şənbə günü, 15 avqust 2026
     

Müasir milli kinomuzun bölgələrdə nümayişinə start verildi…

Image


Aydın Kazımzadə: “Sevinirəm ki, artıq kinodan üz döndərmiş tamaşaçıları yenidən kinoya qaytara bilirik”
Aysel Əmirova: “Azərbaycan kinosunun düşmənlə üz-üzə dayanan Ağdamda nümayişi olduqca əhəmiyyətlidir”

 

Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan kinosunun ölkə daxilində təbliği, nümayişi ilə bağlı elə də geniş səviyyəli işlər görülmürdü. Bir-iki istisnanı nəzərə almasaq deyərdik ki, bu sahədə ciddi problem və çətinliklər mövcud idi. Ancaq son aylar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu problemin birdəfəlik aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirilməkdədir.

Bildiyimiz kimi, bir neçə həftə əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan kinosunun regionlarda nümayiş etdirilməsi, təbliği və təşviqi ilə bağlı əmr imzaladı. Əmrə əsasən, hər il sentyabrın 15-i ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq.

Nazirin imzaladığı əmrin artıq icrasına başlanıb. Belə ki, bir neçə rayonda kino mövsümünün açılışı olub. Azərbaycan kinosunun təbliği baxımından böyük əhəmiyyətə malik olan hadisə ekspertlər tərəfindən müsbət qarşılanır.

Qeyd edək ki, sentyabrın 19-da Balakən Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan filmlərinin nümayiş olunması ilə əlaqədar təqdimat mərasimi keçirilib. Balakənlilərə ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimlinin ekranlaşdırdığı  “Qırmızı bag” filmi təqdim edilib.

Yeri gəlmişkən bildirək ki, “Qırmızı bağ" bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində istehsal olunub.

Zaqatala Rayon Heydər Əliyev Mərkəzində də kino mövsümünün açılışı olub. Burada isə 2011-ci il Azərbaycan istehsalı olan “Buta” bədii filminə tamaşa edilib.

Düşmənlə nəfəs-nəfəsə dayanan Ağdam rayonunda da kino mövsümünün açılışı olub və “Yarımçıq xatirələr” filmi təqdim edilib. Ağdam rayonu Quzanlı qəsəbəsinin Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramına uyğun olaraq, mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 08 avqust 2017-ci il tarixli, 186 saylı əmrinin icrasının təmin olunması məqsədilə müşavirə də keçirilib.

Kino ekspertlərinin bildirdiyinə görə, son illər Azərbaycanda çəkilən filmlərin bölgələrdə nümayişi mövsümi xarakter daşımayacaq. Onların fikrincə, son illər çəkilən filmlər mütəmadi olaraq region tamaşaçılarına təqdim ediləcək.

Kinoşünas Aydın Kazımzadə bizimlə söhbətində filmlərin bölgələrdə nümayişinə başlanmasının müsbət addım olduğunu dedi. Onun sözlərinə görə, bunun əhəmiyyəti böyükdür: “Mən bu işi ancaq alqışlaya bilərəm. Sevinirəm ki, artıq kinodan üz döndərmiş tamaşaçıları yenidən kinoya qaytara bilirik. Mədəniyyət saraylarının kino tamaşaçılarının üzünə açıq olması olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycanda kino çəkilir və bu filmlərin hansı səviyyədə olduğunu tamaşaçılar özləri görəcəklər. Çox gözəl filmlərimiz var. Dövlətimiz də kinoya böyük qayğı göstərir. Düşünürəm ki, filmlərin davamlı olaraq təbliğ edilməsi kinonu daha da inkişaf etdirəcək və tamaşaçıları cəlb edəcək”.

A.Kazımzadə qeyd etdi ki, uzun müddət bölgə tamaşaçıları müasir Azərbaycan filmlərinə kinoteatrlarda, belə imkanı olan məkanlarda baxmayıb, amma bu gün bu iş reallaşıb. 

Kinoşünas Aysel Əmirovanın sözlərinə görə, Azərbaycanın milli kino sənəti 119 il ərzində əlamətdar hadisələrlə yadda qalıb. Onun sözlərinə görə, kino cəmiyyətin inkişafında böyük rola malikdir. Kinoşünasın bildirdiyinə görə, Azərbaycan kinosunun əsası 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərinin nümayişi ilə qoyulub.

Azərbaycan dövlətinin kinonun inkişafına həm maddi, həm də mənəvi dəstək verdiyini deyən ekspert bildirdi ki, son 10 ildə ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb, kinomuzun maddi-texniki bazası möhkəmləndirilib: “Prezident İlham Əliyevin 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” Azərbaycan kino sənətinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub.

Bilirsiniz ki, ölkə başçısı kinonun inkişafına kifayət qədər dəstək verir. Bu yaxınlarda da regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmr imzalaması bu sahədə yeni addımların atılması ilə nəticələndi. Artıq bir neçə rayonda Azərbaycan filmləri nümayiş etdirilib. Bu filmlərin çoxundan tamaşaçılar xəbərsiz idi. Ancaq bu gün bir çox regionlarda tamaşaçılar bilir ki, yeni filmlər çəkilir və bu filmlərə maraqla baxırlar. Bildiyim qədər, kino mövsümünün açılışına qədər bu sahədə sistemli işlər görülüb və bu işlər bəhrəsini verəcək. Bölgə tamaşaçıları sovet illərində Azərbaycanda və digər ittifaq respublikalarında çəkilən filmlərlə tanış idilər. Çünki o dövrdə bu filmlərin təbliği, yayımı mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi. Ən ucqar kəndlərdə belə, sakinlər yeni çəkilən filmlərdən xəbərdar idi. O vaxt həm də çox yaxşı bir ənənə vardı, filmləri bölgələrə aparanda kinoda çəkilən aktyorlar da görüşə gedirdi. Tamaşaçılar hətta aktyorlara oyunları haqqında fikirlərini bildirirdi. Ümid edirik ki, bu ənənə də bərpa ediləcək. Sirr deyil ki, bölgə tamaşaçılarının çoxu müasir aktyor və aktrisaları tanımır. Sənətdə yeni olanların da tanıdılmasına ehtiyac var”.

A.Əmirova qeyd etdi ki, Azərbaycan filmlərinin sərhəd bölgələrində nümayişi daha effektivdir. Onun sözlərinə görə, içində yaşadığımız il ərzində filmlərimiz daha çox rayonlarda nümayiş etdiriləcək: “Azərbaycan kinosunun düşmənlə üz-üzə dayanan Ağdamda nümayişi olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, bu daha intensiv xarakter almalıdır. Cəbhə bölgəsində yerləşən rayon və kəndlərdə daha çox vətənpərvərlik, azərbaycançılıq ruhunda çəkilən filmlər təqdim edilməlidir. Bölgələrdə də ali məktəblər, kolleclər var. Bu filmlərə tamaşaçı qismində tələbələr də cəlb edilməlidir. Bu çox yaxşı hal olardı”.

A.Əmirova vurğuladı ki, davamlı olaraq paytaxtda və bölgələrdə yerləşən 250-dək mədəniyyət müəssisəsində həftədə üç dəfədən az olmayaraq Azərbaycan filmlərinin nümayiş olunması qərarı olduqca müsbətdir. Onun sözlərinə görə, rəsmi qərara əsasən, həmin müəssisələrə regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, mədəniyyət sarayları, kənd klubları, eyni zamanda, film nümayişi üçün müvafiq imkanları olan digər obyektlərin daxil olmasının filmlərin daha geniş sferada təbliğinə şərait yaratdığını vurğulayan ekspert dedi ki, bu işdə kino təşkilatları da aktivlik göstərməlidir: “Məlumatıma əsasən, regionlarda və paytaxtda əsasən müstəqillik illərində çəkilən, televiziya ekranlarında nümayiş etdirilməmiş və ya az nümayiş etdirilən filmlərə üstünlük veriləcək.  Həmçinin, müstəqillik dövründə Qarabağ mövzusunda çəkilən, habelə sovet dövründə müharibə mövzusunda ekranlaşdırılan müxtəlif mövzularda filmlər də tamaşaçılara təqdim ediləcək. Bayaq sizə dediyim ki, vətənpərvərlik ruhu aşılayan filmlərin nümayişi vacibdir, onu da nümayiş etdirəcəklər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ