Məşhur "A Brand New Life" filmindəki rolu ilə tanınan aktrisa Kim Sae-ron vəfat edib. 24 yaşlı aktrisa Seulda rəfiqəsi tərəfindən evində ölü tapılıb. Polisin ilkin araşdırmalarına görə Kimin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Hazırda aktrisanın ölüm səbəbi araşdırılır.
Qeyd edək ki, Kim karyerasına uşaq yaşlarından başlayıb və Cənubi Koreyanın ən perspektivli gənc aktrisalarından biri kimi qəbul edilib.
Mətləb