öz sözünü deyən insanlara qarşı artıq ifadələr işlətməməlisən. Bir ağsaqqal kimi məsləhət görərdim ki, Afət bütün vasitələrdən istifadə edərək dönə-dönə hər üç sənətkardan, xalq artistindən üzr istəməlidir. Lap kimlərisə minnətçi salmalıdır ki, həm Rasim Balayev, həm Flora Kərimova, həm də Brilliant Dadaşova onu bağışlasın. Afət nə haqla xalqın, dövlətin böyük hörmətini qazanan sənətkarlara qarşı belə ifadələr işlədib. O, dərhal üzr istəməlidir” - deyə Y.Qarayev bildirdi.

Gənc və tanınmış muğam ifaçısı Elşad Aydınoğlu da hesab edir ki, A.Fərmanqızı üç böyük sənətkara qarşı səhv edib. “Onun bu hərəkətləri qəbuledilən deyil. O səhv edib bizim üç böyük sənətkarımızın ünvanına təhqiramiz ifadələr işlədib. Rasim Balayev, Flora Kərimova və Brilliant Dadaşova Azərbaycan mədəniyyətinin, incəsənətinin vizit kartıdır. Onlar uzun illər bizim mədəniyyətimizi, incəsənətimizi ləyaqətlə təmsil ediblər. Afətin onu tənqid edən üç xalq artistinə qarşı səsləndirdiyi təhqiramiz fikirlər qətiyyən qəbuledilən deyil” - deyə E.Aydınoğlu bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ