Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs hava limanında hücuma məruz qalıb. Bu barədə Türkiyə mediası yazır. Mətbuatın yazdığına görə, ifaçı İstanbul hava limanında tanımadığı şəxslərlə münaqişə yaşayıb.
Dilan hadisə barədə Türkiyə mediasına açıqlamasında deyib ki, tanımadığı 4 nəfər ona hücum edib: Onlar mənə bir sıra təhrikedici və təhqir dolu atmacalar atmağa başladılar. Özümü müdafiə etmək üçün hərəkətə keçdim. Polis gələnə qədər özümü müdafiə etdim, İndi onlar şikayətimi geri çəkməyimi istəyirlər. Mən bununla razı deyiləm. Hüquqlarımı sona qədər qoruyacam.”- D.Çıtak bildirib.
Mətləb