Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Xalq artisti gənc rəqqasələri “yıxıb sürüdü”... - MÜSAHİBƏ

Image


Roza Cəlilova: “Milli rəqsləri ifa edən adamın şəxsiyyəti də, davranışı da ona uyğun gəlməlidir”

Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, 96 yaşlı xalq artisti Roza Cəlilova Azərbaycan milli rəqs sənətinin gerçək bir əfsanəsidir. 96 illik ömrünün çox əhəmiyyətli bir hissəsini milli rəqs sənətinin inkişafına həsr edib.

Bu yaşında da gözü, könlü hələ də həyatının ayrılmaz parçası olan rəqs sənətindədir. “Ağ çiçəyim”, “Lalə”, “Bənövşə”, “Qəşəngi”, “Qaragöz” və başqa sənət inciləri Roza xanımın zərif barmaqlarından, incə hərəkətlərindən canlanıb. Bütün varlığı ilə milli rəqs sənətinə bağlı olan Roza Cəlilova ilə həmsöhbət olduq.

“Heç kəs mənim adımdan istifadə edib kimlərinsə qapısını döyməsin...”

- Baxma, yaş özünü göstərir. 96 yaşım var. Keçən günlərə qayıdıram, olub-keçənləri yada salıram.

Həyat çox qəribədir, insan bilmir ki, sabah başına nə gələcək.

Mən özüm özümü yetişdirdim, sənət aləmində özümə görə tanındım, öz zəhmətimlə, istedadımla, bir də milli rəqslərimizə böyük sevgimlə irəliyə getdim. Mən nə atama, nə anama görə tanındım, sənətimlə tanıdılar məni. Camaatın sevgisini görmüşəm həmişə, bu yaşımda da harda görürlərsə mütləq yaxınlaşıb söhbət edirlər. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 90 illik yubileyim keçirildi, gözəl insanlar, sənəti ürəkdən sevənlər gəlmişdi. 95 illik yubileyimdə mədəniyyət naziri Adil Kərimli və nazirliyin məsul əməkdaşları gəlib məni evimdə ziyarət etdilər. Bunlar hamısı mənə motivasiya verir və yaşamağa həvəsləndirir.

- Siz şübhəsiz ki, milli rəqs sənətimizin korifeyisiniz, neçə nəsil rəqqasələr görmüsünüz. Məsələn, 10-15 il əvvəl sizinlə söhbət edəndə deyirdiniz ki, indiki rəqqasələrdən narazıyam, rəqslərimizi düzgün ifa etmirlər. İndi də yeni rəqqasələr meydana çıxıb, onlardan necə, razısınız?

- Çox təəssüflər olsun ki, bugünkü rəqqasələr özlərindən əvvəlkilərdən də pis oynayırlar. Baxıram, görürəm ki, o gözəl sındırmalar, gözəl pauzlar yoxdur. Gözəl rəqslərimizi bərbad vəziyyətdə təqdim edirlər, bu da məni çox narahat edir. Bu mütləq əksəriyyətə aiddir.

Biz gözəl bir sənət məktəbi miras qoymuşuq, o məktəbi davam etdirmək gənclərin borcudur.

Biz oynayırdıq, bizim nöqtələrimiz vardı, gözəl paltarlarımız da ifamıza uyğun idi. Biz azərbaycanlıyıq. Mənim gözəlliyim nədir? Gözəlliyim milli rəqslərimi gözəl şəkildə təqdim etməyim, hər rəqsə uyğun gözəl libaslar geyməyim idi. Milli rəqsləri ifa edən adamın şəxsiyyəti də, davranışı da ona uyğun gəlməlidir. Biz azərbaycanlı olduğumuzu unutmamalıyıq.

- Səhv etmirəmsə, Bakı Xoreoqrafiya Məktəbini əla qiymətlərlə bitirib iki il indiki Opera və Balet Teatrının balet truppasında çalışmısınız. Necə oldu ki, balerina qız milli rəqsə üz tutdu? Ailədən məcbur etdilər, yoxsa özünüz milli rəqsi seçdiniz?

- O vaxt baletə azərbaycanlı qızları yığırdılar. Mən də dediyin kimi balet məktəbində oxumuşdum, ordan məzun olmuşdum. Mən baletdən getmək barədə qərar verəndə hətta o dövrdə nazir belə bunu narazılıqla qarşıladı ki, biz baletə azərbaycanlı qızları cəlb edirik, sənsə çıxıb gedirsən. O vaxt dedim ki, mən milliliyimi hər şeydən üstün tuturam. Elə də oldu.

- Rəqslə məşğul olan cavan qızlara nə demək istəyirsiniz?

- Bizim gözəl rəqslərimiz, gözəl nöqtələrimiz, gözəl giriş hərəkətlərimiz var, onları göstərməliyik. Biz milli rəqslərimizi elə yüksək səviyyədə təqdim etdik ki, bütün xalq və dünya onları qəbul etdi. Bizim çox rəqslərimiz tarixdir. O rəqsləri xarici ölkələrdə tanıtdıq. Mən bununla fəxr edirəm.

- Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında işləyərkən dünyanın hansı ölkələrində Azərbaycan rəqslərini təqdim etdiniz?

- Bilirsiz, keçən əsrin 40-cı illəri Azərbaycan milli musiqisinin sürətlə çiçəkləndiyi dövr idi və bu da məni cəlb etməyə bilmirdi. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətimi davam etdirdim, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik etdim. Səhnə fəaliyyətimin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-da, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində oldum, rəqslərimizi böyük sevgi ilə təqdim etdim. Onu da deyim ki, müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərini yaratdım. Bunlarla da fəxr edirəm ki, həyatımın çox əhəmiyyətli bir hissəsini milli rəqs sənətinin inkişafına həsr etmişəm.

- Sizin dövrünüzdə Əlibaba Abdullayev, Əminə Dilbazi kimi baletmeysterlər vardı, onlar bizim rəqslərə səhnə quruluşu verirdilər. Siz özünüz də nə qədər rəqsə quruluş vermisiniz. Bəlkə indi o baletmeyestlər yoxdur deyə, gənclər rəqslərimizi düzgün şəkildə çatdıra bilmirlər? Bəlkə elə səbəb bununla bağlıdır?

- Əlibaba Abdullayev böyük sənətkar idi, nə qədər rəqslərimizə nəfəs vermişdi, gözəl rəqslər qurmuşdu. Amma mən Əlibaba Abdullayevin qurduğu rəqsi oynamamışam, mənim özümün fantaziyam, yaradıcı yanaşmam vardı. İfa etdiyim bütün rəqsləri özüm qururdum. Bu mənim daxilimdən, iradəmdən, ürəyimdən gəlirdi. İfa etdiyim rəqslər tarixə düşüb, mən buna sevinirəm. Mənə deyirlər ki özünü qoru, yadigarsan. Məni yaşadan sənətimə sevgidir, insanların məhəbbətidir. O ki qaldı, müasir rəqqasələrə, onların özləri öyrənməyə meyl göstərmirlər. Bəziləri ümumiyyətlə davranış qaydalarını, hərkətlərini, danışıqlarını bilmir, rəqslərimizi lazımı şəkildə təqdim etmirlər. Məndən öyrənmək istəyənlər həmişə olub, tövsiyəmi əsirgəmirəm. Amma çox təəssüf ki, bəziləri mənim adımdan sui-istifadə edir, özlərini ora-bura pərçim etmək istəyirlər. Zəng vurub giley edirlər, çox pis oluram. Mənim adımdan istifadə etmək olmaz, sənətləri də yoxdur ki, “sənəti var, eybi yox, qoy istifadə etsin” deyim. Bəzilərindən çox narazıyam.

- Yolunuzu davam etdirənləriniz də var. Nəvələriniz gözəl rəqqasələrdir.

- Qızım Yeganənin övladları Lenay və Aslanə milli rəqslərimizi o qədər gözəl mənimsəyiblər ki, onlara baxanda fəxr edirəm. Nəvəm Aslanə Əliyeva bir çox beynəlxalq rəqs müsabiqələrinin, festivalların laureatı və iştirakçısıdır, Bakı Xoreoqrafiya Akademiyasının klassik şöbəsinin məzunudur. İxtisasca balet artistidir. O, xalq rəqsləri üzrə xoreoqraf ixtisası üzrə bakalavr pilləsində təhsil alır. Aslanə çox gənc olmasına baxmayaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyir. Mərkəzin 2013-cü ildə keçirilən açılış mərasimində Fondun prezidenti Mehriban xanım Əliyeva iştirak edib. Aslanə Əliyeva burada qruplarla məşğələlərdən əlavə, rəqs kollektivinə də rəhbərlik edir. O, tələbə mübadiləsi çərçivəsində Özbəkistanda da özbək rəqsi üzrə təhsil aldı, eyni zamanda Azərbaycan rəqslərini onlara öyrətdi. Özbəkistan televiziyasında ifaları yayımlandı. Azərbaycan Özbəkistan dostluğuna və Gənclər gününə həsr olunmuş konsert təşkil etdiyi üçün o, Fəxri Fərmanla təltif olunub. Nə qədər dipomu, mükafatı var. Demək istəyirəm ki, yolumu davam etdirən var.

Amma təəssüf ki, ailəmin içindən olan və davranışlarından narazı qaldığım bir nəfər qızım Yeganəyə və onun övladlarına qarşı xoşagəlməz hərkətlər edir, qara piarla məşğul olur. Bu da məni çox narahat edir. Bayaq dedim ki, bəzilərinin ifası, davranışı məni qane etmir, onlardan biri də odur. Mənim ehtimadımı yerə vurmağa heç kəsə icazə vermərəm. Mənim adımdan istifadə edən adam mənim adıma, sənətimə layiq davranmalıdır. Amma çox təəssüf ki, belə olmur. Bir daha deyirəm, heç kəs mənim adımdan istifadə edib kimlərinsə qapısını döyməsin. Gözəl sənətkarlardan nümunə götürsünlər, rəqslərimizin gözəlliklərini göstərsinlər. Amma mən bunu görmürəm. Mən necə Əminə Dilbaziyə, Qəmər Almaszadəyə baxdım, mən onlardan bu məktəbi götürdüm, rəqsin hərəkətlərini əxz etdim, tarixə saldım.

- Bu gün demək olar ki, tay-tuşlarınızın, dostlarınızın çoxu yoxdur.

- Hə. Bu məni çox qüssələndirir. Hanı o gözəl sənətkarlar? Əlbəttə, hər biri sənətdə öz izini qoyub getdi. O vaxt Əminə Dilbazi mənə dedi ki, Rozik, sən mənim yolumla gedirsən, dedim ki, xeyr mən sənin yolunla yox, öz yolumla gedirəm. Çünki sənətdə öz yolumu özüm açdım. Yaxşı ki, milli rəqsimizi seçdim. Bu sənət məni ucaltdı, tanıtdı, mənə xalq məhəbbəti qazandırdı.

- 100-ə nə qaldı ki...

- Hamı deyir ki, 100 illik yubileyinizə hazırlaşırıq. Deyirəm, siz hazırlaşın, Allah mənim ömrümü kəsməsin, 100 yaşımda da sizinlə görüşüm.

- 96 yaşınızda ən böyük arzunuz nədir?

- Milli rəqslərimizi yaşadaq, dünyaya göstərək. Milli musiqimiz, onların sözləri o qədər gözəldir ki, qulaq asmaqdan doymursan. Mənim zəngin tarixim var, mədəniyyətim var. Mən bunlarla yaşamışam, bunlarla nəfəs almışam, indi də elədir. Ciddiyyətim, işimə məsuliyyətim, sonsuz sevgim, zəhmətim məni sənətkar etdi, təbii, burda Allahın da yazısı var. Heç zaman azərbaycanlı olduğumu unutmadım, dünyanın hər yerində öz millətimin adına layiq oldum.

- Valideynlərinizin sənətə gəlməyinizə münasibəti necə idi?

- Atam və anam mənə mənəvi güc verdilər. Evimdən hər ikisinin də şəklini asmışam.

- Adınızın Roza qoyulmasının bir səbəbi vardımı?

- Rəhmətlik atam adımı Roza Lüksemburqun şərəfinə Roza qoyub. Deyirdim ki, ata, başqa ad yox idi mənə qoymağa (gülür)? Atam qatı kommunist idi. 29 yaşında Bakı Dövlət Universitetinin dekanı olmuşdu. O, mənim balerina olmağımı istəyirdi, balet məktəbini oxudum, amma milli rəqsə könül verdim.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ