ABŞ-ın nüfuzlu biznes nəşri sayılan “Forbes” jurnalı Hollivud aktyor və aktrisalarının illik reytinqini və illik qazancını təqdim edib. "Forbes"in siyahısında birinci yerdə Dueyn Conson dayanıb. O, bir il ərzində 88 milyon dollar qazanıb. Onun gəlirinin böyük hissəsi "Missiya: Qırmızı" filmindən və prodüseri olduğu, eyni zamanda əsas obrazı canlandırdığı "Moana 2" cizgi-filmindən olub.
Reytinqin ikinci və üçüncü pillələrində Rayan Reynolds (ilin sonunda yaranan qalmaqal 85 milyon dollar varlanmağa mane olmayıb) və Kevin Hart (81 milyon) qərarlaşıb. Siyahıda sonrakı yerləri komediya aktyoru Cerri Seynfeld (60 milyon dollar) və boşanmış Hyu Cekman (50 milyon dollar) tutub.
Lakin Bred Pitt və Corc Kluni "Yalnız Qurdlar" filmi ilə daha az qazanıblar. Onlar müvaffiq olaraq 32 və 31 milyon dollar qazanaraq reytinqdə 6-cı və 7-ci yerləri tutublar. Ən çox qazanan ilk iyirmilikdə daha da aşağı olanlar Çanninq Tatum, Cason Statham, Matt Damon və Coaquin Foeniksdir.
Aktrisalara gəldikdə isə, 8-ci yerdə "Pis qız"ın ulduzu Nikol Kidman (31 milyon dollar) dayanıb. Ondan başqa, ən çox qazanan iyirmiliyə yalnız iki aktrisa daxil olub: "Qanun və Nizamnamə"nin ulduzu Mariska Harqitay (25 milyon dollar) və "Marvel"in ulduzu Skarlett Yohansson (21 milyon dollar).
Mətləb