Rusiyalı şoumen Maksim Qalkin cərimələnib. Rusiya mətbuatının yazdığına görə, M.Qalkinin "xarici agent"lər haqqında ölkə qanunvericiliyində yer alan qaydanı pozması ilə bağlı Moskvanın Qolovinski Məhkəməsinə protokol daxil olub.
Belə ki, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinə görə, 50 min rubla qədər (təxminən 872 manat) cərimə oluna bilər. Təqsirləndirilən cinayət "xarici agent"in fəaliyyəti haqqında məlumat verməməyə görə məsuliyyət nəzərdə tutur.
Mətləb