
Rusiyalı məşhur reper və tiktoker Danya Miloxin hərbi xidmətə çağırışdan sonra yenidən vətənini tərk edib. Bu barədə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina məlumat yayıb. O bildirib ki, Danya Miloxin dünən ilk reyslə son vaxtlar yaşadığı Dubaya uçub. Onun Ukraynadakı müharibəyə yollanmaqdan qorxduğu deyilir.
Qeyd edək ki, Mizulina daha əvvəl tiktokerin orduya çağırılması barədə müraciət etmişdi.
Mətləb