Cümə günü, 09 oktyabr 2026
     

Dünyada Azərbaycanı tanıdan müasir rəssamlar...

Image


Ziyadxan Əliyev: “Dünyada əsasən...”

Səkinə Baharlı: “Müasir rəssamlar arasında da dünyaya çıxmağa iddialı olanlar var”

 

Müasir dünyanı nə iləsə təəccübləndirmək olduqca çətindir. Çünki artıq dünyanı heyrətləndirəcək çox az şey var desək, yəqin ki, yanılmarıq. Təsviri incəsənət, rəssamların fırçasından çıxan əsərlər həqiqətən də tamaşaçıların marağını cəlb etməyə qadirdir. Azərbaycan təsviri incəsənət ustalarının çəkdiyi əsərlərin çox az hissəsi dünyada tanınıb, barmaqla sayılacaq qədər rəssamımızı dünya tanıyır.

Sənətşünaslar qeyd edir ki, Azərbaycanda tarixən ölkəmizi tanıtmağa qadir olan rəssamlar olub, sadəcə, onların dünya sənət okeanına çıxışları məhdud idi. Orta əsr Azərbaycan rəssamlarının əsərlərinin dünya muzeylərində və şəxsi kolleksiyalarda sənət inciləri kimi yer tutması Azərbaycan təsviri incəsənətinin qələbəsi deyilmi? Bununla belə, Azərbaycan rəssamları tam olaraq hələ dünyaya inteqrasiya etməyiblər. Bu gün dünya Azərbaycan rəssamları deyəndə daha çox Səttar Bəhlulzadənin bənzərsiz əsərlərini xatırlayır. Sovet dövrü Azərbaycan rəssamlarının əksəriyyətinin o illərdə xarici ölkələrdə sərgiləri təşkil edilirdi.  Bu rəssamlar Azərbaycan həyatını bu sərgilərdə ifadə edə bilirdi.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev hesab edir ki, bu gün dünya Azərbaycanın Sovet dövrü rəssamlarını tanıyır: “Dünyada əsasən keçmiş rəssamlar tanınır”.

Sənətşünas Səkinə Baharlı bizimlə söhbətində bildirdi ki, Azərbaycan rəssamlarının əsərlərinin dünyaya təqdim edilməsi incəsənət tariximizdə yeni hadisə olardı:  “Orta əsrlər Azərbaycan rəssamlarının çəkdiyi əsərlər, miniaütürlər bütün dünyada məşhurdur. Dahi rəssamımız Soltan Məhəmmədin “Bəhram Gurun şir ovu”, “Məhəmməd Peyğəmbərin meracı”, “Xosrovun çimən Şirini görməsi”, “İsgəndərin Çin xalqı ilə görüşü” və s. əsərləri dünyada çox məşhurdur. Ağa Mirəkin əsərləri də, həmçinin, dünya muzeylərini bəzəyir. Onun “Məcnun heyvanlar arasında”, “Xosrov və Şirinin xidmətçilərin nağılını dinləməsi”, “Xosrovun taxta çıxması”, “Şapurun Xosrovun yanına qayıtması” unikal nümunələrdir. Seyid Əlinin “Bəhram Gur və qoca çoban”, “Məcnun Leylinin çadırı qarşısında”, “İbn Səlamın elçiliyi” və s. əsərlərin adını çəkə bilərik. Azərbaycan rəssamlarının əl işləri qədim zamanlardan dünya səyyahlarını maraqlandırıb. Onlar əsl sənət inciləridir. Sadəcə, təbliğatları zamanında yüksək səviyyədə qurulmayıb”.

 Azərbaycan rəssamlarının üstün cəhətlərini vurğulayan S.Baharlı qeyd etdi ki, bizim rəssamların təhsil səviyyəsi də yüksək olub: “Azərbaycan rəssamları həm çox savadlı, həm dünya tarixini yaxşı bilən, həm də istedada malik olan sənətkarlardır. Bizdə rəssamlıq məktəbi çox güclüdür. Biz onların çox qüdrətli nümayəndələrini tanıyırıq, amma çox təəssüf ki, o sənətkarları dünyada lazımi səviyyədə tanıda bilməmişik. Bunun da bir səbəbi uzun illər imperiya tərkibində olmağımızdır. Sovet illərində bizim  rəssamlar dünyaya sovet rəssamı kimi təqdim edilirdi. Yəni onların azərbaycanlı olduğunu dünyada çox az adam bilirdi. O rəssamlar Azərbaycan adına tanınsaydılar, biz bu gün onun daha çox faydasını görərdik. Halbuki, bizdə elə rəssamlar olub ki, onları bütün dünya tanımalıdır. Ancaq bununla belə, Azərbaycan rəssamlarının işi dünyanın müxtəlif ölkələrində sərgilənirdi. Sovet dövrü Azərbaycan rəssamlarının müraciət etdiyi mövzular ancaq ölkə ilə məhdudlaşmırdı, dünyanın əksər xalqları, onların məişəti, həyat tərzi ilə bağlı dəyərli əsərlər yaradırdılar. Bu əsərlərin beynəlmiləl mahiyyəti də böyük idi. Bu gün dünya muzeylərində Azərbaycanın Sovet dövrü rəssamlarının əsərləri sərgilənir. Bu gün sevindirici haldır ki, dövlətin bu sahəyə dəstəyi nəticəsində klassik Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər açılır, onların kataloqları çap olunur. Bundan başqa, müasir rəssamlar arasında da dünyaya çıxmağa iddialı olanlar var. Hətta bəzi rəssamlarımız dünyanın müəyyən yerlərində tanına da bilirlər”.

Sənətşünasın sözlərinə görə, bu gün Azərbaycan təsviri incəsənətini dünyada tanıdan rəssamlar arasında Sakit Məmmədovun nailiyyətlərini qeyd etmək lazımdır. Ekspert bildirdi ki, S.Məmmədovun fırça nümunələri dünyanın bir sıra ölkələrində sərgilənib. Azərbaycanla yanaşı, Türkiyədə, Rusiyada, Ukraynada, Belarusda, İsveçdə, Almaniyada, İtaliyada, Belçikada, Fransada,  Avstriyada, Misirdə, Çində, Gürcüstanda, Tatarıstanda, Sinqapurda, Portuqaliyada və digər ölkələrdə fərdi sərgisi keçirilən Sakit Məmmədovun uğurlarından danışan ekspert vurğuladı ki, Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sakit Məmmədovun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır: “Xatirə şəkli”, “Oyun”, “Məşq”, “Falabaxanlar”, “Ad günü”, “Leninqrad xatirələri”, “Yaşasın İstanbul”, “Bayram”, “Toy”, “Metro”, “13 nömrəli avtobus”, “Həvəska” və s. əsərləri S.Məmmədovun maraqlı əsərlərindəndir. S.Məmmədovun yaradıcılığına bələd olanlar bilirlər ki, o çox zaman qəhrəmanların libaslarını da öz fantaziyası ilə “geyindirir”. Bu rəsmdəki geyimlərdə isə bizə tanış olan dəbi görürük. Qeyd edək ki, rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Belə əsərlərdə rəssam sanki öz dünyasının zamanını göstərmək istəyir. Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, “Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir”- deyib. Rəssamlıqda Opalizm akademik rəssam S.Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimiologiyası opal daşından götürülüb. Qədim yunan dilində gözqamaşdıran, latın dilində valehedici görünüş, sanskrit dilində qiymətli daş kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir insanların zövqünü oxşamaqdadır.Opalda mövcud olan isti rəng çələngi S.Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun, demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Bununla sənətkar sübut eyməyə çalışıb ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu, yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Düzdür, opal rəssamın yumşaq yaxma ilə yaratdığı əsərlərində daş növü kimi deyil, əlbisələrdə, baş geyimlərində, qadın zinət əşyalarında və s. formalarda təzahür edir. Yəni opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Buna baxmayaraq, rəsmlərdə daşın insanda yaratdığı xoş ovqatı və müalicəvi xüsusiyyətini hiss etmək olar. Sevindirici haldır ki, S.Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur. Şübhə yoxdur ki, sənətkarın yaratdığı bu üslub gələcəkdə yetirmələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayıb yaradan yüzlərlə, minlərlə rəssamın yaradıcılığı tərəfindən də davam etdiriləcək”.

Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasında müasir fırça ustaları arasında Dünya Rəssamlıq Akademiyasının üzvlərinin də olduğunu deyən S.Baharlı bildirdi ki, bir neçə il əvvəl həmin rəssamların Bakıda sərgisi də açılıb: “Xalq rəssamları Xanlar Əhmədov, Mir Nadir Zeynalov, əməkdar incəsənət xadimi Arif Aziz, əməkdar rəssam Eldar Qurbanov, tanınmış rəssamlar Səmədağa Cəfərov və Nağdəli Xəlilov Dünya Rəssamlıq Akademiyasının üzvləridir. 100-dən çox  ölkənin tanınmış fırça ustalarını öz ətrafında birləşdirən bu mötəbər quruma rəssamlarımız 2009-cu ildən üzv olmağa başlamışlar. Belə bir təşkilatda təmsil olunmaqla biz Azərbaycan rəssamlıq məktəbinin qədim və özünəməxsus ənənələrini dünyada daha geniş formada təbliğ etməyə nail oluruq”.

Ekspert bildirdi ki, son illər Azərbaycan təsviri incəsənətinin dünyada təbliğ edilməsi və onun müasir nümayəndələrinin tanıdılması üçün Heydər Əliyev Fondu da böyük işlər görür. Onun bildirdiyinə görə, vaxtaşırı olaraq Azərbaycan rəssamlarının fırça nümunələri dünyanın müxtəlif ölkələrində sərgilənir: “Bilirsiniz ki, dünya dəyişir, mədəniyyət sisteminə yeni baxış formalaşıb. Rəssamlıqda da bir sıra yeni izmlər yaranır, dəst-xətlər formalaşır. Azərbaycan rəssamlığı ancaq Sovet dövründə olduğu kimi qala bilməz, təbii, inkişaf etməlidir. Bu gün dünyada yeni mövzular, yeni dəst-xətlər, hadisələrə yeni baxış istəyirlər. Zamanında klassik Azərbaycan rəssamları çəkdikləri əsərlərlə öz sözlərini deyiblər. Bu gün sözü müasir rəssamlar deməlidir. Onu da vurğulayım ki, dövlətin bu sahəyə diqqəti və qayğısı böyükdür. Keçən çağlarda Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Rasim Babayev və digər rəssamlar dünyaya çıxmaq üçün mücadilə aparırdılarsa, buna müəyyən qədər nail oldular. Onların əsərləri dünyada az-çox tanınır, qiymətləndirilir.

Bu gün Heydər Əliyev Fondu mədəni irsimizə çox böyük qayğı ilə yanaşır. Fondun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində rəsm sərgiləri açılır, rəssamlarımız tanıdılır. Bayaq mən S.Məmmədovun adını çəkdim. Amma o tək deyil, bu axına qoşulan digər rəssamlarımız da var. Sovetlər Birliyi dağılandan sonra bir sıra Azərbaycan rəssamları xarici ölkələrə, xüsusən də qardaş Türkiyəyə üz tutdu. Bu gün Türkiyədə Azərbaycan rəssamlarının böyük məktəbləri formalaşıb. Bizim rəssamlar dünyanın harasında olursa-olsun, Azərbaycan təsviri incəsənət məktəbini yaşadır və təbliğ edirlər. O rəssamlar xarici ölkələrdə Azərbaycan rəssamlıq məktəbinin özəlliklərini başqa xalqların övladlarına da təlqin edirlər. Bu çox müsbət haldır. Düzdür, Sovet dövrü Azərbaycan rəssamlarının şöhrəti o qədər böyükdür ki, müasir rəssamlar o şöhrətə çata bilməyib hələ. Amma dünyaya çıxmaq, dünyanın diqqətinin Azərbaycan incəsənətinə cəlb etmək hər kəsin arzusudur. Dediyim kimi, bir-iki nəfər, az da olsa, buna nail ola bilib.

Onu da vurğulayım ki, gənc rəssamların beynəlxalq aləmdə tanıdılması çox mühümdür. Bu gün çox istedadlı gənc rəssamlarımız var, sadəcə onları tanıda bilmirik”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ