çərşənbə günü, 07 oktyabr 2026
     

Ermənilər aşıq Ələsgərin şöhrətli şəyirdini 5 oğlu ilə bu qisasa görə vəhşiliklə öldürdülər...

Image


Kəblə (Hacı) Rəhim, sən Əsədə deginən,
Bir mənim qeydimə qalsın ağlasın.
Arif məclisində, alim yanında,
Hərdən bir yadına salsın, ağlasın.

Bu, daşkəndli aşıq Nəcəfin şeirindən bir bənddir. O aşıq Nəcəfin ki, erməni daşnakları belinə qaynar samovar bağlayıb yandırıblar, canına qəsd ediblər. Göyçəli aşıq Əələsgərin on ünlü şəyirdindən biri olan aşıq Nəcəf Göyçənin adlı-sanlı aşıqlarından biri olub, saz çalmaqla, aşıqlıqla yanaşı gözəl qoşmalar, gəraylılar, digər aşıq şeiri şəkilləri üzərində şeirlər yazıb. Aşıq Nəcəfi xalqın yaddaşına yazan amillərdən biri onun  uca sənətidirsə, digər amil onun daşnaklar tərəfindən amansızlıqla öldürülməsidir, özü də beş oğlu ilə birgə...

  • “Daşkəndli Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi”

“Qərbi Azərbaycan mədəniyyəti” rubrikasında daşkəndli aşıq Nəcəfdən danışacağıq.

1876-cı ildə Göyçə mahalının (Yeni Bəyazid qəzası) Daşkənd kəndində anadan olan aşıq Nəcəf bütün türk dünyasında məşhur olan bir aşıqdır. Aşıq Nəcəfin atasının adı Allahverdi olub. Tədqiqatçılarının yazdığına görə, Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu, cüssəlli insan olub. Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan aşıq Nəcəf səliqə-sahmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış.

Tədqiqatçılara görə, Aşıq Nəcəf Aşıq Ələsgərə on il şəyirdlik edib, onunla ağır məclislər yola salıb. Dədə Ələsgərin ən çox sevdiyi şəyirdlərindən biri olub. Onun səsi Aşıq Əsədin səsi ilə uyğun gəldiyindən hər ikisinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb-oxuyun. Yüksək səs tempirinə görə Aşıq Nəcəflə Aşıq Əsəd otuzluq lampanı dəfələrlə toy məclislərində söndürərmişlər. Aşıq Əsəd həmişə səmimiyyətlə etiraf edərmiş ki, daşkəndli Aşıq Nəcəfin səsi mənimkindən yüksək və məlahətli idi. Aşıq Nəcəflə Aşıq Əsəd 1910-cu ildə İran səfərində olarkən Təbriz aşıqlarının ustadı onlara hörmət və ehtiram əlaməti olaraq hər birinə on telli saz bağışlamışdı. Bu saza "Xətai sazı" da deyilir — qolunun içi boşdur.

Aşıq Nəcəfin bir çox qüdrətli aşıq və şairlərlə yaxın dostluq münasibətləri olub. Hətta Aşıq Hüseyn Bozalqanlı Aşıq Nəcəfin oğlanları Şəmistan və Şəmiddinin kirvəsi olub. Aşıq Nəcəfin Şəmistan, Şəmiddin, Mikayıl, Astan və İsmayıl adında beş oğlu olub.

5 fevral 1919-cu ildə erməni polkovniki Bolyanikin başçılığı ilə Göyçə mahalında "Küllü" təpə deyilən yerdə Aşıq Nəcəfin belinə odlu samovar bağlanaraq, beş oğlu ilə birlikdə vəhşicəsinə öldürülüb. Bir çox yazarlar Aşıq Nəcəfin öldürülməsini erməni generalı Selikovun Zod kəndində öldürülməsinin əvəzi kimi qeyd edirlər.

  • “Ermənilər aşıq Nəcəfi necə öldürdülər?”

Tədqiqatçı-şair Sərraf Şiruyə “Ermənilər Aşıq Nəcəfi necə öldürdülər?” məqaləsində yazır: “Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Aşıq Nəcəf 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində-çoban Allahverdinin ailəsində anadan olub. Ailənin tək oğlu olan Nəcəfin atası Allahverdi kişi oğlunu molla məktəbinə qoyur. Burada Nəcəf ərəb və fars dillərində yazıb-oxumağı öyrənsə də, maddi çətinlik üzündən məktəbi yarımçıq qoyaraq atasının yanında çobançılıq edir. Uşaq yaşlarından özündə aşıqlıq sənətinə güclü meyl hiss etdiyindən sazda çalıb-oxumağı da öyrənir”.

S.Şiruyə aşıq Ələsgərlə Nəcəfin ilk görüşünü belə təsvir edir: “Daşkəndli Hacı Kərim oğlu Muxtarın toyuna Aşıq Ələsgəri dəvət etmişdi. Ustad aşıq şəyirdi Aşıq Əsədlə toyun ikinci gününü yola salırdı. Məclis nisbətən seyrəldiyindən arada Aşıq Ələsgər ağsaqqallarla oturub çay içir, Aşıq Əsəd meydanda oxuyurdu. Bu vaxt Nəcəfin atası Allahverdi kişi Nağı bəydən xahiş edir ki, Aşıq Ələsgərdən rüsxət al, bizim uşaq da bir hava çalıb oxusun.

Nağı bəy Aşıq Ələsgərdən icazə alır, Nəcəf ilk dəfə sazla camaatın qarşısına - Aşıq Əsədin meydanına çıxır. Sazı sinəsinə basıb məlahətlə bu şeiri oxuyur:

Nəfis tox olarsa ürək dar olmaz,
Zəhmət çəkilməsə süfrə var olmaz.
Sənət meydanında şəyird xar olmaz,
Nəcəfəm, ustadı pir ustad olsa.

Nəcəfin oxuması və sözləri Aşıq Ələsgərin çox xoşuna gəlir və Nəcəfi özünə şəyird götürür. Nəcəf uzun illər Aşıq Ələsgərə şəyirdlik edir. Özünün zil və məlahətli səsi ilə böyük şöhrət qazanır. Elə Nəcəfin toyunu da Aşıq Ələsgərlə Aşıq Əsəd eləyirlər. Deyilənlərə görə, toy günü Nəcəfin nişanlısı Gülüstanı ata evindən çıxararkən onun əmisi Həzrətqulu irəli yeriyir ki, Aşıq Ələsgər Gülüstana bir tərif deməsə qızı verməyəcəyəm. Ustad aşıq orda Gülüstana üç bəndlik bir tərif də deyir:

Eşitmişdim görməmişdim üzünü,
Canlar yaxır süzdürəndə gözünü.
Aşıq Ələsgərəm, deyim düzünü
Doğrudan Nəcəfə taydı Gülüstan.

Aşıq Nəcəf ustadından fərqli olaraq təsadüfi hallarda, hansısa bir hadisədən bərk təsirlənəndə şeir yazıb. Onun sənətinin gözəlliyi təkrarsız ifasında, zil və məlahətli səsində olub. Aşıq Nəcəfin elə zil səsi varmış ki, oxuyanda hündürdə asılmış enli və halqavari piltə ilə yanan otuzluq lampanı keçirərmiş.

Dəli Alının bacısı oğlu Zeynalabdının toyunda maraqlı bir hadisə baş verir. Uzaqda gedən karvanın sarbanı bərk fikrə gedibmiş. Karvandan yüklü bir dəvə ayrılıb arxada qalıbmış. Həmin dəvənin də üstünə bir qurd gəlirmiş. Zurnaçı nə qədər püfləyirsə zurnanın səsi sarvana çatmır ki, onu fikirdən ayırsın. Qurd az qalıbmış ki, dəvəni haqlasın. Nəcəf dəli bir şikəstə çəkir:

Xabi qəflətdə yatıbsan,
Oyan sarban, dayan sarban!
Karvanı qurda atıbsan
Oyan sarban, dayan sarban!

Aşığın zil səsi sarbanı diksindirib yuxudan ayıldır. Əvvəlcə səs gələn tərəfə, sonra da karvana baxır. Qurd artıq dəvənin üstünə atılıbmış. Bu zaman güllə açılır. Toyda olan Qandal Nağı uzaq məsafədən nişan alıb qurdu vurur. Beləcə, Nəcəfin səsi ilə qaçağın gülləsi karvanı qurddan qurtarır…”

  • Oğlanları ilə birgə ermənilərə qarşı igidliklə vuruşan aşıq…

S.Şiruiyə yazır ki, aşıq Nəcəf yalnız aşıqlıqla məşğul olmayıb, o, ətrafında baş verən ictimai-siyasi proseslərdən də kənarda qalmayıb: “Aşığın yaxın qohumu, yüz yaşında belə gümrahlığını itirməyən Mələk nənə söhbət edirdi ki, hələ 1918-ci il erməni-müsəlman davasında Nəcəf tutulmamışdan qabaq oğlanları Şəmiddin və Şəmistanla birlikdə ermənilərə qarşı igidliklə vuruşurdu. Hətta döyüşlərin birində qolundan da yaralanmışdı. Yarasın daşkəndli Loğman Səfər müalicə edirdi.

Gözəlliyi, boy-buxunu, ölçüyəgəlməz avazı ilə yanaşı Allah Aşıq Nəcəfə qeyri-adi bir istedad da veribmiş. O, başına gələcək əhvalatları əvvəlcədən yuxuda görürmüş. Həyatının sonunun da faciə ilə qurtaracağını yuxuda görüb danışırmış. Deyilənlərə görə, hələ Əsədlə Aşıq Ələsgərin evində şəyird olduğu günlərin birində gecə yarı oyanıb bir ah çəkib, ağlayır. Aşıq Əsəd də oyanır. Soruşur ki, ay Nəcəf nə olub, niyə ağlayırsan. Onda Nəcəf yuxusunu belə söyləyir:

Aman Allah nə yuxudu görürəm,
Açılacaq nə bəlalar başıma.
Görən kimsəm köç eylədi dünyadan
Töhmət qoydu el-obalar başıma”.

  • Aşıq Nəcəf ermənilər tərəfindən necə tutuldu?

S.Şiruyə yazır: “Rus havadarlarının köməyi ilə silahlanaraq Qərbi Azərbaycanda qanlı qırğınlar törədən ermənilər Göyçəni də qan çanağına döndərmişdilər. Ermənilərin aramsız hücumlarından qurtulmaq üçün Aşıq Nəcəf də bütün el-oba kimi əmisi oğlanları Molla Abuzər və Həsənqulu ilə birlikdə Kəlbəcərin İstibulaq kəndinə pənah aparır. Bu zaman Göyçənin güney, yəni Gədəbəyə, Qazaxa yaxın kəndləri (Şişqaya, Kəsəmən, Cil, Pəmbək və s.) yerindən tərpənməyibmiş. Kəsəmənli Səməd Ağa, şişqayalı Kor Tanrıverdi (gözləri çəp olduğu üçün belə deyirmişlər. O, həm də Göyçə üzrə Nikolayın «uçastkovısı» işləyirmiş) çalışırmışlar ki, ermənilərlə müsəlmanlar arasında barışıq yaratsınlar. Belə «barışıq qonaqlıqlarının» birində, yəni Zod kəndində Göyçəni talayıb darmadağın edən general Selikovun başını daşkəndli Hacı Rəhim kəsir (Selikov əslən Azərbaycanın Şəki rayonunun Qarabağlı kəndindən olub).

Selikovun ölümündən qabaq Kor Tanrıverdi Aşıq Nəcəfə sifariş göndəribmiş ki, Nəcəf, araya barışıq qoyulub, köçünü qaytar Göyçəyə. Aşıq Nəcəf də əmisi oğlanları ilə birlikdə İstibulaqdan Şişqayaya dönəndə ermənilərə əsir düşür. Aşıq Nəcəfin böyük oğlu Şəmiddin, əmisi oğlanları Molla Abuzər və Həsənqulu birtəhər ermənilərin əlindən qurtulub qaça bilirlər. Selikovun öldürülməsindən sonra daha da quduzlaşan ermənilər Kor Tanırverdini də, Səməd Ağanı da əsir götürürlər. Kəndləri isə oda qalayırlar.

Bəzi yazarlar səhvən Səməd Ağa, Kor Tanrıverdi və Aşıq Nəcəfin ölümləri arasında hansısa əlaqə axtarırlar. Hətta Aşıq Nəcəfin faciəli ölümünü Səməd Ağayla bağlamağa çalışanlar da var. Ancaq bunlar tamamən yanlışdır. Belə ki, Səməd Ağa Kəvər (indiki Kamo) türməsinə salınmışdı. Tanrıverdini isə öz mehtəri ilə Basarkeçərin köhnə bazarında bir-birlərinə öldürtmüşdülər. Sonradan Səməd Ağanın türmədə bir erməni dığasının ona vurduğu sillədən ürəyi partlayıb ölmüşdü. Bu zaman və bundan çox sonra da Aşıq Nəcəf yaşayırmış və ermənilər öz şənliklərində onu oxudurmuşlar…

Uzun əzab və işgəncələrdən sonra daşnaklar Aşıq Nəcəfi Basarkeçərin yaxınlığındakı Çaxırlı kəndinin ərazisindəki Güllü təpəyə gətirirlər. Buradan Aşıq Nəcəfin kəndi Daşkənd də aydın görünürdü. Ömrün sonunun yetişdiyini görən Aşıq Nəcəf üzünü doğma kəndinə tutub yanıqlı-yanıqlı oxuyur:

Könül quşu uç, get vətən elinə,
Mənə o ellərdən bir xəbər gətir.
Yetir əhvalımı nər igidlərə
Qasımı, Ziyadı birtəhər gətir.

Nə aşıq Nəcəfi gülləylə öldürdülər, nə də İsmayılın üzünə xoş səhər açıldı. Nəcəfin oğlanları Şəmistanı, Mikayılı, Astanı və İsmayılı əsir götürüb yaxınlıqdakı «Tüstülü»-Qırxbulaq kəndində bir dama salmışdılar. Onları atın qabağına salıb Aşıq Nəcəfin yanına gətirirdilər. Yolda körpə Astan və İsmayıl erməni qaniçənlərinin atlarının ayaqları altında qalaraq həlak olurlar. Şəmistanla Mikayılı isə gətirərək Aşıq Nəcəfin gözləri qarşısında ayaq-baş diri-diri basdırırlar”. S.Şiruyə qeyd eidr ki, hadisə zamanı Bolyanikin arvadı da burada olur. Ərindən xahiş edir ki, bu aşığı öldürməsin. “Erməni cəlladı naqanını çıxarıb arvadına tuşlayır və içindəki bütün güllələri arvadının ürəyinə boşaldır ki, niyə türk aşığının xahişini edir. Nəcəf görür ki, artıq xilas yolu yoxdur, vaxtı çatıb, üzünü vətənə tutaraq bir bayatı çəkir:

El gəlsin an üstəyəm,
Gedirəm, kan üstəyəm.
Nə çəkilməz dərddi bu-
Yaram yox, can üstəyəm.

Erməni cəlladları aşığın sazını əlindən alıb sındıraraq yanan samovara doldururlar. Daha sonra qaynayan samovarı Aşıq Nəcəfin kürəyinə bağlayırlar. Sonra da aşığı samovar kürəyində qurğuşuna tuturlar. Xalqın böyük sənətkarı o zamana qədər insanlığın görmədiyi dəhşətli bir əzabla öldürülür. Bu hadisə erməni faşistlərinin xalqımızın başına gətirdiyi minlərlə faciələrdən yalnız biridir…”-deyə S.Şiruyə qeyd edir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ