Amerikalı aktyor Kevin Kostnerlə həyat yoldaşı Kristin Baumqartnerin boşanması deyəsən səs-küysüz ötüşməyəcək. Məsələ burasındadır ki, ötən çərşənbə axşamı hakim aktyorun həyat yoldaşına üç uşağın saxlanması üçün ayda 129,755 dollar aliment ödəməli olduğuna qərar verib.
Məhkəmənin bu qərarı aktyoru narahat edib. Çünki aylıq məbləğin bu həddə olmasını gözləmirdi. Artıq aktyor boşanmaqda olduğu həyat yoldaşı ilə bu məsələni müzakirə edcəcəyini élan edib. Məhkəmənin daha bir qərarına əsasən, Kostner və Baumqartner dərman, idman klubları və müxtəlif dərsdənkənar fəaliyyətlərin xərclərini yarıya böləcəklər.
Mətləb