çərşənbə günü, 07 oktyabr 2026
     

Nəşriyyatlar tərcüməçilərin haqqını "basıb yeyirlər"...

Image


Sevə-sevə oxuduğumuz xarici bədii ədəbiyyat nümunələri dilimizə sehirli sözlər söyləməklə tərcümə edilmir, hər cümlənin içində bədii tərcüməçilərin gözünün nuru, zəhməti var. Bəzən bir sözün dilimizdəki qarşılığını tapmaq və onu oxunaqlı üslubda oxucuya çatdırmaq tərcüməçinin günlərini, gecəsini, gündüzünü əlindən alır.

İllah da o adam yüksək peşəkarlıqla öz işinə yanaşırsa, onun zəhməti həddən ziyadə olur. "Azərbaycanda keyfiyyətli bədii tərcümə yoxdur" deyən nəşriyyat rəhbərləri görəsən keyfiyyətli tərcümələrə görə peşəkar tərcümə ustalarının pulunu niyə ödəmək istəmirlər?  Azərbaycanda keyfiyyətli bədii tərcümə də var, onu ərsəyə gətirənlər də, sadəcə onlara dəyər verənlər azdır. 

Tez tez eşidirik ki, bədii tərcümə ilə məşğul olanlar qonorar ala bilmirlər, nəşriyyatlar onların tərcümə kitablarını çap edirlər, o kitabları satıb qazanc götürürlər, amma tərcüməçinin qonorarını ödəmək istəmirlər. 

Bədii tərcüməçilərə  nəşriyyatlar nə üçün qonorar ödəmir? Gerçəklik budur ki, tərcümə kitablarını çap edirlər, əvəzində isə tərcüməçiyə qonorar vermirlər. Nəzərə alsaq ki, kitab bazarında müəyyən canlanma var, xarici ədəbiyyatı alanlar var, o halda niyə qonorar ödənilmir?

Bəzi məlumatlara görə, az da olsa "Qanun" və "Teas Press" nəşriyyatları qonorar verir, əksər nəşriyyatlar isə vermir. Hətta elə nəşriyyat var ki, 15-20 kitab verir, vəssalam, bununla da canını qurtarır, ortada tərcüməçinin bütün əməyi zay olur, qazancı olmur ki, gedib ailəsini dolansırsın. 

  • Qismət Rüstəmov:"Nəşriyyatların dayanıqlı maddi imkanları yoxdur..."

Şair, esseist, tərcüməçi Qismət Rüstəmov "Bakı-Xəbər"ə açıqlamasında "Nəşriyyatların dayanıqlı maddi imkanları yoxdur, hamısı olmasa da, çoxu  ucuz işçi qüvvəsi ilə günü yola verir, feysbukda normal status yazanı redaktor sayırlar, meyarlar sırasında zövq, prestij, strategiyada uzaqmənzilli kitab anlayışı yoxdur. Aşağı keyfiyyətli məhsul ictimai imiclə ört-basdır edilir, çünki belə sərfəlidir. Dünyada yeni dövrün aparıcı təmayülü olan elmi-kütləvi kitablar yox dərəcəsindədir, onun yerinə Oşo, Krişnamurti kimi fırıldaqçıların, təzə növ xurafatçıların kitabları göz deşir. Qonorarın miqdarı Burkino-Faso standartlarına yaxındır. Bəli, son illər müəyyən canlanma var, ancaq indi bu canlanmanı dayanıqlı keyfiyyətə çevirmək haqqında düşünməliyik. Məncə, son illər “Teas Press”, “Parlaq imzalar” kimi  nəşriyyatların keyfiyyətə aksent etməsi ümidi ölməyə, fərəhi yox olmağa qoymur"-deyə bildirdi.

  • Svetlana Turan: "Mənim vaxtında yerinə yetirib təhvil verdiyim sifarişin bir il yarım sonra qonorarını aldığım hallar da olub" 

Yazıçı-tərcüməçi Svetlana Turan isə "Əslində, bədii tərcüməçilərin ilkin problemi budur ki, bədii tərcümə sahəsində qiymətlər təxminən 10 ildir dəyişmir. Bununla belə, hamısı olmasa da, əksər nəşriyyatlar tərcüməçinin qonorarının ödənilməsini ləngidir. Mənim vaxtında yerinə yetirib təhvil verdiyim sifarişin yalnız bir il yarım sonra qonorarını aldığım hallar da olub. Təəssüf ki, bəzi nəşriyyatlar, ümumiyyətlə, qonorarı qəpik-quruş şəklində ödəyirlər. Tərcüməçi işi vaxtında təhvil verir, amma öz əməyi müqabilində layiq olduğu pulu, az qala, hər ay naşirlərdən öz dili ilə istəyir. Nəticədə, belə bir mənzərə yaranır, sanki tərcüməçi nəşriyyatdan borc alır. Halbuki. tərcüməçiyə yaradıcı proseslə məşğul olan bir insan kimi baxılmalı, ona müvafiq şəkildə hörmət qoyulmalıdır. 

Nəşriyyatların nəyə görə qonorarı vaxtlı-vaxtında ödəmədiyinə gəlincə isə, təəssüf ki, hər hansı nəşriyyatın yerinə cavab vermək çətindir. Bu sualı naşirlərə, nəşriyyat direktorlarına ünvanlamaq daha düzgün olar.

Yenə də vurğulamaq istərdim ki, əlbəttə, istisnalar var və tərcüməçinin əməyini dəyərləndirən nəşriyyatlar da mövcuddur"-deyə bildirdi. 

S.Turanın sözlərinə görə, bədii tərcümə sahəsində qiymətlərdə dəyişikliyin olmaması hazırda bu sahədə fəaliyyət göstərən tərcüməçilərin ən böyük problemlərindən biridir.

  • Tural Turan: "Hətta bəzi hallarda bir səhifənin tərcüməsi 50 qəpik, 1 manat civarında hesablanır" 

Mövzu ilə əlaqədar AYB üzvü, şair Tural Turanın da mövqeyini öyrəndik. "Ümumiyyətlə, nəşriyyatlar pul vermək istəmirlər.  Tərcümələrə pul ayırmırlar. Azərbaycanda oxuma səviyyəsinin aşağı salınmasında ən böyük günah nəşriyyatlardadır. Çünki nəşriyyatlar daha çox pul qazanmaq üçün  çox ucuz qiymətə naşılara, qeyri-peşəkarlara kitablar tərcümə etdirib çap ediblər. Bunu bəzən ayrı-ayrı vaxtlarda qeyri-rəsmi, üstüörtülü şəkildə nəşriyyatlarda çalışanlar, yaxud vaxtilə nəşriyyatlarda işləmiş adamlar da deyirlər. Azərbaycanda yaxşı tərcüməçilərin sayı azdır və buna baxmayaraq, həmin yaxşı, peşəkar tərcüməçilərə də pul ayırmırlar. Çünki nəşriyyat rəhbərləri özləri pul qazanmaq istəyirlər. Bu olduqca ağrılı problemdir. Oxucunun zövqünün korlanmasında da nəşriyyatların "rolu" böyükdür. İnsanları kitabdan soyudanlar da elə onlar olub deyərdim. Zəif tərcümələrlə, oxucunun damarını tuta bilməyən yanlış seçimlərlə bunu ediblər. Bildiyimə görə, hətta bəzi hallarda bir səhifənin tərcüməsi 50 qəpik, 1 manat civarında hesablanır. Avropada isə səhifə həcminə görə tərcümənin qiyməti 20-25 dəfə çoxdur. Məsələn, Türkiyədə ən azı bizdən 6-7 dəfə çoxdur. Çünki o vaxt mən kitabımı tərcümə etdirəndə bizim pulla hər səhifəyə görə 6-7 manat pul ödəmişdim. Bir məsələ də var. Azərbaycan kitab bazarı artıq monopoliyaya doğru sürüklənir. Bu da gələcəkdə çox mənfi nəticələr verəcək. Daha bərbad tərcümələr görəcəyik, daha aşağı keyfiyyətli tərcümə kitabları çap olunacaq. Ona görə də dövlət, yaxud aidiyyəti qurumlar bu işə birmənalı olaraq əncam çəkməlidir"-deyə qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ