TV8-in MasterChef Türkiyə proqramında yarışmaçılar Azərbaycan yeməkləri hazırlayacaq – qaçırmayın...

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin baş sponsorluğu, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və təşkilatçılığı ilə bu gün Azərbaycan vaxtı ilə saat 21.00-da TV8 ekranlarında MasterChef Türkiyə proqramı yayımlanacaq.
Bakı Yunus Əmrə İnstitutunun dəstəyilə Azərbaycan mətbəxini, sivilizasiyasını, memarlığını, şəhərlərini və incəsənətini təbliğ etmək məqsədilə təşkil edilən proqramda yarışmaçıların səyi ilə Azərbaycan yeməkləri hazırlanacaq.
Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç Şuşanın 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olmasından dolayı Azərbaycan sivilizasiyasını və turizm potensialını dünyaya tanıtmaq,üçün MasterChef Türkiyəni Bakıya gətirdiklərini, Bakının simvollarını, mədəni mühitini və Şuşanı tanıtdıqlarını söylədi. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə də təşəkkürünü bildirən Karakılıç, “MasterChef Türkiyə"nin Bakıda çəkilişlərində və Azərbaycanın tanıdılmasında agentliyin böyük rolu olduğunu söylədi.
MasterChef Türkiyə bu gün Azərbaycan vaxtı ilə saat 21:00-da TV8-də yayımlanacaq.
Baki-xeber/com