Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Azərbaycanın yaradıcılıq ittifaqlarına kimlər gəldi, kimlər getdi - 10 illərlə yerindən tərpənməyən sədrlər...

Image


Azərbaycanda müxtəli sahələr üzrə yaradıcılıq qurumları, təşkilatları var. Bu yaradıcılıq ittifaqlarının əsası Sovet dövründə qoyulub və məqsəd yaradıcı şəxsləri birləşdirmək, daha çox da bolşevik ideologiyası ətrafına yığmaq olub. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra postsovet respublikalarında yaradıcılıq ittifaqları ləğv edilsə də, lakin Azərbaycanda hələ də bu qurumlar fəaliyyətlərini davam etdirirlər. Onu da vurğulayaq ki, Azərbaycan və digər bir-iki respublika ististan olmaqla, digər respublikaların əksəriyyətində yaradıcılıq ittifaqlarına dövlət dotasiya ayırmır, onlar ictimai əsaslarla, üzvülük haqqı, bir də öz resurslarını bazara çıxarmaq hesabına mövcudluqlarını qoruyurlar. 

Dediyimiz kimi, Azərbaycanda yaradıcılıq itifaqları birbaşa dövlət büdcəsindən aldıqları dotasiya hesabına fəaliyyət göstərirlər. 

Ölkəmizdə Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Teatr Xadimləri İttifaqı fəaliyyət göstərir. 

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra bu yaradıcılıq ittifaqlarında sədrlər kimlər olub? Kimlər neçə il sədr vəzifəsində qalırlar? 

Bu yöndə apardığımız araşdırma zamanı məlum oldu ki, bəzi ittifaqların sədrləri uzun illərdir bu quruma rəhbərlik edir. Yəni bir şəxs illərdir ki, vəzifə kürsüsündə oturub qalıb.  

Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı olan Azərbaycan Yazıçılar Birliyi (Sovet dövründə Azərbaycan Yazıçılar İttifaqı adı ilə fəaliyyət göstərib-İ.S) 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılıb. Bu təşkilata Məmmədkazım Ələkbərli (1934-1936), Seyfulla Şamilov

(1936-1938),  Rəsul Rza (1938-1939), Süleyman Rəhimov (1939-1940), Səməd Vurğun (1941-1944),   Süleyman Rəhimov (1944-1945), Səməd Vurğun (1945-1948) Mirzə İbrahimov

(1948-1954), Süleyman Rəhimov (1954-1958), Mehdi Hüseyn (1958-1965),  Mirzə İbrahimov (1965-1975), İmran Qasımov (1975-1981), Mirzə İbrahimov (1981-1986), İsmayıl Şıxlı

(1986-1987) rəhbərlik edib.  İsmayıl Şıxlı Azərbaycan Yazıçılar Birliyinə (AYB) cəmi bir rəhbərlik edib. 1987-ci ildən indiyə kimi isə xalq yazıçısı Anar bu qurumun sədridir. Anar müəllim düz 38 ildir ki, Yazıçılar Birliyinin sədri postundadır. Onun bu quruma rəhbərlik dövrü az qala 40 ili əhatə edir. Məsələ burasındadır ki, bu 38 il müddətində onun birlik sədrliyi postundan getməsi barədə çağrışlar edilib. Xüsusən də gənc yazarlar təələb ediblər ki, Anar müəllim sədrlik kürsünü gənclərə ötürməlidir. Amma AYB sədri dəfələrlə bəyan edib ki, vəzifədən getmək fikri yoxdur və nə qədər imkanı var öz postunda möhkəm dayanacaq, rəhbərlik kürsüsünü heç kəsə dövr etməyəcək. Onu da deyək ki, Azərbaycanda yaradıcılıq təşkilatları içində ən çox qalmaqal, söz-söhbət, fikir ayrılıqları və tənqidlər AYB-nin qurultaylarında yaşanır.   

Azərbaycan Memarlar İttifaqının yaradılması tarixinə gəlincə, 1934-cü ildə SSRİ-də yaradıcılıq ittifaqlarının mərkəzləşməsi ilə bağlı müxtəlif memarlıq-yaradıcılıq ittifaqları da vahid SSRİ Memarlar İttifaqlarında birləşdirilib. Azərbaycan memarları da bu cəmiyyətə daxil idi. 1934-cü ilin martında Azərbaycan memarlarının Birinci qurultayını keçirmək üçün Təşkilat komitəsi yaradılıb, Təşkilat Komitəsinin sədri Qəhrəman Məmmədov seçilib. 

Birinci forumda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədr müavini Sadıq Dadaşov seçilib. Sonrakı dövrdə bu quruma Mikayıl Hüseynov (1947-1992), İlham Əliyev (1992- 2002), 

Abbas Ələsgərov (7 sentyabr 2007 – 6 noyabr 2012), 

Elbay Qasımzadə isə 6 noyabr 2012-ci ildən Azərbaycan Memarlar İttifaqının sədridir. E.Qasımzadə 13 ildir ki, bu ittifaqa rəhbərlik edir. 

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) 11 yanvar 1963-cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I  Təsisat Qurultayında yaradılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır. 

Təşkilatın 1981-ci ildə keçirilən   V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilib. O, bu qurumun sədri vəzifəsində 1990-cı ildən 2013-cü ilə qədər işləyib. 31 may 2022-ci ildən isə xalq artisti Rasim Balayev AKİ sədri vəzifəsindədir. 

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradıldı və onun ilk sədri isə xalq artisti Şəfiqə Məmmədova seçildi. 2022-ci il dekabr ayında o, yenidən İdarə Heyətinin sədri seçilmişdi. Bilirik ki, o dövrdə yeni yaradılan təşkilatla köhnə təşkilat arasında qalmaqallar baş verdi. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Bircə onu qeyd edək ki, 2024-cü ilin martında  Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı birləşdi və bu qurum Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırıldı, sədr isə Rasim Balayev seçildi. Beləliklə, R.Balayev 3 ildir ki, bu quruma rəhbərlik edir. 

Azərbaycan Teatr Xadimləri İttifaqı da ölkəmizdə fəaliyyət göstərən yaradıcılıq qurumlarındandır. 1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistləri İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirib, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılıb.

Sovet hakimiyyəti dönəminə qədərki illərdə Teatr Xadimləri İttifaqının sələfləri olan teatr birlikləri və cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, Abbas Mirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq ediblər. Sonralar isə Teatr Cəmiyyətinə xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov ediblər. Xalq artisti Həsənağa Turabov Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin 1991 – 2003-cü illərdə rəhbərlik edib. Bu quruma 2003-cü ildən 9 aprel 2023-cü ilə qədər, yəni düz 20 il Azər Paşa Nemət rəhbərlik edib. Bu qurumun ən uzun ömrlü sədri mərhum Azər Paşa Nemət olub, o həyatının sonuna qədər bu vəzifədə işləyib. 22 iyul 2024-cü ildən isə bu təşkilata xalq artisti Hacı İsmayılov rəhbərlik edib. 

Peşəkar rəssamları və sənətşünasları   özündə birləşdirən Azərbaycan Rəssamlar İttifaqı da diqqət mərkəzində olan qurumlardandır. 1920-ci ildə Respublikada incəsənət sahəsində təşkilati quruluş başlayıb. Bu qurum 1932-ci ildən Azərbaycan rəssamlarının təşkilat komitəsi kimi fəaliyyət göstərib, 1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayında yaradılıb. 1992-ci il martın 18-də çağırılmış təsis konfransında "Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinin" qəbulu ilə, Azərbaycanın müstəqil rəssamlar ittifaqı elan edilib. Rəssamlar İttifaqının indiyə qədər  15 qurultayı keçirilib (1940, 1955, 1958, 1961, 1965, 1968, 1972, 1979, 1982, 1987, 1992, 1998, 2003, 2008, 2013).

İsmayıl Axundov (1940–1944), Nüsrət Fətullayev (1944–1946), Mürsəl Nəcəfov (1946–1947), İsmayıl Axundov (1947–1952), Baba Əliyev (1952–1953), 

Məmmədağa Tərlanov (1953–1961), 

Nadir Əbdürrəhmanov (1961–1970), Tokay Məmmədov (1970–1972), Tahir Salahov (1972–1973), Yusif Hüseynov (1973–1987) Azərbaycan Rəssamlar İttifaqının  İdarə Heyətinin sədrləri olublar. 

Xalq rəssamı Fərhad Xəlilov isə 1987-ci ildən indiyə qədər, yəni 38 ildir ki, bu quruma fasiləsiz rəhbərlik edir. 

30 iyun 1934-cü ildə yaradılan Azərbaycan Bəstəkarlar İttifaqına Üzeyir Hacıbəyov (1936–1948-ci), Səid Rüstəmov (1948–1952), 

Qara Qarayev (1953–1982), Fikrət Əmirov (1956–1984),  Ramiz Mustafayev (1968–1973-cü ilərdə katib), Elmira Abbasova (1973–1985 -ci illərdə katib), Rauf Hacıyev (1979–1985-ci illərdə I katib),  Aqşin Əlizadə (1985–1990), Cövdət Hacıyev (1985–1990-cı illərdə katib), Tofiq Quliyev (1990–2000),  

Vasif Adıgözəlov (1990–2006-cı illərdə I katib), 

Ramiz Zöhrabov (1990–2012-ci illərdə katib), rəhbərlik edib. 

2007-ci ildən bu günə kimi isə xalq artisti Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının sədridir. F.Əlizadə düz 18 ildir ki, bu qurumun rəhbəridir. 

Biz müstəqillik dövründən bəri Azərbaycanın yaradıcılıq təşkilatlarının sədrlərinin kimlər olduğunu və neçə il bu vəzifə kürsüsündə əyləşdiklərini araşdırdıq. Araşdırmamız zamanı məlum oldu ki, elə sədrlər var, nəinki müstəqillik dövründən bəri, hətta Sovet dövründən bu qurumlara rəhbərlik edirlər və indiyə qədər də öz kürsüsünü qoruyurlar. Nəticə olaraq deyək ki, ən uzun ömürlü sədrlər Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazçısı Anar və Azərbaycan Rəssmanlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilovdur, hər biri 1987-ci ildən bəri, yəni 38 ildir ki, sədr vəzifəsindədirlər.  Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə 13, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə 18 ildir ki, sədrdir.  Xalq artisti Rasim Balayev 3 ildir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edir. Xalq artisti Hacı İsmayılov isə 6 aydır Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri vəzifəsini daşıyır. 

Bir şəxsin uzun illər eyni vəzifədə qalması, bir vəzifəyə təkrar-təkrar seçilməsi, oturduğu kreslonu tərk etməməsi Azərbaycan ictimaiyyətində də geniş  müzakirə edilir və bir sıra sulların yaranmasına səbəb olur. İctimaiyyətdən tez-tez eşidirik ki, az qala 40 il bir yaradıcılıq qurumuna rəhbərlik edən şəxslər niyə bu vəzifədən iki əlli yapışıblar, nə üçün vəzifələrini gənclərə, yaxud orta yaşlı həmkarlarına ötürmək istəmirlər? Təbii, suallar çoxdur və o sualların da cavabı həmin sədrlərdədir, gərək onlar özləri vəzifədən getmək istəməməklərinin səbəblərini açıqlasınlar.

Biz öz növbəmizdə bu yaradıcılıq qurumlarına rəhbərlik edən şəxslərin hər birinin bu vəzifədə neçə ildir oturduğu ilə bağlı geniş araşdırma aparıb ictimaiyyətə təqim etdik. Fikrimizcə, nəticəni oxucu özü müəyyən edəcək, on illərdir yerlərindən tərpənməyən sədrlərin vəzifə sevdasına özləri qiymət verəcək...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ