çərşənbə günü, 07 oktyabr 2026
     

Tanınmış publisist Aydın Xan Dil və Ədəbiyyat Forumundan hansı təəssüratla ayrıldı... - MÜSAHİBƏ

Image


“Bəzi Sovet təfəkkürlü adamların ütülü çıxışları, hikkəli-hikkəli yaradıcılıqlarını, şəxsi mənafelərini qabartması forumun mahiyyətini, məqsədini bir qədər kölgədə qoydu”

Azərbaycanda ilk dəfə keçirilən  Dili və Ədəbiyyatı Forumu hədəfləndiyi kimi böyük nəticələrlə bitmədi, daha çox qalmaqallarla yaddaşlarda qaldı.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaudcüsü, yazıçı-kulturoloq Aydın xan Əbilovla həm bu məsələni, həm də ədəbiyyat problemlərini müzakirə etdik.

- Azərbaycan dili və ədəbiyyatı forumu keçirildi və bu forumu necə qiymətləndirmək olar?

- Ən başdan onu vurğulayım ki, miqyasından asılı olmayaraq, Azərbaycan dilinin və ədəbiyyatının inkişafına təkan verəcək istənilən tədbir biz kulturoloqların diqqətindədir. Biz onu ədəbiyyatımızı, mədəniyyətimizi qabağa aparan, kulturoloji, estetik düşüncəmizi inkişaf etdirən bir hadisə kimi dəyərləndiririk. Fikir versəniz görərsiniz ki, Azərbaycanda ədəbiyyatla, mədəniyyətlə və onun müxtəlif istiqamətləri ilə əlaqədar dövlət səviyyəsində çox mühüm  işlər görülür. Bu hadisələrin əsas mahiyyəti Azərbaycanın svilizasiyanın beşiyi, mərkəzi olduğunu dünyaya tanıtmaqdır.

- Hansı hadisəyə çevrilən tədbirləri nəzərdə tutursuz?

- Şuşada “Vaqif” Poeziya günlərinin keçirilməsi ənənəsinin bərpası çox böyük hadisədir, oradan dünyaya ədəbiyyatımızla, milli düşüncəmizlə əlaqədar diqqətçən mesajlar ötürülür. “Vaqif” Poeziya günləri də, Azərbaycan Yazıçılar Birliyinin son qurultayı da, ədəbiyyatla əlqədar çoxsaylı təqimatların keçirilməsi, kitab nəşrləri, görüşlər və sair əslində bu foruma hazırlıq xarakteri daşıyırdı. Bəli, ölkə Prezidenti 44 günlük müharibədə qazandığımız möhtəşəm qələbədən sonra təkcə  Qarabağın quruculuğu ilə məşğul olmur, eyni zamanda başqa sahələrə də diqqət ayırır, ədəbiyyat və dil sahəsində də yeni keyfiyyətləri özündə birləşdirən proseslərə start verib. Dövlət başçısının rəhbərliyi altında Şuşada keçirilən tədbirləri xatırlayaq, Bakıda keçirilən humanitar tədbirləri xatırlayaq. Bu halda görəcəyik ki, İlham Əliyev yalnız ölkə vətəndşlarını deyil, dünyada yaşayan 55 milyon azərbaycanlını düşünüb tarixi, ədəbi proseslərin güclənməsinə təkan verir. Deyim ki, Azərbaycan dili və ədəbiyyatı Forumu bir qədər fərqli idi.

- Fərqli cəhəti nə idi? Bu forum lazımı şəkildə təşkil edilməmişdimi ki, daha çox qalmaqalla yadda qaldı?

- Biz əslində onun fərqli olacağını gözləyirdik. O forumun bəzi texniki qüsurlarını, çatışmazlıqlarını bağışlamaq olar. Çünki ilk dəfə idi ki, belə bir möhtəşəm tədbir keçirilirdi, bu sahədə təcrübə yox idi. Mədəniyyət və incəsənətlə bağlı konkret elmi tədbirlər, simpoziumlar keçirilir. Amma AYB-nin qurultayını çıxmaq şərti ilə ədəbiyyatçıları bir yerə yığıb elm adamlarının, onları tənqid edən şəxslərin iştirakı ilə belə bir tədbir keçirilməsi təcrübəsi Azərbaycanda yox idi. İlk tədbirlər olduğu üçün müəyyən qüsurlar vardı. Forum çox böyük idi və yüzlərlə şair, yazıçı, tənqidçi, alim, media işçisi onun işində iştirak edirdi. Uşaq ədəbiyyatı nümayəndələri, kitabxanaçılar və nəşriyyat işçiləri də bu tədbirə qatılmışdı. Nədənsə, orada klassik şair və yazıçıların əsərlərindən başqa kitab sərgilənmirdi. Biz istərdik ki, orada iştirak edən yazıçı və şairlərin əsərləri sərgilənsin. Bu forumun texniki dəstəyini Heydər Əliyev Fondu həyata keçirsə də, təşkilati məsələlər Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinə aid idi. Başqa forumlara nisbətən bu bir qədər demokratik idi. Forum geniş toplantı deməkdir, orada müzakirələr, beyin davaları olur, onu normal qarşılamaq lazımdır. Amma Azərbaycan cəmiyyəti həmişə ədəbiyyat adamlarına həssas münasibət göstərib. Panel iclaslarında çıxış edən adamların çoxu, təəssüf ki, ancaq özündən, öz jurnalının, kitabının problemindən danışırdı, biri dedi ssenarimə film çəkilmir. Bu da təbii, qəribə qarşılandı. Forumda deputat və akademiklərin orta nəsil və gənc nəsil yazarlara qarşı qıcıqlı bir təzyiqini gördük. Orada ədəbiyyatçılar və filoloqlar, xüsusən də mənim kimi mədəniyyət hadisələrinin analitik analizini, təhlilini aparan mütəxəssisləri qıcıqlandıran fikirlər oldu.

- Məsələn, nə baş verdi ki, siz qıcıqlandınız?

- Dilçiliklə bağlı bir fikir bildirildi ki, Azərbaycan dilinin lüğət tərkibindən 20 minə yaxın söz çıxarılıb. Onlara kim icazə, səlahiyyət verib ki, o qədər sözü çıxarıb? Söz millətin özünün estetik düşüncə xəzinəsidir və il ərzində dilə 60 min söz daxil olur, bir o qədər də söz çıxır, milyonlarla da lüğət tərkibi var. Azərbaycanda yüz minə yaxın lüğət tərkibi vardı, o da hansısa “ağıllı filoloq alimin”, hansısa hikkəli tərcümə mərkəzinin “mütəxəssisin” sözü, yaxud məmurun göstərişi ilə çıxarılırsa, bu qətiyyən qəbuledilən deyil. Söhbət Azərbaycan dilinin inkişafından gedir. Forumda Azərbaycan dilinin vəziyyəti ilə bağlı polemikalar oldu, orada da söz davası oldu.

- Yeri gəlmişkən, iştirakçılar arasında yumruq davasına çıxan, yaxud çıxmaq istəyənlər barədə çox danışılır. Şair  Qəşəm Nəcəfzadə və akademik Nizami Cəfərov arasında davadan çox danışıldı. Siz orada nə gördünüz?

- Söz davası çox oldu, amma sözün açığı, orda yumruq davasına çıxanlar görmədim. Bütün günü eyni zalda oturub, eyni fikirləri eyni şəxslərin dilindən eşitmək çox çətindir. Çölə çıxırdıq, ayrı-ayrı şair və yazıçılar, alimlərlə fərdi qaydada polemikalar aparırdıq, bu daha effektiv idi. Çox səmərəli müzakirələr idi. Onu da deyim ki, forum məruzəçilərinin çoxunun şablon fikirləri mənim kimi qeyri-adi düşüncəli insan üçün maraqlı deyildi. Yeri gəlmişkən, o qədər yazıçı və şairin o foruma dəvət edilməsinin mənasını anlaya bilmədim, bu qədər dəvətliyə qətiyyən ehtiyac yox idi. Azərbaycanda şair və yazıçıların sayı çox olsa da, oxucu yoxdur, o boyda forumda oxucu görmədik, hamı şair-yazıçı idi.

- Deyilənə görə, alimlərlə yazıçılar, şairlər bir - birini ittiham ediblər. Şairlər deyiblər ki, alimlər dəvət edilməməli idi, alimlər şair və yazıçıların məclisdə artıq olduqlarını bildiriblər...

- Forum yazıçı və şairlərin, bütövlükdə söz adamlarının ümumi toplantısı idi. Kiminsə kimi o forumda görmək istəməməsinin, qısqanclığın mənasını anlaya bilmirəm. Filoloqların,  alimlərin, dilçilərin, tənqidçilərin, xüsusən də kultroloqların bu forumun işinə cəlb edilməsi yaxşı hal idi. Amma mən orada forumun işini geniş təhlil edəcək, o barədə xüsusi məqalələr yazacaq, fikirlər səsləndirəcək adamların iştirakını arzu edirdim. Amma tanınmış şairlərin, yazıçıların, alimlərin yanında bu liberal təfəkkürlü ədəbiyyatşünasları, tənqidçiləri və digərilərini görmədik, yenə də ütülənmiş çıxışları ilə tanınan alimləri, akademikləri gördük. Yəni bu foruma da hər yerə aparılan adamlar gəlmişdilər. Yəni Şuşada keçirilən “Vaqif” Poeziya bayramında, Xarı bülbül festivalında gördüyümüz adamları burada da gördük.

- Ədəbiyyatın, dilin problemi belə forumlarla həll edilə bilərmi?

- Belə forumların müsbət nəticələri olur. Ədəbiyyatla, dillə, onların inkişafı ilə bağlı forumların təşkili dünyada çox populyardır, eyni zamanda aktualdır. Rusiyada, Gürcüstanda, Avropa ölkələrində bu tipli tədbirlər tez-tez təşkil olunur. Amma onların iştirakçıları o qədər də çox adam olmur. Xaricdə formaların panel iclaslarında çox çılğın müzakirələr keçirilir, hətta başqa ölkələrdən mütəxəssislər cəlb edirlər. Amma biz bunu keçirilən forumda görmədik.

- Uşaq ədəbiyyatı, dərsliklər ciddi problemlər sırasındadır. Elm və təhsil naziri dərsliklərin məzmuna görə çox tənqid edilir, forumda da onun barəsində tənqid səsləndirilib. Bu barədə nə deyərdiz?

- Forumun bir hissəsi uşaq ədəbiyyatına həsr olunmuşdu. Bu maraqlı bir təcrübə idi. Amma əvvəlcədən buna hazırlıq olsaydı, Mədəniyyət Nazirliyi xüsusi işçi qrupu yaratsaydı və nazirliyin yanındakı ictimai şura üzvləri ədəbiyyat, elm, mədəniyyət adamlarını, uşaq ədəbiyyatı nümayəndələrini əvvəlcədən maraqlı diskussiya üçün hazırlasaydı bu daha səmərə verərdi. Amma bəzi Sovet təfəkkürlü adamların  ütülü çıxışları, hikkəli-hikkəli yaradıcılıqlarını, şəxsi mənafelərini qabartması forumun mahiyyətini, məqsədini bir qədər kölgədə qoydu. Halbuki, forumda səsləndirilən fikirlər, təkliflər çox aktual və vacib məsələləri əhatə edirdi. Uşaq ədəbiyyatı, uşaq kitablarının çapı, uşaq ədəbiyyatının dil və üslubu, tərcümə məsələləri, Azərbaycan dili və ədəbiyyat dərsliklərinin səviyyəsi, orada verilən əsərlərin səviyyəsi xüsusi olaraq polemikaya səbəb oldu. Razılaşaq ki, uşaq ədəbiyyatının, sinifdənxaric oxunun, bədii ədəbiyyatın, dərsliyin nəşri ilə bağlı çox ciddi problem yaşayırıq. Kitabların tirajı, yayımı, müəlliflərin qonorar ala bilməməsi çox ciddi problemlər sırasındadır.

- Forumda diqqətçəkən hadisələr əsasən nələr oldu?

- Forum keçirildi və tarixə çevrildi. Orada dillə, ədəbiyyatla bağlı çox aktual və gərəkli fikirlər, təkliflər səsləndirildi. Xalq yazıçısı Çingiz Abdullayevin çox dəyərli təklifləri oldu. Amma nədənsə, onun təklifi deyil, hansısa sözü rus aksenti ilə deməsi müzakirə olundu. “AYB sədrinin birinci müavini Azərbaycan dilini bilmir” kimi çox mənasız polemika açıldı. Mən bunun əleyhinəyəm...Bu adamlar Nizamini də fars dilində yazdığına görə qınayırdılar. Taqor ingils dilində yazıb deyə hind xalqı ondan imtina etmir ki...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ