“Miss Avropa 2025” gözəllik müsabiqəsinin qalibi açıqlanıb. Bu, Krımdan olan Yuliya Pavlikovadır. Bu barədə o, özünün İnstaqram sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. "Bu il xüsusi idi, çünki uzun illərdən sonra ilk dəfə finalda Rusiya və Ukrayna təmsilçiləri qarşılaşdılar. Mərasimin bu anı zalda toplaşan bütün müsabiqə iştirakçıları və qonaqlar üçün həqiqətən həyəcanlı və yaddaqalan oldu", - o bildirib. Qeyd olunur ki, ikinci yeri Ukrayna təmsilçisi, üçüncü yeri isə bolqarıstanlı xanım qazanıb.
Mətləb