şənbə günü, 21 noyabr 2026
     

Mədəni mülkiyyətin qanunsuz dövriyyəsinə həsr olunmuş dəyirmi masa keçirilib

Image


Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi” mövzusunda aidiyyəti dövlət qurumları, hüquq mühafizə orqanları, ali təhsil müəssisələri, akademik dairələr və mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçirilib. Bu barədə baki-xeber.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

İştirakçıları salamlayan mədəniyyət naziri Adil Kərimli açılış nitqində bildirib ki, dəyirmi masanın əsas məqsədi mədəni mülkiyyətin qorunmasına cavabdeh qurumlar arasında koordinasiya üçün formatın müəyyən edilməsidir.
Qeyd olunub ki, Azərbaycanın mədəni mülkiyyətinin qorunmasının təməli Ulu öndər Heydər Əliyevin vaxtında qoyulub, Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə dövlət nəzarəti və tənzimləməsini təmin etmək məqsədilə mühüm addımlar atılıb: mədəni irsin əhatə dairəsi, onun mühafizə mexanizmi və inkişafı ilə bağlı institusional baza yaradılıb, dövlətimiz mədəni irsin və mədəni mülkiyyətin qorunması ilə bağlı bütün vacib beynəlxalq konvensiyalara qoşulub, konvensiyaların müddəalarının daxili qanunvericilikdə düzgün əks etdirilməsi məqsədilə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Vurğulanıb ki, ölkəmizdə mədəni irsin qorunması işinin təkmilləşdirilməsi istiqamətində, o cümlədən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması və digər məsələlərlə bağlı davamlı iş aparılır.
Nazir çıxışında Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasını xüsusi vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet istiqamətlərdən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli liderin iradəsi ilə geri qaytarılıb: “Buna bariz nümunə olaraq Şuşada Azərbaycanın üç dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın ermənilər tərəfindən güllələnmiş və sonradan əridilmə məqsədilə qanunsuz olaraq ölkədən çıxarılmış bürünc heykəllərinin üçüncü dövlətin ərazisində müəyyən edilərək Azərbaycana qaytarılmasını göstərə bilərik”.
Adil Kərimli mədəni irs də daxil olmaqla mədəni mülkiyyətin qorunması və qanunsuz dövriyyəsi ilə mübarizədə, habelə mədəni irsin bərpası və digər fəaliyyətin bütün mərhələlərində sahələrarası əməkdaşlığın, qurumlararası əlaqələndirilmiş fəaliyyətin və mədəni irsin qorunmasına vahid yanaşmanın zəruriliyini xüsusilə vurğulayıb. Bildirilib ki, müvafiq məlumat bazalarının, o cümlədən mədəni mülkiyyətin vahid reyestri, müxtəlif siyahılar, instutisional təcrübə və yaddaşın bütün əlaqədar qurumlar üçün əlçatanlığı, sahə üzrə davamlı informasiya mübadiləsi vacib əhəmiyyət kəsb edir.
Nazir çıxışının sonunda dəyirmi masanın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədovanın Azərbaycan Respublikasının bu sahədə qoşulduğu universal konvensiyaların məzmunu və tətbiqinə həsr olunmuş “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi: beynəlxalq hüquqi çərçivə” mövzusunda təqdimatı dinlənilib.
Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə mübarizədə gömrük orqanlarının rolu”, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev “Mədəni irsimizin qorunması: 1954 və 1970-ci il konvensiyaları üzrə fəaliyyət”, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsinin müdir müavini Bülent Gönültaş “Türkiyənin mədəni mirasının qorunmasına və mədəni irs qaçaqmalçılığı ilə mübarizəyə dair siyasəti” mövzularında təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov təmsil etdiyi qurum tərəfindən mədəni mülkiyyətin qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Daha sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən dəyirmi masada mövzu üzrə müzakirələr aparılıb.
Müzakirələrdə Nazirlər Kabineti, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Vəkillər Kollegiyası və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyindəki bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda mədəni mülkiyyətin qorunmasında müasir yanaşmalar və çağırışlar, mədəni irsin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, o cümlədən geniş maarifləndirmə işi və s. məsələlər üzrə fəaliyyətin davam etdirilməsinin zəruriliyi vurğulanıb, səmərəli fikir mübadiləsi aparılıb.
İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ