çərşənbə günü, 07 oktyabr 2026
     

İşsiz aktrisa üsyan etdi... - MÜSAHİBƏ

Image


Sənətşünaslıq üzrə fəsləfə doktoru, tanınmış bədii qiraət ustası, aktrisa Zülfiyyə Eldarqızı bir neçə ildir ki, işsizdir.

İllərlə qazandığı təcrübəni paylaşmaq istəyən Z.Eldarqızı uzun illər  Azərbaycan Dövlət Mədəniyyət və İnscənət Universitetində pedoqoji fəaliyyətlə məşğul olub, elmi-tədqiqat institutunda çalışıb, teatrlarda işləyib, bədii qiraətlə məşğul olub, incəsənət mühitinə çox istedadlı tələbələr yetişdirib bəxş edib.

  • “Çox təəssüf ki, uzun müddətdir işsiz olmağma və çoxsaylı müraciətlərimə baxmayaraq, səsimi eşidib problemimi  həll edən yoxdur”

Z.Eldarqızı işlə təmin edilməsi üçün dəfələrlə Mədəniyyət Nazirliyinə müraciətlər edib, amma hələ ki, müsahibimizin məktubları, müraciətləri cavabsız qalıb.

- Zülfiyyə xanım, siz uzun illər pedaqoji fəaliyyətlə məşğul olmusuz. Eyni zamanda bədii qiraət ustası, aktrisa kimi də fəaliyyətiniz göz qabağındadır. Amma hazırda işləmirsiz. Neçə ildir işsizsiniz?

- 21-22 yaşımdan Azərbaycan mədəniyyətinə xidmət edirəm. İstər dövlət tədbirlərində, istər yubileylərdə, yaradıcılıq gecələrində, istərsə də şəhidlərimizə həsr edilən yığıncaqlarda yaxından iştirak etmişəm. Hər zaman aktiv olmuşam və öz üzərimdə işləmişəm, təşəbbüskar olmuşam. Universitetdə işlədiyim dövrlərdən bəri Mədəniyyət Nazirliyinin tədbirlərində yaxından iştirak etmişəm, Azərbaycanın bütün bölgələrində tədbirlərdə olmuşam, ulu öndərin xatirəsinə həsr edilən bir sıra tədbirlərdə əməkdar artist Azad Şükürovla birgə aparıcı olmuşam. Yaxud bədii qiraətçi kimi fəaliyyətimi izləyirsiniz, kinoşünas olaraq da fəaliyyətim var. Biz Orxan Fikrətoğlu ilə birlikdə Azərbaycan kinosunu Türkiyəyə festivala aparmışıq.  “Yalan” filmini aparmışdıq. Azərbaycan dövlət televiziyasının xətti ilə Seyid Nigarinin yubileyinə getmişdik. Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı Türkiyədə keçirilən tədbirin açılış törənində iştirak etmişəm. O qədər tədbirlərdə iştirak etmişəm ki, saymaqla bitməz. Bütün şəhid tədbirlərinə dəvət edirlər, hamısında iştirak edirəm, o tədbirlərə getmək mənim borcumdur. Bilirsiz ki, mən özüm də Laçın rayonundanam, 30 il torpağıma qovuşmaq həsrəti ilə yaşamışam...

- Bu qədər mötəbər tədbirlərdə olmusuz. Bəs sizin işsizliyinizə reaksiya verən olmayıb?

- Çox təəssüf ki, uzun müddətdir işsiz olmağma və çoxsaylı müraciətlərimə baxmayaraq, səsimi eşidib problemimi  həll edən yoxdur. Görəndə ki, əməyimə qiymət verilmir, səsim eşidilmir,  bürokratik əngəllər yaradılır, bu halda mən küsürəm. Universitetdən haqsız yerə çıxarıldım, bərpa olunmaq üçün çox çalışdım, amma mümkün olmadı. 2015-ci ildən başlayaraq haqsızlıqla üzləşmişəm və bu haqsızlıq bu gün də davam edir. Aldığım psixoloji travmalar nəticəsində 2019-cu ildən indiyə qədər həkimlərdə qalmışam. Tutalım, hansısa bir prorektorun, yaxud başqasının xoşuna gəlməmisənsə, bu o demək deyil ki, o səni işdən çıxarmalı, çörəyinə bais olmalıdır. Mən indi də deyirəm ki, universitetdən haqsız olaraq çıxarıldım.

- Necə oldu işdən çıxarılmağınız?

- Ərizəni özüm yazdım.

- Niyə?

- Çünki elə münasibət göstərdilər ki, məcbur qaldım. Mən ortaq türk mədəniyyəti ilə bağlı konfransa getmişdim. Mənə dedilər ki, “icazəsiz getmisən”. Halbuki, mən ərizəni əvvəlki elmi işlər üzrə prorektor Məryəm Əlizadəyə göstərmişdim, kafedra müdirimin məlumatı vardı. Dərs senytabrın 15-də başlayır, mən də sentyabrın 7-də getmişdim. Onların arqumentləri əsassız oldu, başa düşdüm ki, dedikləri hamısı bəhanədir. Mənim tələbələrim hazırda ölkəmizin müxtəlif teatrlarında işləyir, hamısı aparıcı aktyor və aktrisalardır. “Azərbaycan kino tarixi” oçerklər kitabının 8 həmmüəllifindən biri mənəm.  Keçən il Nəriman Əbdürrəhmanlının kino ilə bağlı nəşr olunan kitabının redaktoru oldum. Anarın kino yaradıcılığı ilə bağlı “Qəm pəncərəsinin o üzündə” adlı monoqrafiyam çıxdı, onun geniş təqdimatı keçirildi, əksər elm xadimləri, professorlar, akademiklər orada idi. Asif Rüstəmli, Teymur Kərimli, Aydın Quliyev, Nizaməddin Şəmsizadə, Rəşad Məcid, Aydın Kazımzadə, Baba Vəziroğlu və başqalarının, alimlərin arasında yetişmişəm. Amma məni görmək istəmirlər. Mən özümə qarşı olan bu münasibəti anlaya bilmirəm, daha nə etməliyəm ki, səsimi eşitsinlər? Kino forumunda mədəniyyət nazirinə yaxın əyləşmişdim, amma mən ona yaxınlaşıb sözümü demədim ki, belə yaxşı çıxmaz...

- Səhv etmirəmsə, mədəniyyət nazirinin qəbuluna düşmək üçün nazirliyə ərizə yazmısınız.

- Bəli, müraciət etmişəm. Sənət adamlarına bürokratik əngəlləri nazirlikdə kağız aparıb-gətirənlər yaradır. Axı, bizim prezidentimiz də deyib ki, bütün məmurlar xalqın xidmətçisdir. Mən nazirdən vəzifə istəmirəm ki, sənətimlə bağlı bir iş istəyirəm, işləmək və çörək pulumu qazanmaq üçün mənə meydan verlsin. 2023-cü ilin aprel ayında məktub yazmışam. Bir ay gözlədim, amma gördüm məktubuma cavab gəlmir. Dedim yəqin məktuba baxarlar, bir az da səbr edim. Sonra nazirlikdə bir adam var, ondan xahiş etdim ki, mənim məktubla maraqlansın, dedi ki, sizin məktubunuz texniki səbəbdən aidiyyəti şöbəyə gəlib çatmayıb, yenidən göndərin. Ay yarım əvvəl mən yenidən göndərdim. Məktub çatmayıbsa onlar hansı səbəbdən “texniki səbəbə görə çatmayıb” deyirlər? Halbuki, elektron müraciət edərkən “sizin məktubunuz çatdı” bildirişi gəlir. Bu qədər laqeydlikdən sonra yenidən məktub göndərdim və mənə xəbər verildi ki, sizin məktubunuz çatdı və məktubunuza cavab veriləcək. Xahiş edirəm, məktubun mətnini olduğu kimi verəsiniz.  21 iyun 2023-cü il (3-24/01/2-İ-1834/2023 ) tarixli məktubda qeyd edilir: “Bakı şəhəri, Yasamal rayonu, Main yaşayış kompleksi, bina 37, mənzil 105 ünvanında yaşayan Zülfiyyə İsmayılovaya.

Hörmətli Zülfiyyə xanım, Sizin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanladığınız 6 iyun 2023- cü il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Məktubda qeyd etdiyiniz məsələ ilə bağlı Respublikada fəaliyyət göstərən teatr-tamaşa müəssisələrinə birbaşa müraciət etməyiniz tövsiyə olunur. Nəzərə almağınızı xahiş edirik. Hörmətlə, İncəsənət və qeyri-maddi mədəni irsşöbəsinin müdir müavini Sara Timurova”.

Mənə gələn cavab budur. Məktubumda yazmışdım ki, hörmətli nazirimizlə görüşmək istəyirəm. Çünki həmkarlarım da mənə demişdilər ki, nazirin özü ilə görüş, nazirimiz çox alicənab, sənətə, sənətkara dəyər verən insandır, siz onunla görüşsəniz o sizin probleminizə çözüm tapacaq. Mən nazirlə görüşmək istəyirəm, başqa bir şey istəmirəm, şikayət də etmək niyyətində deyiləm. Sadəcə görüşüb ona problemlərimi deyib, arzu və istəklərimi bidirmək, yeni nazirimizlə tanış olmaq istəyirəm. Nazirlə görüşmək, indiyə qədər gördüyüm işləri, fəaliyyətmi onun diqqətinə çatdırmaq, ondan özümə uyğun iş istəmək mənim haqqım deyilmi? Amma təəssüf ki, mənə bürokratik əngəllər törətdilər. Mənə göndərilən məktubda məsləhət görüblər ki, siz teatr-tamaşa müəssisələrinə müraciət edin. Müraciət etmişəm. Mən keşmiş mədəniyyət nazirinin də qəbulunda olmuşam. Əbülfəz Qarayevin qəbulunda olanda elə danışdı, barəmdə elə fikirlər söylədi ki, dedim mənim yolumda “yaşıl işıq” yandı. Çünki o məni yaxşı tanıyırdı. Müavinlərinə dedi ki, niyə Zülfiyyə xanımın problemini həll etmirsiz?

- Siz teatrda da işləyirsiniz, oradan niyə uzaqlaşdırıldınız?

- 2015-ci ildən universitetdən öz ərizəmlə çıxdım. Məni aldadıb ərizə yazdırdılar. Mən sonra İrəvan teatrına gəldim, çox sağ olsun İftixar Piriyev məni qəbul etdi. Nazim Hikmətin həyatı haqda bir tamaşa qoyulurdu, orada mənə də rol həvalə ediləcəkdi. Sonra hanısa səbəbdən tamaşa yarımçıq qaldı. Sağ olsun İftixar Piriyev tamaşalarda baş rolları ifa edirdim, hər şey gözəl idi, hər şey yaxşı idi... Amma sənət yoldaşımın əleyhinə olan sənədə qol çəkmədiyim üçün teatrdakı işimdən uzaqlaşdırıldım. Ümumiyyətlə, yıxılana balta çalmaq mənim xarakterimə yaddır, heç zaman hansısa sənət adamlarına qarşı kampaniyalarla iştirak etməmişəm. O vaxt Rüstəm İbrahimbəyovun əleyhinə də qol çəkmədim. Mən Kinematoqrafçılar İttifaqının üzvüyəm və heç vaxt Rüstəm İbrahimbəyovun əleyihə heç nə yaza bilməzdim. Onun göstərdiyi xidmətlərin müqabilində bir zərrə idim. Yəni onunla bağlı kampaniyaya da qoşulmadım. Sənətdə də, həyatda da həmişə dürüst və ədalətli olmuşam, düşünürdüm ki, buna görə məni fərqləndirəcəklər. Amma əksini gördüm, hər yerdə mənə qara qüvvələr mane olmağa başladı. Mənim məktublarımı belə nazirə çatdırmadılar...  Sənət adamları çox həssas olur, üç ildir ki, depressiv vəziyyətdəyəm.   Övladlarımın üzünə baxmağa utanıram. Övladlarım mənə sual verir ki, ana, sən sənətşünaslıq üzrə fəlsəfə doktusan, sənin bu qədər xidmətlərin var, sənə Azərbaycanda bir iş yoxdur? Əbülfəz Qarayevin vaxtında məni işləmək üçün Lənkərana göndərdilər, getmədim, çünki gedə bilməzdim, evdə xəstə həyat yoldaşım var, ona baxıram, övladlarım var. Mən necə gedib orada işləyə bilərdim? Bu gün Azərbaycanda elmi yaradıcılıqla məşğul olan, alim adı alan və eyni zamanda sənətdə də fəaliyyətini davam etdirən  aktrisalar barmaqla sayılacaq qədərdir. Onun biri Amaliya Pənahova idi ki, elmlər doktoru, professor idi.  Mənim yüzlərlə elmi məqaləm var. Mənim fəaliyyətimi araşdırsınlar. Hörmətli mədəniyyət nazirindən xahiş edirəm ki, məni qəbul etsin. Adil müəllim, məni qəbul edin, sizinlə görüşmək, dərdləşmək istəyirəm...İncənət adamı ona dəyər veriləndə daha böyük əsərlər yaradır, sənətdə özünü ifadə edir. Kino günündə sənət adamlarına dedim ki, 50 yaşım tamam oldu, heç olmasa bir kağız parçası da mənə verərdiniz, kinonun tarixində mənim də xidmətim var. Həmişə mütəvazi olmuşam, amma təəssüf ki, bundan istifadə ediblər. 

- Seriallara çəkilirsiz, tanınırsız, hardasa burada da məşğul olursuz...

- Seriala çəkilmək başqa şeydir. Düzdür, seriala çəkilirəm. Amma serial sektoru belədir ki, müqavilə bağlayıb 3-4 ay çəkilirsən, qalan vaxtı işsiz qalırıq. Serial müvəqqəti işdir. Biz teatrda qazandıqlarımızı seriallarda itiriik. Serial sadəcə biznesdir, çörək qazanmaq üçündür, orada sənət nümayiş etdirmək mümkün deyil.

Mən sizin qəzetiniz vasitəsilə səsimi mədəniyyət nazirinə çatdırmaq istəyirəm. İstəyirəm ki, səsimi eşitsinlər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ