"Oskar" mərasimi ilə bağlı yeni məlumat yayılıb. Sə demə, "ABC" və "Hulu" kanallarında 2025-ci il "Oskar" mərasimini 2024-cü illə müqayisədə 7% az izləyici izləyib. Bu barədə "Variety" nəşri məlumat yayıb.
Nəşrin yazdığından məlum olur ki, mükafatlandırma mərasiminin yayımını 18,1 milyondan az adam izləyib. Bu, “Oskar”a baxanların sayının son dörd ildə ilk dəfə azalmasıdır. Bundan əlavə, 18-49 yaşlı tamaşaçıların sayı əvvəlki mərasimlə müqayisədə 3% artıb. "Hulu" platformasında isə yayım texniki problemlərə görə kəsilib.
Mətləb