Bir müddət öncə ağır xəstəlik keçirən, özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylanla nişanlanan şoumen Mehmet Əli Ərbil yeni mövzu ilə gündəmə gəlib. Belə ki, 5 dəfə evli olan şoumen bu rekordunu 6-cı evliliklə taclandırmaq istəyir. 66 yaşlı şoumen yenidən övlad sahibi olmaq istədiyini deyib: "Alınsa, evlilik düşünürük. Gülserenin uşağı yoxdur, niyə də olmasın. Al Paçinonun belə 83 yaşında övladı oldu". Mətləb