Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşı, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib. Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.
Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir neçə filmdə - "Vulkana doğru" (1977), "Anın quruluşu" (1980), "Bağlı qapı" (1981), "Üzeyir ömrü" (1981), "Gümüşü furqon" (1982), "Asif, Vasif, Ağasif" (1983), "Burulğan" (1986) "Təxribat" (1990) əsas rolların ifaçısı olub.
Mətləb