şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Azdrama"da qalmaqallara son verməyin vaxtı çoxdan çatıb, amma...
Tarix: 24.09.2015 / 04:13
Bölmə: Mədəniyyət
Akademik Milli Dram Teatrında nə baş verir? Aylar, həftələrdir ki, bu sual teatr ictimaiyyətini, eləcə də teatrsevərləri, mətbuatı maraqlandırır. Bu teatrın bəzi aktyorları mətbuata çıxaraq teatr rəhbərliyi haqqında tənqidi fikirlər səsləndirir, onun teatr mühitinə yad olduğunu bildirir, "Azdrama"ya şöhrət gətirən tamaşaları repertuardan çıxardığı haqqında iddialar ortaya qoyurlar. Hətta bildirirlər ki, teatrın direktoru İsrafil İsrafilov Akademik Milli Dram Teatrının aparıcı aktyor və aktrisalarına, dövlətin titul, fəxri ad verdiyi sənətkarlarına mənfi münasibət bəsləyir. Bir sözlə, onlar iddia edir ki, teatrda yaradıcılıq mühiti yoxdur və bunun da səbəbkarı direktordur.
O da məlumdur ki, bir qrup aktyor və aktrisa İsrafil İsrafilovun direktor vəzifəsindən uzaqlaşdırılması üçün ölkə başçısına müraciət ünvanlayıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə tərəflərə bildirib ki, teatrda islahatlar aparılır və bunun qarşısını heç kəs ala bilməz, çünki bu, zəruri məsələdir. Nazir müavini Ədalət Vəliyev isə "Azdrama"da baş verənlərə münasibət bildirərkən deyib ki, İ.İsrafilov vəzifədən uzaqlaşdırılmalı idi, lakin özünü doğrultması üçün ona üç ay vaxt verilib. Teatrın bəzi aktyorları da bunu əldə əsas tutaraq mətbuata açıqlamalar verir, direktor haqqında xoşagəlməz fikirlər bildirirlər. Hətta aralarında səhnəyə çıxmayacaqları barədə bəyanat verənlər də var. Vəziyyət elə bir həddə gəlib çatıb ki, Akademik Milli Dram Teatrının işçiləri iki qrupa bölünüb - direktor tərəfdarları və ona müxalif olanlar.
Ölkənin baş teatrı olan Akademik Milli Dram Teatrı xalqımızın bədii-estetik zövqünün formalaşmasında böyük rol oynayıb. O üzdən burada baş verənlər insanların nəzərindən yayınmır.
"Azdrama"nın əməkdaşları isə, nədənsə, bunu heç nəzərə almır və ağına-bozuna baxmadan açıqlamalar verir, direktoru və onun tərəfini tutanları ittiham edirlər. Aktyoru sevən, onu ayaqda saxlayan, sənətkar edən tamaşaçı alqışıdır. Bəli, tamaşaçı alqışı duymayan aktyor əjdaha da olsa, sənətkar titulu ala bilməz. Aktyor və aktrisaya sənətkar titulunu tamaşaçı verir. "Azdrama" elə bir teatrdır ki, burada səhnəyə qoyulan hər bir tamaşa onun adına layiq olmalı, rol üçün seçilən aktyor və aktrisalar o yükü qaldırmağı bacarmalıdır. Bu teatrın tarixində unudulmaz tamaşalar, yaddaşlardan çıxmayan aktyor, aktrisa oyunu az olmayıb.
Bu teatr həm keçmişdə, həm də hazırda öz sanbalı, dəyəri ilə seçilir. Bunu direktor da, aktyorlar da, tamaşaçılar da yaxşı bilir. Buranın müqəddəs bir məkan olduğu da unudulmamalıdır. Ancaq bəziləri hissə qapılıb teatrın adına ləkə gətirən addımlar atır ki, bu da yaxşı hal deyil...
Bir neçə həftədir ki, "Azdrama"da baş verənləri, ziddiyyətli hadisələri, hissə qapılan sənətkarlarımızın ittihamlarını araşdırıram. Araşdırma nəticəsində əlimə çox maraqlı faktlar keçdi. Əvvəlcə onu qeyd edim ki, "Azdrama"da 20, 25, 30, 35, 40, 50 il çalışan sənətkarlar var. Bu sənətkarlar sözün əsl mənasında milli teatrımızın inkişafına xidmət göstərib, teatrın ağır dövrlərində böyük əksəriyyəti çörəkpuluna möhtac olduğu halda teatrdan bir addım kənara atmayıb. Səhnənin ağır günlərini bu insanlar bütün varlıqları ilə yaşayıb. Sirr deyil ki, bir müddət bu teatrda zəif əsərlər tamaşaya qoyulub, o əsərləri güclü aktyor oyunu baxımlı edib. Bu gün isə vəziyyət başqadır. Dövlətimiz teatr sənətinə xüsusi diqqət yetirir, sənətkarlara da həmçinin. Digər teatrlar kimi, Akademik Milli Dram Teatrı da yenidən qurulub, lazımi avadanlıqlarla təchiz olunub, bir sözlə, teatrda aktyorların işləməsi üçün yüksək səviyyədə şərait yaradılıb. Bundan başqa, teatr əməkdaşlarını pulsuz müayinə və müalicəyə göndərir, burada onlara hər cür imkan yaradılıb ki, bütün bunlar təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Bəzi aktyorların daha bir iddiası onunla bağlıdır ki, teatrın repertuarından bir neçə tamaşa çıxarılıb, aktyorlara ürəkləri istəyən rollar verilmir və teatr direktoru "Yuğ" teatrından gəncləri bura cəlb edir ki, bu gənclər də "Azdrama"nın tələblərinə cavab vermir (?). Əslində vəziyyət belədirmi? Bunu da deyim ki, hər kəs özünü haqlı sayır və iddiasının əsaslı olduğunu isbatlamağa çalışır. Bir də "Azdrama"nın bəzi aktyorları iddia edir ki, xalq artistləri Bəsti Cəfərova və Ramiz Novruz İsrafil İsrafilovun tərəfini tutur və həmkarlarının fikirlərinə şərik olmur. Hər iki sənətkar isə haqqın tərəfində olduqlarını bəyan edir. Ramiz müəllim mənimlə söhbətində bildirdi ki, baş verənlər teatrın inkişafına zərbə vurur. O qeyd etdi ki, çağdaş dünya teatr prosesi tamam başqa istiqamət götürüb və onunla ayaqlaşmaq lazımdır, sənətkarlar da imkanlarını bu istiqamətdə səfərbər etməlidir.
Qeyd edim ki, Akademik Milli Dram Teatrında bədii şura fəaliyyət göstərir. Bu bədii şuranın üzvlərindən biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, professor, xalq artisti Bəsti Cəfərova, o biri isə dramaturq, aktyor, xalq artisti Ramiz Novruzdur. Bu da teatrda fəaliyyət göstərən bəzi xalq artistlərinin narazılığına səbəb olub. Onlar deyir ki, Bəsti xanım və Ramiz müəllim bədii şuranın üzvüdürsə, demək bu mənfi bir haldır, ancaq başqa xalq artistləri şura üzvü olsalar burada heç bir nöqsan yoxdur və bu obyektiv yanaşmadır. Əslində isə hər iki sənətkarın bədii şura üzvü seçilməsi normaldır və buna mənfi yanaşmaq olmaz. İndi gələk repertuardan çıxarılan tamaşalara: məlumatıma görə, o tamaşaların bir çoxunun repertuardan çıxarılması baş rolları oynayan sənətkarların dünyasını dəyişməsi ilə əlaqədardır. Əldə etdiyim məlumatda bildirilir ki, başqa aktyorlar həmin rollarda özünü doğrulda bilmir. Bir məqamı da qeyd edim ki, aktyorlar bir çox halda deyirlər ki, bu mənim ampluama yad roldur, yaxud mənim ampluama aiddir. Əslində isə, ən gözəl aktyor ampluasız aktyorlardır ki, bütün rolların öhdəsindən gəlməyi bacarır. Bizim teatrda belə aktyorlar çox azdır. Aktyorlarımız inciməsin, öz üzərlərində işləmirlər. 50-60 yaşında aktyor gəlib deyir ki, 20-25, 30 yaşlı gəncin rolunu oynamaq istəyirəm. Axı gözəl sənətkar, sənin heç bir parametrin bu rolla uzlaşmır. Bu da ondan irəli gəlir ki, aktyor işləmir, özünü rollar üçün saxlamır. Əlbəttə, 60-70 yaşında gənc oğlanı oynamaq olar, sənətkarın yaşı yoxdur, amma aktyor, aktrisanın fiziki görünüşü, dinamikliyi, səhnə çevikliyi olmalıdır. Bir neçə il əvvəl "Azdrama"da Azər Paşa Nemətovun quruluşunda "Hamlet" tamaşasına baxdım. İnanın, xalq artisti Fuad Poladovun Hamleti məni valeh etdi. Sanki səhnədəki yaşı 60-dan yuxarı olan aktyor yox, bir gənc idi. Gözəl nümunədir fikrimcə. Əgər səhnədə bu çevikliyin yoxdursa, sürünə-sürünə səhnəyə çıxırsansa, bu iddia nəyə gərəkdir, ay əziz aktyorlar? Məlumatıma görə, bəzi aktyorları, xalq artistlərini teatr direktorundan narazı salan məqamlardan biri də direktorun onların qarşısına məşqlərə, işə, teatra vaxtlı-vaxtında gəlmək tələbi qoymasıdır. Davamiyyətə ciddi fikir verən teatr direktoru aktyorun səhnəyə sərxoş çıxmasının da qarşısını alıb. Teatr direktoru özü dəfələrlə bildirib ki, bu vəzifəyə təyin edilərkən qarşısına teatrda ciddi islahatlar aparması ilə bağlı tələb qoyulub. Direktorun əsas vəzifəsi islahatlar həyata keçirmək, teatrdakı neqativ halların qarşısını almaq, teatrın beynəlxalq əlaqələrini qurmaq və s. olub. İ.İsrafilov mənimlə söhbətində bildirdi ki, burada öz işini görür və teatrın yüksək səviyyədə inkişaf etməsinə səy göstərir, beynəlxalq əlaqələri daha da möhkəmləndirməyə çalışır. Teatrda islahatların baş verdiyini, bunun davam edəcəyini vurğulayan direktorun sözlərinə görə, başqa teatrlar kimi, Akademik Milli Dram Teatrı da ölkənin teatr siyasətini həyata keçirir.
Qeyd edim ki, teatrda yerli rejissorlarda yanaşı, xarici rejissorlar da tamaşa qoyur. Onlar arasında ölkədən kənarda yaşayan azərbaycanlılar da var. Bu rejissorların ərsəyə gətirdiyi tamaşaları da tamaşaçılar maraqla izləyir. Bu yazını yazmaqda məqsəd heç də "Azdrama" rəhbərliyinin tərəfini tutmaq deyil. Məni narahat edən, üzən teatrda illərdən bəri davam edən dedi-qodu, sənətə, teatrın inkişafına zərər vuran amillərdir. Elə aktyor var ki, illərdir rol oynamır, yaddaqalan bir rolu yoxdur, onu biznes, pul qazanmaq maraqlandırır, teatra min dəfələrlə xəyanət edib, amma o da durub danışır. Fikrimcə, teatra kimin direktor olmasından asılı olmayaraq, hər kəs öz işi ilə məşğul olmalıdır. İş o yerə çatıb ki, səhhətinə görə öz ərizəsi ilə roldan uzaqlaşdırılan şəxs bu gün "mənə qarşı haqsızlıq oldu" deyir. Yaxud bir xalq artisti hansısa tamaşada baş rol oynayırsa, başqa bir xalq artisti "mən onun yanında ikinci dərəcəli rolda görünsəm ölərəm" deyir. Bu ziyanlı tendensiya deyilmi, əzizlərim? Bu gün dünya teatrının yönü, istiqaməti yeniliklərə, novatorluğa, modernliyə doğrudur. İndi köhnə zamanda qalıb müasir olduğunu iddia edən çox az teatr var, bu fikirdə olan aktyorların sayı da elə çox deyil. Mən çox istəyirəm ki, bizim aktyorlar sənət nümayiş etdirsin, buna ehtiyac var. Aktyor, aktrisa var ki, artıq tükənib, ancaq etiraf etmir. Öz üzərində işləməyən sənətkar tez bitir. Bitdikdən sonra da başlayır intriqaya, davaya, söz-söhbətə. Tamaşaçını yayındırmaq üçün bundan gözəl vasitə yoxdur. Aktyor var ki, onun iştirakı ilə mono-tamaşa hazırlanması təklif olunub, lakin o bundan imtina edib. Səbəbi isə yalnız özünə məlumdur... Belə faktlar çoxdur.
Teatrın beynəlxalq əlaqələrinə gəldikdə isə, demək olar ki, bu əlaqələr işləkdir və ortada nəticələr, uğurlar var.
Gələn ayın 3-də Böyük Britaniyanın "Qlobus" teatrı ölkəmizdə qonaq olaraq Şekspirin "Hamlet" tamaşasını təqdim edəcək ki, bu da deyilənlərə sübutdur.
İndiyə qədər də teatrın silsilə uğurları olub və bu uğurlarda aktyor və aktrisaların, sənətkarların əməyi böyükdür.
Akademik Milli Dram Teatrı mövsümü bir neçə gündür açıb. Düşünürəm ki, teatrın kollektivi ortaq məxrəcə gəlib illərdən bəri davam edən qalmaqallara son verəcək və tamaşaçıları düşünəcək. Artıq çağdaş dünyada teatr estetikası tamamilə dəyişib, onları başqa məsələlər düşündürür...Dünya teatrlarını prodüserlər, menecerlər idarə edir. Yeri gəlmişkən, "Azdrama"da da prodüser-innovasiya şöbəsi fəaliyyət göstərir. Bizim teatrlar da islahatlar və həmrəylik sayəsində gec-tez bu yolu tutacaq.
Tamaşaçıların gözləntiləri böyükdür. Akademik Milli Dram Teatrının rəhbərliyinin həyata keçirdiyi islahatlara hamı çiyin verməlidir. Çünki bu, ölkənin teatr siyasətinə töhfə vermək deməkdir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
Tarix: 29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- FOTO
Tarix: 26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı
- 133 dollar...
09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNdİ
09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
- FOTO
09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər
09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı
09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq -
ABŞ-də…
08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...
08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..
08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı
08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb
08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub?
- Tramp inanmır, ancaq…
08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
- FOTO
08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış
- öncə oğul, saatlar sonra isə ata minaya düşdü...
08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...
08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər
08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...
08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir
- Rusiyadan xəbərdarlıq…
08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü
08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir
- İllərdir belədir...
08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ