Türkiyəli aktrisa Cemre Baysel ciddi problemlə üzləşib. Əvvəlcə serial çəkilişləri zamanı kənardan iki nəfərin gizlincə onun fotolarını çəkdiyini görüb. Bu azmış kimi, aktrisanın anası da ölümlə təhdid edilib. Baş verənlərdən qorxuya düşən tanınmış aktirisa dərhal hüquq mühafizə orqanlarına üz tutub. Türkiyə mediasının yazdığına görə, şübhəlilərdən biri artıq polis tərəfindən saxlanılıb, digəri isə axtarışdadır.
Mətləb