"Oskar" mükafatlı almış məşhur amerikalı aktyor Kevin Speysin başı dərddən ayılmır. O, yenidən təcavüzdə ittiham olunub. Belə bir iddia ilə britaniyalı aktyor Ruari Kennon çıxış edib. O, bildirib ki, 2013-cü ildə 21 yaşı olarkən Speysi Londondakı "Old Vic" Teatrında ona təcavüz edib. Həmin ərəfədə Speysi teatrın bədii rəhbəri vəzifəsində çalışıb. O, aktyoru məhkəməyə verərək təzminat tələb edib.
Qeyd edək ki, K.Speysi beş həmcinsinə qarşı cinsi zorakılıqda ittiham olunurdu. O, bütün ittihamlardan bəraət alıb.
Mətləb