Daha bir ölkədə Rusiyadan olan incəsənət xadiminə qarşı qadağa qoyulub. Söhbət Rusiyanın Xalq artisti Anna Netrebkonun oktyabrın 16-da Praqada planlaşdırılan konsertindən gedir. Belə ki, Praqa merinin müavini Jiri Pospisil Ukrayna səfirliyinin nümayəndələri ilə A.Netrebkonun konsertini müzakirə edib.
Rusiya mediasının yazdığına görə, Çexiya tərəfi təşkilatçıları konserti ləğv etməyə çağırıblar. Buna səbəb isə Anna Netrebkonun adının 2023-cü il yanvarın 7-dən Ukrayna Prezidenti Volodimir Zelenskinin təsdiqlədiyi sanksiya siyahısında yer alması olub.
Konsertin keçiriləcəyi İctimai Evin rəhbərliyi isə hələ qərar verilmədiyini bildirib. Qeyd edilib ki, merin və səfirliyin təklifi tədbirin təxirə salınması demək deyil. Qərarı təşkilatçılar verməlidir. Konsert oktyabrda planlaşdırılsa da, biletlərin 80 faizinin artıq satıldığı vurğulanıb. Əgər tədbir ləğv olunarsa, təşkilatçılar və opera ifaçısı təzminat tələb edəcək.
Mətləb