Hollivud ulduzu Cin Hekmen 95 yaşında vəfat edib. Mətbuatın yazdığına görə, qocaman aktyor 63 yaşlı həyat yoldaşı Betsi Arakava ilə birlikdə Santa-Fedəki evində ölü tapılıb. Polis cütlüyün tam olaraq nə vaxt və hansı səbəbdən öldüyü barədə məlumat verməyib. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Hekmen 40 ildən çoxdur ki, filmlərdə rol alıb. O, “Fransız əlaqəsi” və “Bağışlanmayan” filmlərindəki rollarına görə "Oskar" qazanıb. Sənətçi iki dəfə BAFTA, üç dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb alıb. Aktyor karyerasını 2004-cü ildə başa vurub.
Mətləb