Cümə günü, 09 oktyabr 2026
     

Aşıqlar sovetə xidmət etdikləri kimi müstəqil Azərbaycanı tərənnüm edə bilirmi?

Image


Məhərrəm Qasımlı: “Müasir Azərbaycan aşıqları dövlət siyasətinə bağlı, dövlətçiliyə xidmət edən sənətkarlardır”

 

Minillərin ağır sınaqlarından, çarpışmalarından, təlatümlərindən adlayıb günümüzə gəlib çıxan müqəddəs aşıq sənəti biz türklərin ruhunu ifadə edir. Azərbaycan aşıq sənətinin əvvəlki yüzillikləri haqqında tədqiqatçı alimlər, aşıqşünaslar kifayət qədər araşdırmalar, tədqiqat işləri aparıb, kitablar nəşr etdirib, gənc alimlər bu sahədə elmi işlər müdafiə edib alimlik dərəcəsi alıblar.

Bizim aşıq sənətinin tamam başqa bir tərəfini müasir aspektdə araşdırdım. Bilirik ki, aşıq sənətinin ən yüksək tərəqqi tapdığı dövrlərdən biri XX əsrdir. Bu əsrdə aşıq sənəti, sözün əsl mənasında, özünü tam olaraq təsdiqləyib, bu çağda olduqca görkəmli aşıqlar ordusu yetişib və meydana çıxıb. Bu gün həmin qüdrətli aşıqların hər biri bir məktəb kimi tanınır. Ustad aşıqların yaratdığı möhtəşəm yaradıcılıq yolunu davam etdirənlər çoxdur. Uzun illər aşıq sənətini yaxından izləyən, bu barədə saysız yazılar yazan bir jurnalist kimi XX əsrin müxtəlif illərində, xüsusən də keçən əsrin 30, 40, 50, 60, 70-ci illərində çox populyar olan ustad aşıqların bəlli lent yazılarını təkrar-təkrar dinlədim. Əlbəttə, uca ustadların nəfəsindən, barmağından qopan hər bir hava özünəməxsus şəkildə insana təsir edir.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra uzun illər toz basmış arxivlərdə qalmış ustad aşıqların bir sıra lent yazıları aşkarlanıb internet resurslarında yayımlandı. Bu olduqca qiymətli bir işdir və bu gün dəyərli istinad yeridir. Sovet dövründə yaşayıb yaradan, müxtəlif incəsənət ongünlüklərində, dekadalarında, festivallarda çıxış edib sazımızı təbliğ edən ustad aşıqların bir çoxunun repertuarını dinləyərkən burada incə bir məqam sezdim. Nədir bu məqam? Aşıqların böyük əksəriyyəti o illərdə sovet hökumətini, kolxoz  quruculuğunu, kommunizmi, dövrün siyasi liderləri olan Lenin, Stalini, onların həyata keçirdiyi siyasəti tərənnüm edən şeirlər ifa ediblər. Bu amil Azərbaycanın dahi aşıqlarının repertuarında birmənalı yer tutub. Ruhunu sayğı ilə andığımız aşıq Əsəd Rzayev, aşıq Mirzə Bayramov, Qaraçıoğlu İbrahim, eləcə də onlardan sonra yetişən aşıqlar sovet ideologiyasını saz vasitəsilə təbliğ ediblər. Unikal saz havaları üstündə sovet ideologiyasının tərənnümü bu gün həqiqətən də qəribə görünür və bu ifalara  əsasən tənqidi yanaşılır. Bu gün hətta bəzən belə sualla qarşılaşırsan ki, aşığın sazı hansı səbəbdən bolşevizm ideologiyasını və bolşevik liderlərini tərənnüm etməliydi ki? Aşıq siyasətüstü mövqeyini qoruya bildiyi halda, onu niyə qorumayıb? Hətta onu da deyirlər ki, xanəndələr, müğənnilər aşıqlar qədər bolşevizm ideologiyasına xidmət etməyib. Bu kimi sual qarışıq fikirlər müasir cəmiyyətimizdə tez-tez səsləndirilir.

Sovet illərində bolşevizm ideologiyasını geniş şəkildə tərənnüm edən ustad aşıqların müasir varisləri müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyimizə xidmət edirmi? Bugünkü mənzərəni  və keçmişdəki aşıqlarla çağdaş aşıqların dövlət məsələsinə yanaşmasının oxşar və fərqli cəhətlərini Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Əməkdar elm xadimi, görkəmli aşıq araşdırıcısı, folklorşünas, professor Məhərrəm Qasımlı ilə birgə çözdük.

M.Qasımlı bizimlə söhbətində bildirdi ki, Azərbaycan ozanları, aşıqları keçən çağlardan bəri həmişə dövlətin yanında olub. Aşığın tarixən dövlət maraqlarından çıxış etdiyini qeyd edən M.Qasımlının sözlərinə görə, aşıqların öz qopuzu, sazı ilə bütün çağlarda dövlətin yanında olması faktı əski mənbələrdə də əksini tapıb: “Azərbaycan aşıqları tarixən dövlətin yanında olub və dövlətçiliyə xidmət edib. Ozan bu xalqın qan yaddaşını, tarixini, mənəvi dünyasının yaşadıb, təbliğ edib. Qədim çağlarda ozanın eldə, toplumda, müasir dillə desək, cəmiyyətdə nüfuzu çox böyük olub və sözü keçərli idi. Uzağa getməyək, götürək elə Dədə Qorqudu. Dədə Qorqud bir ozan idi. Biz Dədə Qorqudu dövlətin yanında görürük. O bir ozan kimi dövlətə bağlı idi. Dövlətlə xalq arasında canlı bir körpü idi. Bu da onu göstərir ki, tarixən dövlətin ozana, ozanın da dövlətə, dövlətçiliyə bağlılğı olub. Dədə Qorqud dövlətin işinə xeyir-dua verirdi. “Kitabi-Dədə Qorqud” eposunda qeyd etdiklərimin hamısı ətraflı şəkildə göstərilib. Bu faktın özü onu göstərir ki, aşığın könlü xalqına, dövlətinə bağlıdır. Səfəvilər dövlətində də, həmçinin, aşığa böyük önəm verilirdi. O dövrdə yaşayan ünlü aşıqların əksəriyyəti Şah İsmayıl Xətainin yanında idi. Qurbani, Miskin Abdal buna əyani nümunədir. Yəni aşıq sənətinə dövlətin hər zaman müsbət münasibəti olub. Aşıq dövlətçiliyin tərənnümçüsü olub həmişə. Sonrakı mərhələlərdə də  aşıq- dövlət münasibətləri yüksək səviyyədə olub. Saz bu xalqın mənəvi pasportudur, aşıq sənəti xalqımızın, dövlətimizin dəstək verdiyi ulu bir sənətdir”.

Sovet dövründə fəaliyyət göstərən bir sıra aşıqların bolşevizm ideologiyasını təbliğ etməsinə və bu ideologiyaya sadiq olmasına gəlincə, M.Qasımlı bildirdi ki, burada hansısa bir neqativ hal axtarmaq lazım deyil. AAB sədrinin sözlərinə görə, bu, aşığın xalqın arzu və istəyini, eləcə də aşıqların öz dövlətinə bağlı olmasının təzahürü idi: “Bəzi neqativ fikirlər səsləndirilir ki, niyə aşıqlar sovet quruluşunu tərənnüm edən mahnılar oxuyub, şeirlər yazıb. Hansı sahədə bu quruluş təbliğ olunmayıb ki? Elə bir sahə varmı ki, orada sovet hökuməti tərənnüm edilməsin? Aşıqlara gəlincə, onlar SSRİ-yə öz dövlətləri kimi yanaşırdı və dövlət quruculuğunda iştirak etməyə çalışırdılar. Bu dövrün, zamanın tələbi idi. Buna pis baxmaq lazım deyil. Aşıqlar bolşevizm ideologiyasına deyil, dövlətə xidmət edib. Əgər onlar kommunizmi, Lenini, Stalini tərənnüm etməsəydilər, bu sənəti tam olaraq yaşada bilməzdilər. Sovetlərlə bağlı ifalar 1-2 faizdirsə, 90 faizdən artıq əsl aşıq sənəti yaşayıb. Ustadlar fəaliyyət göstəriblər, şəyirdlər yetişdiriblər, böyük məktəblər yaradıblar. Sovet dövründə çox böyük aşıqlar ordusu yetişib. Siz sovet dövründə yaşayıb mövcud dövlətə xidmət edən aşıqlarla müasir aşıqların müstəqil Azərbaycana yanaşmasını müqayisə edirsiniz. Bu gün Azərbaycan aşıqları öz müstəqil dövlətinə bağlı aşıqlardır. Unutmamalıyıq ki, aşıq sənəti bir dövlətçilik atributu kimi diqqətdə olmalıdır. Çünki bizim milli-mənəvi sərvətlərimizin hamısı gözəldir, amma aşıq sənəti qədər dövlətçiliyə bağlı olan ikinci sənət yoxdur. Aşıq bütün ruhu ilə Azərbaycan milli kimliyinin, dövlətçiliyinin arxasındadır. Dədə Qorqud zamanında da belə olub, Şah İsmayıl zamanında da belə idi, bu gün də belədir. Baxın, Dədə Qorqud ensiklopediyası buraxıldı və onun “Ön söz”ünü ulu öndərimiz Heydər Əliyev yazdı. O bu sənətə çox böyük qiymət verib. Bu gün də ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanitar strategiya onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Mən saza meyl göstərən yeni sazpərvər uşaqlara, gənclərə üzümü tutub deyirəm ki, Azərbaycanın sazı, sözü sizlərdən asılıdır. Azərbaycan dövləti də sizin sinənizə götürdüyünüz o sazı himayə etmək gücündədir. Bu, gənclər üçün çətin deyil. Dövlətə, dövlətçiliyə, sənətə ürəkdən bağlı olmaq lazımdır, ürəkdən xidmət etmək lazımdır. Bu gün Azərbaycan aşıqlarının yaradıcılığnda dövlət müstəqilliyimizi tərənnüm edən nümunələr çoxdur. Müasir Azərbaycan aşıqları dövlət siyasətinə bağlı, dövlətçiliyə xidmət edən sənətkarlardır. Biz indi müstəqil dövlətə sahibik və bunu aşıqlar mütəmadi olaraq öz yaradıcılıqlarında ehtiva edirlər. Yenə də deyirəm, tarixən aşıqlar dövlətin yanında olub və dövlət maraqlarını müdafiə ediblər. Aşıq xalqın içində olur həmişə, o, xalqın dövlətimizə, dövlətçiliyimizə daha sıx bağlı olması üçün təbliğat da aparır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ